Icma.az
close
up
RU
Yağış suları ilə bağlı problemlər belə həll ediləcək

Yağış suları ilə bağlı problemlər belə həll ediləcək

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İntensiv yağışlar zamanı Bakı şəhərinin mərkəzində yaranan problemlərin aradan qaldırılması məqsədilə yeni yağış suları sistemlərinin qurulması planlaşdırılır.

Axar.az xəbər verir ki, xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə deyib.

O qeyd edib ki, Bakı şəhərində 30 küçə üzrə yeni yağış suları sistemlərinin tikintisi nəzərdə tutulur:

"Bu çərçivədə ilk mərhələdə həmin layihələrin texniki-iqtisadi əsaslandırması hazırlanacaq, daha sonra isə icrasına başlanılacaq. Bu tədbirlər şəhər mərkəzində yaranan əsas problemlərin aradan qaldırılmasına xidmət edəcək".

ADSEA sədri xatırladıb ki, 2025-ci ilin aprel ayında Bakıda son 60 ildə müşahidə olunmayan intensivlikdə yağışlar yağıb.

Onun sözlərinə görə, 100 ildə və ya 1000 ildə bir baş verə biləcək leysan yağışlarını hər hansı bir infrastruktur sisteminin tam şəkildə qarşılaya bilməsi mümkün deyil:

"Bununla belə, normalara uyğun və normadan bir qədər artıq yağıntıları idarə edə bilmək üçün yeni sistemlərin qurulması zəruri hesab olunur. Hazırda bu küçələrin siyahısı mövcuddur və proses mərhələli şəkildə təkmilləşdirilərək daha uyğun ərazilərdə davam etdiriləcək".

Z.Mikayılov vurğulayıb ki, tikinti və layihələndirmə işləri ilə yanaşı, yağış və su sistemlərinin düzgün uçotunun aparılması və rəqəmsallaşdırılması da prioritetdir.

Onun sözlərinə görə, sistemlər genişləndikcə insan resursları ilə tam nəzarət mümkün olmayacaq və bu səbəbdən Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı və yağış suları sistemlərində proqram təminatları, yeni SCADA sistemləri və IoT (internet texnologiyaları) əsasında nəzarət mexanizmləri tətbiq olunacaq.

ADSEA sədri bildirib ki, bu texnologiyalar hesabına uçot sistemi elektronlaşdırılacaq, insan amilinin rolu minimuma endiriləcək, suyun keyfiyyət göstəriciləri isə onlayn rejimdə monitorinq olunacaq.

"Bununla sızmalar və su itkiləri operativ şəkildə aşkarlanaraq vaxtında müdaxilə ediləcək. Paralel olaraq istismar qurumlarının maddi-texniki bazası gücləndiriləcək ki, qəza və nasazlıqlara operativ reaksiya vermək mümkün olsun".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://axar.az
archiveBu xəbər 12 Yanvar 2026 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see272

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see251

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see240

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see237

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see212

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see203

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see193

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see192

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see186

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see182

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see177

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see173

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see170

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see168

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see162

Millətlər Liqasında növbəti oyunlar: Polşadan darmadağın, Fransa və İtaliya heç heçə etdi

03 Oktyabr 2026 01:09see159

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see156

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see156

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see155

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri