Icma.az
close
up
RU
Yalan maşınını işə salan mərkəzlər üçün reallıqlarla barışmağın vaxtı çatıb ŞƏRH AZƏRTAC

Yalan maşınını işə salan mərkəzlər üçün reallıqlarla barışmağın vaxtı çatıb ŞƏRH AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 15 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanın ev sahibliyi etdiyi ən mötəbər tədbirlərdən biridir. Heç şübhəsiz ki, belə mötəbər tədbirə 200-ə yaxın dövlətin yekdil qərarı ilə ev sahibliyi etməsi Azərbaycana göstərilən yüksək etimadın və dəstəyin bariz nümunəsidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.

“Xüsusilə də Azərbaycanın bu sahədəki təcrübəsini və daha əvvəl ev sahibliyi etdiyi tədbirlərdə yüksək təşkilatçılıq qabiliyyətini nəzərə aldıqda bu qərarın heç də təsadüfən qəbul edilmədiyini aydın şəkildə görmək olar. O cümlədən dövlətimiz hər zaman qlobal problemlərin müzakirə edilməsi üçün önəmli platformaların təşəbbüskarı olaraq çıxış etməklə ümumi yol xəritəsinin müəyyən edilməsi, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun davam etdirilməsi və əməkdaşlıq imkanlarının dəyərləndirilməsi üçün körpü rolunu oynayır”, - deyə politoloq vurğulayıb.

O bildirib ki, Prezident İlham Əliyev COP29-un Liderlər Sammitinin açılış mərasimində çıxışında ölkəmizin bu istiqamətdəki rolunu xüsusilə vurğulayaraq qeyd edib ki, “Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib”.

Politoloq deyib ki, Azərbaycan, həmçinin Türk və İslam dünyasının əsas aktorlarından biridir. Türk Dövlətləri Təşkilatının aparıcı üzvlərindən biri kimi türk kimliyinin beynəlxalq sistemdəki rolunun gücləndirilməsi istiqamətində mühüm addımlar atan Azərbaycan, eləcə də İslam Əməkdaşlıq Təşkilatının müxtəlif qurumları olan ISESCO, İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı və İslam Konfransı Gənclər Forumu ilə sıx əməkdaşlıq edir. Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycan tərəfindən həyata keçirilmiş uğurlu təşəbbüslər nəticəsində Hərəkatın qlobal sistemdəki rolu daha da güclənib. Qırx dörd günlük Vətən müharibəsi ilə təkbaşına ədaləti bərpa edərək ərazi bütövlüyünü təmin edən Azərbaycan dövləti bu gün imperialist maraqlarla da təkbaşına mübarizə apararaq inkişaf etməkdə olan ölkələrin hər biri üçün bərabərlik və ədalət tələb edir. Dövlətimiz istismara və zülmə məruz qalan xalqların haqq səsini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün bütün mümkün imkanlardan istifadə edir. Eləcə də enerji təhlükəsizliyi məsələsində ən etibarlı tərəfdaşlardan biri olaraq Azərbaycan nəhəng enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısı olaraq çıxış edir. Belə olan halda yüksələn güc olaraq Azərbaycanın qlobal məsələlərin həllində söz sahibi olması uğurlu diplomatik addımların labüd nəticəsi olaraq nəzərdən keçirilməlidir.

A.Qurbanova qeyd edib ki, Azərbaycanın xarici siyasət doktrinası məhz çoxtərəflilik prinsipi əsasında formalaşaraq özündə bütün dövlətlərlə əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsini ehtiva edir. Yaşıl enerji əsasında istehsal edilən enerji ixracı bir çox istiqamətdə Azərbaycanın önəmini daha da artıran əsas faktorlardan biridir. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə imzalanmış Günəş və külək enerjisi layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsinə əsasən istehsal olunacaq enerjinin müəyyən bir qisminin ölkənin enerji sisteminə ötürülməsi üçün şəbəkə imkanlarının araşdırılması və eləcə də, ixrac imkanlarının dəyərləndirilməsi üçün lazımi tədbirlərin görülməsi nəzərdə tutulur. Həmçinin Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti ilə əməkdaşlıq çərçivəsində külək enerjisi stansiyası tikilir. Ümumilikdə isə 2030-cu ilədək təxminən altı qiqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsi nəzərdə tutulur. Ona görə də belə uğurlu və bütün məsələlərə həssas yanaşmanı özündə ehtiva edən diplomatik gündəliyə sahib olan bir dövlətə qarşı qərəz və nifrət zəminin olan çıxışların heç bir tarixi və hüquqi əsası ola bilməz. Neft istehsal və ixrac edən ölkə olaraq Azərbaycanın iqlim dəyişikliyinə səbəb olan ekoloji problemlərin həlli istiqamətində atdığı real addımlar heç bir halda görməməzliyə vurula bilməz. Nəticə etibarilə informasiya çirkliliyinin yüksək səviyyədə olduğu bir dövrdə Qərbin bəzi siyasi mərkəzlərinin nəzarətində olan media korporasiyalarının bütün şər və böhtanlarına baxmayaraq, bu gün Azərbaycan 70 mindən artıq qonağa ən ali səviyyədə ev sahibliyi edərək dünyanın diqqət mərkəzində olmağı bacarır. Deməli, artıq yalan əsri bitdiyi kimi, yalan maşınını işə salan mərkəzlər üçün də reallıqlarla barışmağın vaxtı çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2076

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see270

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see226

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see203

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see186

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see177

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see162

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see147

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see138

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see131

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see130

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri