Qızımın bir milyonu yox, çoxlu qızıl zinət əşyaları oğurlanıb İsa Həbibbəyli
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin qızı Günay Məsimovanın Almaniyada bank seyfində saxladığı bir milyon avrodan artıq nəğd pul və qiymətli əşyalarının fırıldaq yolu ilə ələ keçirildiyi barədə məlumat yayılıb.
Redaktor.az manset.az-a istinadən xəbər verir ki, AMEA-nın prezidenti İsa Həbibbəyli bildirib ki, yayılan məlumatlar həddindən artıq şişirdilib:
“Bu barədə dünən oxumuşam. Yazılır ki, guya qızımın seyfindən 1 milyon avro məbləğində pul oğurlanıb. Əslində isə bu, doğru deyil. Qızımın çoxlu qızıl-zinət əşyaları və şəxsi əşyaları oğurlanıb. Həmin zinət əşyaları onun anasından və qayınanasından yadigar qalan əşyalardır. Yazılanlar həddindən artıq şişirdilib. Qızımın seyfindən 1 milyon avronun oğurlanması barədə isə mənim heç bir məlumatım yoxdur. Xahiş edirəm, bu kimi məsələlərdə adım hallandırılmasın" - deyə İ.Həbibbəyli əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 21 Oktyabr 2025 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















