Icma.az
close
up
RU
Ağıllı” sistemlərin yaratdığı saxta nizama qarşı Bütün dünyaya səs salan ədəbi nəsil

Ağıllı” sistemlərin yaratdığı saxta nizama qarşı Bütün dünyaya səs salan ədəbi nəsil

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Bu gün yazıçı Cek Keruakın doğum günüdür.
Kulis.az bu münasibətlə müəllif haqqında Hasan Sezerin yazısını təqdim edir.

1929-cu ildə başlayan və 1930-cu ildə cəmiyyətin bütün təbəqələrinə təsir edən "Böyük depressiya" insanların həyatını alt-üst etmişdi. Xüsusilə, Amerikada insanlar aclıqdan, səfalətdən yollara düşmüş, köçəri həyatı yaşamağa başlamışdılar. İş tapmaq, yaşamaq, dolanmaq üçün qitəni başdan-başa gəzirdilər.

Bir sözlə, yoxsulluq, aclıq... Vəhşi kapitalizm insanların çiyninə ağır yük kimi çökmüşdü. Yaşamaq üçün mübarizə aparan bu insanlar həm dövrün reallığını, həm də ədəbiyyatın mövzusunu müəyyənləşdirdi.

O illərdə yaranan əsərlər bu acı reallığı təsvir edir, gələcək nəsillərə ötürür, çox zaman tənqid edirdi. Dövrün sarsıntıları ədəbiyyatda dərin iz qoymuşdu.

Bu dövrdə azadlıq adı ilə aparılan mübarizələr, ikiqütblü dünyanın ideoloji qarşıdurmaları, dəyişən zamanın yaratdığı arzular, - bütün bunların içindən yeni bir xətt doğuldu: "Beat" nəsli.

Həyatın təbii axarını, insanın çılpaq həqiqətini danışmaq istəyən bu nəsil özünü məhdudiyyətlərdən azad edərək, divarları dağıtdı, yollara çıxdı, unudulmuş təbiətə qayıtdı. "Beat" nəsli sənətin hər sahəsində öz sözünü dedi və arxasında böyük bir miras qoydu.

Bu mirasın əsasında insanın təcrübələri, arzuları və duyğuları dayanırdı.

Beləcə, cəmiyyətin formalaşdırdığı mənəvi qaydalara, saxta əxlaqa üsyan edən bir nəsil yetişmişdi. Onların addım səsləri bu gün də eşidilir.

"Beat" nəsli dedikdə ilk ağla gələn ad Cek Keruakdır. 1922-ci ildə anadan olan yazıçı "Böyük depressiya"nın ağrısını uşaqlıqdan hiss etmişdi. Onun arzusu sadə idi; azad yaşamaq və darıxdırıcı qaydalardan xilas olmaq.

Atasını erkən itirdiyindən anasına çox bağlı olan Keruak idman təqaüdü ilə daxil olduğu universiteti bitirə bilməmişdi. Təhsilini yarımçıq qoyub, sevgilisi ilə birgə yaşamağa başlamışdı. Həyatının bu çətin dövründə sonradan "Beat" nəsli adını alacaq dostları ilə tanış olmuşdu.

Beləliklə, o, fabriklərin, maşınların səsindən uzaqlaşmaq, azad nəfəs almaq üçün yola düşdü. Həyatı da yol kimi görürdü.

Keruak yazdıqlarında öz həyatını qələmi ilə birləşdirirdi. Onun əsərləri avtobioqrafik idi, amma eləcə həyat hekayəsi, məişət sicilləməsi yox, həm də özündə güclü bir fəlsəfə daşıyırdı. Şərq düşüncəsindən, varlıq fəlsəfəsindən təsirlənmişdi. Yazdıqları ilə Amerikadakı milyonlarla yoxsulun səsini dünyaya çatdırırdı.

Azadlıq və insan ləyaqəti ideallarının ayaq altına atıldığı bir dövrdə o, dik dayanmışdı. Ola bilsin, dünyanı dəyişib, daha yaxşı bir yerə çevirə bilmədi, amma gələcək nəsillərə ümid verdi.

“Göy üzü geniş, həyat qısa, arzular sonsuz idi, yol azadlıq idi, yol dostluq idi, macəra idi, sonsuz ehtimalların cəmi idi, həyatın özü idi.”

Çətin günlərdən keçən Keruak yaşadıqlarını bəzən dəyişdirərək, bəzən olduğu kimi yazırdı. Kitabın çap olunması məqamı yetişəndə əvvəlcə müəyyən səhnələri silmək istəyirdi, ancaq nəşriyyatın təkidi ilə həmin səhnələri tam olmasa da, yumşaldılmış formada çap etdirdi.

“Yolda” romanı nəşr ediləndə bütün dünyaya səs saldı. Hər kəs orijinal versiyada hansı səhnələrin yazıldığı ilə maraqlanırdı. Kitabın 50 illiyinə həsr olunmuş “rulo versiyası” isə ədəbiyyat tarixinə kult əsər kimi düşdü.

Keruak onlarla obraz yaratdı. Həmin obrazları təhkiyəçinin öz şəxsiyyəti ilə birləşdirdi, təcrübələrini səmimi bir dildə yazıya çevirdi.

Ədəbiyyatın klassik qaydalarına görə hekayənin süjeti, strukturu və müəyyən qaydalara tabe olan dili olmalı idi. Amma Keruak bütün qaydaları pozurdu. O, dilə fikir vermir, necə gəldi işləyirdi. Sözü oxucuya yox, həyata idi.

Kağızları dəstələyib fasiləsiz, nəfəs dərmədən yazdı. Aradan illər keçəndən sonra başa düşürük ki, “Yolda” təkcə roman yox, böyük bir mədəniyyətin başlanğıcıdır.

"Beat" nəsli üçün əsas olan yaşamaq və hiss etməkdi. Həyatın qısalığından qorxmurdular, sadəcə onu dolu yaşamaq istəyirdilər.

Bu nəsil “ağıllı” sistemlərin yaratdığı saxta nizama qarşı idi. Onlar üçün azadlıq şəhərin divarları arasında yox, təbiətin qoynunda idi. Həyatın təbiiliyi, sadəliyi, səmimiliyi, - bütün dəyərlər oradaydı.

Bu səbəbdən "Beat" nəsli illər keçsə də, oxuculara ilham verir. Keruakun bir nəfəsə yazdığı “Yolda” romanı bu gün də oxunur, gəncliyin qəlbində ümid işığı kimi yanır.

"Beat" hərəkatı zamanla mədəniyyətə çevrildi. Bob Dilandan Allen Qinsberqə, "Yolda"-dan "Dharma yolçuları"-na qədər uzanan geniş bir xətt formalaşdı. Bu yol, bu axtarış, bu hərəkat sənətin və insan ruhunun sərhədsizliyini göstərir.

Maçado mükafatını Trampa həsr edib Antik şəhərdə Səlcuqlu dönəminə aid izlər tapıldı ​​​​​​​"Alverimdi, can alveri, həm qabağam, həm geri" - Murad Köhnəqalanın şeiri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:37
embedMənbə:https://kulis.az
archiveBu xəbər 21 Oktyabr 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see283

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see229

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see178

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see165

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see163

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see143

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see138

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see130

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see122

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri