Yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə dumana görə görünüş məhdudlaşıb FAKTİKİ HAVA AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 29 dekabr, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin dekabrın 29-u saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, düşən yağıntının miqdarı Balakəndə 19, Zaqatalada 11, Kəlbəcərdə 7 , Laçında 4 , Quba, Xocalı, Neftçala, Qusar, Qobustan, Qəbələ, Şəki, Şamaxı, Xaltan, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Şabran, Gəncədə 2 mm, Bakıda və Abşeron yarımadasında isə 3 mm-dir.
Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Şahdağda 16, Quba 7, Şahbuzda 6, Qaxda 5 sm-dir.
Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 17 m/s, Naftalanda 18 m/s-dək güclənib.
Sumqayıt, Binə, Pirallahı, Şərur, Hacıqabul, Daşkəsən, Göygöl, Zaqatala, Naxçıvan, Şəmkir, Balakən, Qax, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Yevlax, Göyçayda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 4, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.
Baxış sayı:94
Bu xəbər 29 Dekabr 2024 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















