Azərbaycan Voleybol Federasiyasının məşqçimüəllimlər üçün təşkil etdiyi kurs başa çatıb AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı,27 dekabr, AZƏRTAC
Azərbaycan Voleybol Federasiyasının (AVF) məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti kurs başa çatıb.
Qurumdan AZƏRTAC-a verilən məlumata görə, Bakı şəhərində baş tutan AVF-nin “1-ci dərəcə” məşqçi kursunda Bakı RVK-nın tərkibinə daxil olan şəhər və rayonlardan olan 15 məşqçi-müəllim iştirak edib. Dərslər federasiyanın təlim və aşağı yaş qruplarının rəhbəri Cengiz Akarçeşme tərəfindən keçirilib.
Kursun sonuncu günündə iştirakçılar nəzəri və praktiki imtahan veriblər. Hər iki imtahanı uğurla keçənlərə AVF-nin “1-ci dərəcə” sertifikatı təqdim olunub. Bu sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Level-1 seminarında iştirak etmək hüququ qazanacaqlar.
Qeyd edək ki, bundan əvvəl Qəbələ və Sumqayıt şəhərlərində məşqçi kursları təşkil olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 27 Dekabr 2024 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















