Icma.az
close
up
RU
YADDAŞ NECƏ KƏŞF OLUNDU?

YADDAŞ NECƏ KƏŞF OLUNDU?

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Elm və təhsil bilicisi, maarifçi Etibar Əliyevin "BAZAR GÜNÜ OXULARI" silsiləsindən növbəti yazısını təqdim edirik:

Yaddaş mövzusunu molekulyar biologiya öyrənir. Məndə bu möcüzəyə maraq 2000-ci ildə fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görülmüş Erik Kandelin “Yaddaşın axtarışında” kitabını oxuduqdan sonra yarandı. Kitab molekulyar biologiya elminin populyarlaşdırılmasına xidmət edir. 

Kitabın dili o qədər gözəldir ki, Ziqmund Freydin məşhur nəzəriyyəsindən tumuş, molekulyar biologiyanın keçdiyi yol haqqında müfəssəl bilgilər əldə etmək olar. Ancaq bu böyük alimi elmin bu istiqamətinə gətirən hadisə insanın qanını dondurur və bunun bizə də birbaşa aidiyyatı var. Həmin kitabdan bir parça: “Yaddaş məni həmişə vəcdə gətirib. Siz məktəbə getdiyiniz birinci günü, ilk görüşünüzü, ilk sevginizi yada salın. Siz bu hadisələri elə-belə yada salmırsınız. Onların baş verdiyi atmosferi: şəkilləri, səsləri və iyi, ətrafdakı insanları, günün vaxtını, söhbətləri, emosiyaları və s. sanki hiss edirsiniz. Onlar bizi başqa zaman və məkana cəmlənmiş məhdudiyyətdən xilas edir və bizə tamam başqa ölçülərdə sərbəst hərəkət emək imkanları yaradır.

Zaman boyunca düşüncəmin səyahəti məni oturub bu cümlələri yazdığım zamanı tərk edib 67 il bundan əvvəlki Venada olan evimizə aparır.

Bu gün 1938-ci il, noyabr ayının 7-dir. Ad günümdür. Valideynlərim, çoxdan onlardan xahiş etdiyim məsafədən idarə olunan, batareya ilə işləyən göy maşını mənə hədiyyə ediblər. Artıq 2 gündür ki, mən bu maşını kənardan idarə etməklə kiçik otaqlarımıza, oradan mətbəxə, sonra isə əks istiqamətə gəzdirirəm. Lakin mənim bu sonsuz sevincim çox çəkmədi. İki gündən sonra gecə yarısı qapımızı bərk döyməyə başladılar. Anam qapını açdı. İçəri daxil olmuş iki nəfər özlərini nasistlərin polisi kimi təqdim etdilər və hansısa əşyaları götürüb evi tərk etmək əmrini verdilər. Biz dəyişəklərimizi və tualet əşyalarımızı, böyük qardaşım Lüdviq isə topladığı marka və sikkə kolleksiyasını götürdü. Əşyalarımızı götürdükdən sonra bizi yaşlı bir yəhudinin evinə gətirdilər. Bir neçə gündən sonra bizi evimizə qaytardılar. Buna səbəb, atamın 1-ci Dünya müharibəsində almanlar tərəfdən döyüşməsi faktı oldu. Lakin qayıtdığımız ev, tərk etdiyimiz evə bənzəmirdi. Evi yağmalamışdılar: anamın şubasını, qiymətli əşyaları, mətbəxdəki gümüş dəstləri, atamın pencəklərini və mənim distant idarə etdiyim möcüzəli göy maşınımı aprmışdılar .

Bunları xatırladıqca elə bil ki, həmin evimizdə maşınımı inamla sürürəm, qapımızın bərk döyülməsini, nasistlərin bizi evi tərk etməyimiz barədə əmri eşidirəm. Yağmalanmış evimizə necə gəlməyimizi, atamın yoxa çıxması, sonra qayıtması mənim ən güclü uşaqlıq xatirələrimdir.

Kandelin bu fikri çox maraqlıdır: “Xolokostu yaşayan yəhudilərin bir devizi yadımdan çıxmadı: “Heç zaman unutmamalıyıq!” Mənim elmi işim bu devizin bioloji əsaslarını - beynimizdə baş verən prosesləri yada salmağa nəyin vadar etməsini oyrənmək oldu.” Kandel belə bir sual qoyurdu: Yada salmaq və unutmaq necə baş verir? O, beyini tədqiq etdikcə yaddaşı iki yerə bölür: deklarativ (yəni aydın və parlaq ifadə olunan) və qeyri-deklarativ (qapalı). Bu bölgü Freydin şüur və təhtəlşüur nəzəriyyəsinə tam uyğun gəlir. Deklarativ qabiliyyət yaddaşda şüurlu yaşantı və düşüncəni əks etdirir ki, insan bu xatirələri aydın şəkildə təsvir edə bilir. Qapalı yaddaş qabiliyyəti onda saxlanılan nəsnələrə uyğun gəlir, hansı ki, biz bunları sezməmişik və bunlar haqqında heç nə bilmirik. Kandel Berlin zirzəmisinin iyini bu tip yaddaşa aid edir.

Və bununla da o, “qısamüddətli yaddaş” və “uzunmüddətli yaddaş” anlayışlarını elmi dövriyyəyə gətirdi. Böyük alim CREB zülalını kəşf etdi. Və tapdı ki, bu zülal əsəb hüceyrələri (neyronlar) ilə əlaqəyə girəndə sinaptik (yunanca “əlaqə”) birləşmələrin kəmiyyəti çoxalır. Kandelə görə “qısamüddətli yaddaş” formalaşanda sinapslar daha effektli çalışır. Əksinə “uzunmüddətli yaddaş” sinaptik əlaqələrin sayının çoxalması sayəsində əmələ gəlir . Və CREB zülalı bu sayın çoxalmasında mühüm rol oynayır. Yeri gəlmişkən, Kandel "qısamüddətli yaddaş"ı dəniz dovşanının beyninin üzərində apardığı 20 illik tədqiqatdan sonra tapmışdır. Bu heyvanın beynində cəmi 20.000 əsəb hüceyrəsi var. Dostları zarafatla deyirmiş ki, Kandel dəniz dovşanı ilə keçirdiyi vaxtı həyat yoldaşı ilə keçirmir.

OXUMAQ VƏ YADDAŞ

Erik Kandel yazır ki, öyrənmə beynin müəyyən hüceyrələrində serial dəyişikliklər əmələ gətirir. Kandel yazır: “Hüceyrələr öyrənmə prosesinə maraqlı olanda böyüyürlər. Bu insan əzələlərinin idman zamanı şişməsinə bənzəyir.” “Öyrənən” neyron yeni sinapsis (yunanaca “birləşmə”, iki neyron arasında əlaqə yeri) sonluqlar - kiçik çıxıntılar yaradırlar və bunun hesabına bir neyron digərin ilə ünsiyyət qurur. Aktiv sonluqların artması əsəb hüceyrələrinin informasiya vermək qabiliyyətini çoxaldır. Proses bütün neyron yollarında təkrar olunur və beləliklə informasiyaların toplanması və saxlanması yaranır. Fizioloji nöqteyi-nəzərdən bizim beynimiz iş görür. İnformasiyaları həzm edir, yeni anlayış və xatirələrə qoşulur. Bəs yeni anlayışlar yaddaşda uzun müddət necə qalırlar? Bu əsasən öyrənmə prosesinin intensivliyindən asılıdır. Başqa sözlə o beyində fiziki parametrləri işə salır. Nəticədə zülal sintez olunur, sinapsis əlaqələri möhkəmləndirir, müxtəlif kimyəvi reaksiyalar başlayır, elektrik impulsları və düşünmə zamanı xeyli enerji yaranır. Nə qədər çox neyron öyrənmə prosesinə cəlb olunsa, qoşulsa, yaddaş əbədi və canlı olacaq. Beyində belə fiziki dəyişikliklər daimi xarakter daşımır. Bizim unutmaq deməyimiz, öyrənmə prosesində əldə edilən daxili asossiasiyanın yavaş-yavaş zəifləməsi və itməsidir. Ancaq yaxşı xəbər də var. Bütün sinapsis əlaqələr birdən-birə itmirlər. Bunu fiziki hazırlıqla müqayisə etmək olar. İdmana fasilə verəndə biz əldə etdiyiniz gücün bir hissəsini itirmiş oluruq. Ancaq onun bir hissəsi qalır. Buna görə də keçənləri təkralamaq asandır, nəinki yenisini öyrənmək. Və nəticədə iki tip yaddaşı müqayisə edirlər: kiçik və böyük yaddaşı.

Qısamüddətli yaddaş kövrəklik və tez “uçub” getməklə xarakterizə olunur. Uzunmüddətli yaddaş stabil və ömürlükdür, ancaq qüsursuz deyil. Qısamüddəli yaddaşın uzunmüddətli yadaşa keçidinə konsalidasiya deyirlər. Uzun müddətli yadda saxlama məhsuldar öyrənmə prosesində formalaşır. Burda mövzu su kimi axır, asossiativ sıra yaranır, ortaya gözəl istinadlar gətirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Avqust 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

WUF13 ün Azərbaycanda keçirilməsi diplomatik qələbədir Fariz İsmayılzadə

19 May 2026 17:50see339

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see282

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see277

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see209

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

20 May 2026 03:27see192

WUF13 də uşaqlar üçün yaradılan xüsusi zonadan FOTOREPORTAJ

19 May 2026 18:57see192

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

20 May 2026 01:41see187

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see185

Android istifadəçilərinə pis xəbər: “Gemini Intelligence” çox telefonda işləməyəcək

20 May 2026 05:42see181

Avropa İttifaqı onları sanksiya siyahısından çıxardı

20 May 2026 05:01see180

15 nəfərin öldüyü təyyarə qəzasının Anbaan görüntüləri

20 May 2026 04:36see176

Qrizmann Atletiko Madrid azarkeşləri üçün vida mesajı yayımlayıb

20 May 2026 04:11see175

“Google”da 25 il sonra Yeni dövr

20 May 2026 04:32see167

Novxanıda hotel yanır

19 May 2026 19:10see166

Konte “Napoli”dən ayrılır

20 May 2026 05:51see165

Rubio mayın 23 dən 26 dək Hindistana səfər edəcək

20 May 2026 01:45see161

Mbappeni transfer etməkdə maraqlıdır

20 May 2026 01:06see156

ABŞ SEPAH la bağlı 15 milyon dollar MÜKAFAT elan etdi

20 May 2026 00:51see152

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see150

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri