Icma.az
close
up
RU
Yaddaşlara hopmuş şirin, mehriban bir səs

Yaddaşlara hopmuş şirin, mehriban bir səs

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yusif Muxtarov - 85

22 iyul Xalq artisti, Azərbaycan radiosunun uzun illər diktoru olmuş Yusif Muxtarovun dünyaya gəldiyi gündür. O, təkcə sevilən diktorlardan deyildi, həm də kinoda maraqlı, yaddaqalan obrazlar yaratmış aktyor idi. “Baladadaşın ilk məhəbbəti”, “Gecə qatarında qətl” filmlərində oynadığı rollar onu tamaşaçılara sevdirmişdi.

Yusif Muxtarov, sözün əsl mənasında, yaradıcı insan idi. Radioda oxuduğu mətnlər onun səsində bir özgə çalara bürünürdü, o səsin özünəməxsus rəngi vardı. Zəif mətnləri heç vaxt oxumazdı. Unudulmaz yazıçımız Aqşin Babayev deyirdi ki, Azərbaycan radiosunda sədr müavini işlədiyim vaxtlar idi. Bir gün buraxılış şöbəsindən mənə məlumat verdilər ki, Yusif Muxtarov bir ədəbi proqramı oxumaqdan imtina edir. Şöbə müdiri mənə dedi ki, xahiş edirəm, Yusif müəllimə deyin, bu materialı oxusun. Soruşdum ki, axı Yusif niyə bu materialı oxumaqdan imtina edir? Şöbə müdiri dedi ki, zəif olduğuna görə oxumur.

Yusif müəllimlə söhbət etməmişdən əvvəl həmin yazı ilə tanış oldum. Yusif haqlı idi, ona təşəkkürümü bildirdim. Bu, sonralar bir ənənəyə çevrildi. Mənə deyəndə ki, Yusif Muxtarov hər hansı bir materialı oxumaq istəmir, həmin verilişi proqramdan çıxarırdım. Bilirdim ki, Yusif Muxtarov nə edirsə, nə deyirsə, bunu ancaq verilişlərin dinləyicilərə yüksək səviyyədə təqdim edilməsi naminə edir. O, təkcə diktor deyildi, jurnalistikanın sirlərinə, radionun mahiyyətinə dərindən bələd idi.

Hələ körpə ikən atası müharibəyə getmişdi. Böyük ailənin qayğıları anası Əzizənin çiyinlərinə düşmüşdü. Uşaqlıqda çox iti yaddaşı varmış. Nizami Gəncəvinin “Xəmsə”sini əzbər bilirmiş. Şeiri bir dəfə oxumaqla yadında saxlayırmış. Telejurnalist Telli Pənahqızı Yusif Muxtarov haqqında “Səsin xiffəti...” kitabında yazır ki, “illər ötdükcə Yusif şeir əzbərləmə vərdişini daha da təkmilləşdirdi, radioda oxuduğu ədəbi materialların daxili ritmini tapmaqda bu vərdişi ona həmişə yardımçı oldu”.

Uzun illər Azərbaycan radiosunda çalışmış Əməkdar incəsənət xadimi Şəfəq Əlixanlı Yusif müəllimi belə xarakterizə edir: “Onu “Yusif səsli” deyə çağırırdılar. Məxməri səsini eşidən bir də eşidim, deyirdi. Oxuduğu mətn, rəsmi xəbər, ya da sadəcə, kiminsə qələmə aldığı ədəbi nümunə, şeir, hekayə deyildi, sanki öz ürək sözləri idi. Səsindəki səmimiyyət, doğmalıq, efir ənginliyindəki o sonsuzluqda yolların uzaqlığını da asanlıqla yaxın etməyə qadir idi”.

Tale onu Azərbaycanın sevilən aktrisalarından olan Xalq artisti Amaliya Pənahova ilə qarşılaşdırmışdı. Onlar tanış olanda Yusif ovaxtkı Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakültəsini bitirmək üzrə idi. Lakin bu cavan oğlanın fikri-zikri teatrda, kinoda, ədəbiyyatda idi. İş elə gətirir ki, Yusifin dostu sənədlərini Teatr İnstitutuna verir. O da dostuna qoşulub instituta gəlir və bura dinləyici kimi gəlib-gedən Amaliya adlı qıza vurulur. Onların həyat və tale yolları kəsişəndən ömürlərinin sonuna kimi birgə addımladılar.

1992-ci ildə Amaliya xanımla birlikdə Bakı Bələdiyyə Teatrını yaratdılar və həm vətənimizdə, həm də xarici ölkələrdə Azərbaycan teatr mədəniyyətini layiqincə təmsil etdilər. Bələdiyyə Teatrı teatr tarixinə parlaq səhifələr əlavə etdi. Həmin dövrdə torpaqlarımızda amansız döyüşlər gedirdi. Bakı Bələdiyyə Teatrı öz kollektivi ilə birgə döyüş bölgələrinə gedir, əsgərlərə tamaşalar göstərir, onların döyüş ruhunun yüksəlməsi üçün çalışırdı. Məhz elə bu səbəbdən Bakı Bələdiyyə Teatrını “Döyüşən teatr” adlandırırdılar. Aktyorlar öz sənətləriylə düşmənə qarşı döyüşürdülər. Bu “ordu”nun başında Yusif Muxtarov Amaliya xanımla çiyin-çiyinə dayanmışdı. Onlar nə az-nə çox, 45 il birlikdə addımladılar, həyatın çətin sınaqlarından keçdilər, fərəhli, xoşbəxt günlər yaşadılar. İki layiqli övlad böyütdülər, nəvə-nəticə sahibi oldular. Eyni zamanda Azərbaycan mədəniyyətinə böyük töhfələr bəxş etdilər.

Yusif Muxtarovun ifasında lentə alınan bədii verilişlər bu gün də dinləyicilərin zövqünü oxşayır. Bu verilişlər radiomuzun səs xəzinəsinin ən qiymətli yadigarlarıdır. Yusif müəllimin qızı Aynur xanım atasının xeyirxahlığı ilə bağlı olduqca təsirli bir əhvalat danışmışdı. O əhvalat məni o qədər mütəəssir etdi ki, Yusif müəllimin əziz xatirəsinə “Piano” adlı bir hekayə ithaf etdim. Amaliya xanımla rayonlardan birinə gedibmişlər. Bir evə girəndə görürlər ki, çəlimsiz bir qız karton kağızın üzərinə piano dillərinin rəsmini çəkib və o kağızın üzərində piano çalırmış kimi özünü ovundurur. Bu səhnə ona çox pis təsir edir, Bakıya qayıdan kimi həmin qıza piano yollayır. Yusif müəllim belə insan idi – kövrək, böyük ürəkli...

Böyük sənətkarı ehtiramla anırıq.

Kənan HACI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 İyul 2026 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri