Icma.az
close
up
RU
Əslində məmurlar vətəndaşları çoxuşaqlılığa səsləməlidi, nəinki belə...

Əslində məmurlar vətəndaşları çoxuşaqlılığa səsləməlidi, nəinki belə...

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın ictimai müzakirə mühitində son illər demoqrafik göstəricilərin azalması, doğum sayının aşağı düşməsi və ailə institutunun dəyişməsi mühüm gündəm mövzularından biri kimi qalır. Bu fonda bəzi ölkələrdə dövlət və sosial təşviqlər ailələrə maddi dəstək paketləri, kredit güzəştləri və müxtəlif hədiyyə proqramları tətbiq edilərək doğumun stimullaşdırılmasına çalışılır. Azərbaycanda isə bu mövzu ətrafında fərqli yanaşmalar və sərt ritorikalar da səslənir. Tanınmış jurnalist, Real TV-nin rəhbəri Mir Şahin “uşaq pulu” ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrə sərt münasibət bildirib. O, Kamal Abdulla və deputat Günay Ağamalının fikirlərinə görə sosial şəbəkələrdə linç edilməsini tənqid edib. Mir Şahin bildirib ki, rəqəmsal platformalar azad söz meydanı kimi təqdim olunsa da, fərqli fikir söyləyən şəxslər dərhal təhqir və təzyiqlə üzləşirlər. O deyib ki, doğub, törəyib, sonra da “Pulumu verin!” deyə qışqırmayın.
Ağ Partiyanın sədri Tural Abbaslı mövzu ilə bağlı Demokrat.az-a bildirib ki, bu gün demək olar bütün dövlətlər əhalinin artımını təşviq etmək üçün müxtəlif addımlar atır, stimullaşdırıcı sosial proqramlar həyata keçirirlər:
“Bir çox ölkələri kənara qoysaq, elə Rusiyanın özündə də son illərdə əhali artımını dəstəkləmək məqsədilə müxtəlif sosial paketlər, güzəştlər və imtiyazlar tətbiq olunub. Amma Azərbaycanda bu məsələyə yanaşma bir qədər qeyri-adekvat görünür. Daha çox belə bir düşüncə formalaşıb ki, guya dövlət müəyyən sosial dəstəkləri həyata keçirsə, insanlar bunu davamlı tələb edəcək. Elə bil hökumətlə xalq arasında görünməz rəqabət mövcuddur və xalqın tələblərini yerinə yetirmək zəiflik kimi qəbul edilir. Bu isə cəmiyyətdə müəyyən narazılıq yaradır. Hazırda Azərbaycanda əhali artımının tempinə baxmaq kifayətdir. Doğulan uşaqların sayı azalır, evliliklərin sayı aşağı düşür, boşanmalar artır, abort statistikası isə narahatlıq doğurur. Bütün bunları nəzərə aldıqda, əslində məmurlar vətəndaşlara müraciət etməli, ikinci, üçüncü, dördüncü uşağın dünyaya gəlməsini təşviq etməli və bunun üçün müxtəlif təminatlar təqdim etməlidirlər”.
Onun sözlərinə görə, cəmiyyətdə belə bir fikir formalaşıb ki, bəzi məmurlar əhalinin artmasını problem kimi görürlər:
“Sanki onların düşüncəsinə görə, insan sayı çoxaldıqca problemlər də artır. Bu yanaşma isə uzunmüddətli perspektivdə ölkənin demoqrafik inkişafına mənfi təsir göstərir. Bu gün artıq çoxuşaqlı ailə anlayışına da yenidən baxmağa ehtiyac var. Hazırda Azərbaycanda çoxuşaqlı ailə statusu beş uşaqla müəyyən edilir. Halbuki mövcud reallıq göstərir ki, bir çox ailədə bir və ya iki uşaq var. Bu səbəbdən həmin meyarın ən azı üç uşağa endirilməsi daha məqsədəuyğun hesab oluna bilər. Eyni zamanda dörd və daha çox uşağı olan ailələrə mənzil təminatı, müxtəlif sosial güzəştlər, uşaqların təhsilinə dəstək və digər imtiyazların verilməsi ilə bağlı təkliflər də irəli sürülür. Bu məsələlər kifayət qədər geniş və əhatəli olduğundan onların bir müsahibə çərçivəsində tam izah edilməsi çətindir. Bəzi jurnalistlər və siyasətçilər də iqtidardakı müəyyən məmurların mövqeyini müdafiə etməyə çalışırlar. Lakin cəmiyyət bu yanaşmanı birmənalı qarşılamır. İnsanlar hesab edir ki, xalqın sosial tələbləri nəzərə alınmalıdır. Bəzən belə fikirlər səsləndirilir ki, guya uşaqpulu verilərsə, insanlar işləmək istəməyəcək. Halbuki dünyanın ən inkişaf etmiş Avropa ölkələrində belə uşaqpulu sistemi illərdir tətbiq olunur və bu, sosial siyasətin vacib istiqamətlərindən biri hesab edilir”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 May 2026 07:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri