Yağış yağsa, yol çökə bilər?
Icma.az, Milli.az saytına istinadən bildirir.
Qobuda yolun bir gecədə qazılıb asfaltlanması sakinlərin narazılığına səbəb olub.
Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, Abşeron rayonunun Qobu qəsəbəsində kanalizasiya xəttinin yenilənməsi üçün yolun bir hissəsinin qazıldığı bildirilir.
Sakinlərin iddiasına görə, işlər başa çatdıqdan sonra qazılan ərazi lazımi qaydada bərpa edilməyib. Belə ki, yolun qazılmış hissəsinin üzəri örtülərək asfaltlanıb.
Vətəndaşlar görülən işlərin keyfiyyətindən narahatdırlar. Onlar hesab edirlər ki, yolun bu şəkildə təmir olunması uzunömürlü olmayacaq. Xüsusilə yağışlı havalarda asfaltın dağılması və ərazidə yenidən çökmə baş verməsi ehtimalı var.
Qəsəbə sakinləri aidiyyəti qurumlara müraciət edərək aparılan işlərin keyfiyyətinin yoxlanılmasını və yolun texniki standartlara uyğun şəkildə bərpa edilməsini istəyirlər.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Baxış sayı:100
Bu xəbər 19 Noyabr 2026 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















