Icma.az
close
up
RU
Yağ bizə dağ çəkirmiş ki...

Yağ bizə dağ çəkirmiş ki...

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ta bu barədə də məlumatı oxuyandan sonra fikirləşirəm ki, görəsən biz nə üçün bir-birimizə qənim kəsilmişik? Məgər hər şey tək pulla, gəlirlə ölçülür? Bəs vicdan, bəs onun ölçüsü?..

Anam deyərdi ki, yağ evin “ana həddidir”. Soruşardım ki, ay ana, yəni nə? Deyərdi ki, bütün ərzaqlar evdə hər gün istifadə olunmadığı təqdirdə, yağ hər gün istifadə olunur, həm də 2-3 dəfə, bu səbəbdən evin ana həddidir. Ona görə də yağın bitməsinə diqqət göstərməlisən, qurtarana yaxın almalısan ki, evdən üzülməsin, bir də, hər gün istifadə olunduğu üçün keyfiyyətinə diqqət etməlisən.

Bunu hər kəs bilir. O səbəbdən də yaxşı yağ almaq istəyir ki, hər gün istehlak etdiyi bu ərzaq növü onun ömrünün sonunu gətirməsin. Beləliklə, üz tutur marketlərə, baxır, görsün, yağın qiyməti necəyədir. Hansından alsın ki, keyfiyyətli olsun.

Son illər istehlakçılar İran İslam Respublikasında istehsal olunan kərə yağlarına üstünlük verirdi. Çünki həqiqətən əvvəllər bu yağdan istifadə zamanı adamın burnuna həqiqi kərə yağının ətri gəlirdi. Lakin istifadə edənlərin hər biri təsdiqləyər ki, son vaxtlar bu yağ marqarin dadı verir. Biz də, “yox ey, bu, İran yağıdır, keyfiyyətlidir”,- deyib özümüzü buna inandırırıq. Əslində İran yağları həqiqətən də keyfiyyətlidir, lakin sən demə, öz ölkəsində. Bizdə buna bir əl gəzdirirmişlər ki, dadı və ətri belə qarışırmış çox güman ki...

Bu, məsələnin bir tərəfi. İndi baxaq, iqtisadçı açıqlamasında Azərbaycan kərə yağına: xaricdən, əsasən İrandan və digər ölkələrdən 50-100 kq-lıq qablaşdırmada kərə yağı gətirilir, sonra bu məhsul emal olunur, tərkibinə 20, 30, hətta 40 faiz palma yağı qatılır və qablaşdırılır. Bu da olur Azərbaycanda istehsal olunan kərə yağı. Əslində isə Azərbaycanda sənaye üsulu ilə təmiz kərə yağı istehsal olunmur.

Bu da bizim yerli kərə yağları... Yağ bizə dağ çəkirmiş, xəbərimiz yox imiş. Onun içərisinə qatılan və bu qatqılarla birlikdə bizə kərə yağı qiymətinə sırınan bu yağlar həm də tək sağlamlıq nöqteyi-nəzərindən deyil, mənəvi tərəfdən də dağ çəkirmiş. Çünki gözümüzün içərisinə baxa-baxa bizi aldadırmışlar. Hələ aradabir bu yağlar endirimə də düşür. Bu zaman qaçıb bir kiloqram da alırdıq ki, endirimdədir də, yararlanaq.

Lakin bütün bu məlumatlara əsasən düşünürəm ki, yəqin endirimə salınan yağların tərkibi daha fərqli olur, yəni 20, 30, 40 faiz deyil, 50-60 faiz palma yağı. Desələr ki, yox, belə deyil. Deyə bilərəm ki, artıq istehsalçılara inamımız-gümanımız qalmayıb.

Əslində bu yağları satan marketlər də məsuliyyət daşıyır. Çünki tərkibi yoxlanmayan, nə olduğu bilinməyən yağların, digər ərzaqların, ət və süd məhsullarının, tərəvəzlərin insanlara sırınmasında onların da “zəhməti” yox deyil.

Maraqlıdır, bir-birimizə qənim kəsildiyimiz bu ölkədə kimə inanaq, kimə güvənək? Axı nə üçün bir-birimizə düşmən kəsilmişik? Özümüz bir tərəfə, nə üçün günahsız övladlarımızı bu kimi təhlükələrlə utanmadan üz-üzə qoyuruq?..

Kim isə daha artıq qazanaq deyə bizə daha artıq kələk gəlməlidir? Kimsə yaxşı yaşamaq istəyirsə, yalanlar üzərində xaniman qurmaq istəyirsə, bunun hədəfi nə üçün günahsız insanlar olmalıdır?..

Hanı Qida Təhlükəsizliyi Agentliyi? İqtisadiyyat Nazirliyinin müvafiq şöbələri hara baxır?

40-50 faizədək palma yağı qatıb, yenidən “istehsal” edib insanları aldatmaq nə deməkdir? Bəlkə də biz marketlərdə bu yağları alarkən kənardan bizə baxıb gülürlər: alın, alın, ay yazıqlar, sizi belə aldadarıq bax...

İndi baxın, yerli yağla bizə necə dağ çəkirmişlər... Bizdə də günah çoxdur. İndi ki bunu bildik, gəlin bu yağlardan heç kim almasın. Bunu “istehsal” edənlərə də biz belə dağ çəkək!

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 İyul 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see255

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see249

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see229

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see224

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see223

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see220

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see219

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see215

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see213

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see201

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see186

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see184

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see184

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see176

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see175

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see167

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see167

ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar Hafiz Paşayev

02 Oktyabr 2026 18:35see165

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri