Icma.az
close
up
RU
Yalanla fakt arasında itən SƏRHƏDLƏR:

Yalanla fakt arasında itən SƏRHƏDLƏR:

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Media savadlılığı fərdin media vasitələrini və məzmununu anlamaq, qiymətləndirmək, tənqidi düşünmək və onlardan səmərəli şəkildə istifadə bacarığıdır.

Media müxtəlif məlumatları kütləvi şəkildə paylaşmaq üçün bir vasitədir.

Savadlılıq isə hər hansı bir məlumatı oxuyub analiz etmək və ondan düzgün nəticələr çıxarmaq qabiliyyətidir.


Media savadı olan şəxs medianın təqdim etdiyi informasiyaları düzgün anlayıb, onları şifrələyə bilməli, kütləvi məlumatların məzmununa və ötürülməsinə diqqət etməlidir.

Eyni zamanda, tənqidi yanaşma və düşüncə tərzini inkişaf etdirmək, düzgün seçim etmək, saxta xəbərləri ayırd etmək qabiliyyətinə də malik olmalıdır.

Vacib məqamlardan biri də odur ki, hər bir şəxs istənilən məlumatı dezinformasiyadan uzaq və şəffaf şəkildə təqdim etməyi bacarmalı, manipulyasiyanın qurbanı olmamalıdır.

Rəqəmsal informasiya dövründə yaşadığımız üçün media savadlılığı, müxtəlif məzmunlu informasiyaların sorğulanmasına, analiz edilməsinə və məlumatın dəqiq qaynağının araşdırılmasına kömək edir.

Bütün bunlar fonunda məlumatları rahatlıqla tirajlamaq və cəmiyyətə təqdim etmək mümkündür.

Media savadlılığının vacib cəhətlərindən biri də vətəndaşın ona yönəlmiş məlumatları analiz etmə bacarığındadır; həmçinin bu məlumatları gündəlik həyatında rahat bir vasitə, mesaj kimi istifadə etməsi mümkündür.

Təəssüf ki, bu gün media savadsızlığı olan şəxslərin yaydığı dezinformasiya və saxta xəbərlər nəticəsində cəmiyyətdə mediaya qarşı inamsızlıq yaranıb.

Bəs media savadı olmayanlar artırılmasını və dezinformasiya xarakterli məlumatların qarşısını necə almaq olar?

       

                                   “Məktəb şagirdlərinə məlumatı sanballı mənbədən əldə etmək vərdişi aşılamalıdır”

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan “Report” Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu bildirib ki, media savadlılığı bir-iki günə, aya, hətta ilə formalaşan məsələ deyil.


“Bu gün kimi dindirsən, saxta xəbərin, dezinformasiyanın bolluğundan, insanların hər yalan xəbərə inanmağa hazır olduğundan gileylənər. Hara üz tutsaq, feyk xəbərlər üstümüzə gələcək. Yalan xəbər bir dəfə internetə düşdüsə, başlayır öz “həyatını” yaşamağa, səhifədən səhifəyə, şəbəkədən şəbəkəyə yayılır. Bəzən heç mütəxəssislər belə yalanı doğrudan ayıra bilmirlər. Müxtəlif araşdırmalar feyklərin 10 dəfələrlə artdığını aşkarlayır.

Belə bir halda nə etməliyik? Yalan xəbərin qarşısını almaq olarmı? Bu sualların cavabı elə də asan məsələ deyil. Əslində, dövlət səviyyəsində yalan xəbərin qarşısını almaq üçün daim tədbirlər görülür. Belə olmasa, cəmiyyət daim çaxnaşma, gərginlik vəziyyətində yaşamağa məcbur olacaq. Hər bir şayiə, yalan insanlara həm maddi, həm də mənəvi zərbə vura bilər. Dövlət qurumlarında bu iş yaxşı səviyyədə qurulub. Amma heç də hər yalanı üzə çıxarmaq, bununla bağlı hansısa bir iş görmək alınmır. Hər gün sosial şəbəkədə yüz minlərlə paylaşım edilir, bu qədər məlumatı oxumaq, emal etmək, yalan-doğrunu aşkarlamaq mümkünsüzdür. Dövlət qurumları yalnız ciddi məsələləri diqqətdə saxlaya bilirlər”, – deyə media eksperti qeyd edib.

İ.Rafiqoğlunun fikrincə, yalanlarla mübarizə yükü həm də ictimai qurumların, adi vətəndaşların üzərinə düşür: “Hansısa feyk xəbəri üzə çıxaran şəxs, sadəcə olaraq, həmin sosial şəbəkənin rəhbərliyinə məlumat versə, ya ümumi şikayət edilsə, bu, ən azı bir yalan xəbərin silinməsinə gətirib çıxara bilər.

Bu məsələdə bir problem də var. Müasir dövrün gənci qarşıya çıxan xəbəri və ya saxta fotonu əvvəlcə paylaşır, sonra isə onun doğru və ya yalan olduğu barədə düşünməyə başlayır. Belə mövqe media savadlılığının aşağı olmasından irəli gəlir. Nəyisə yoxlamağa nə həvəs var, nə də istək. Bəzən tələsən gənclik elə düşünmədən nəyisə paylaşmağa hazırdır. Bu səbəbdən emosionallığa qatılıb yalanı tirajlayırlar”.


Ekspert vurğulayıb ki, media savadlılığının mükəmməl formalaşması üçün təməli orta məktəbdən qurulmalıdır.

“Məktəb şagirdlərinə məlumatı hansısa savadsız bloqçudan yox, sanballı mənbədən əldə etmək vərdişi aşılamalıdır. Buna indi başlasaq, bəlkə də 15-20 ilə daha savadlı nəsil yetişdirə bilərik. Ayrı-ayrı təlimlərin, sosial çarxların, sənədli filmlərin də sayını artırmaq olardı. Gənclərin media savadlılığının artması üçün gərək bütün tədris ocaqlarında ciddi prosesə təkan verək. Bu istiqamətdə xeyli iş görülməlidir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Bəli, media savadlılığı, xüsusilə rəqəmsal dövrdə, fərdlərin düzgün qərarlar qəbul etməsi və ictimai müzakirələrdə daha fəal iştirak etməsi üçün vacib bir bacarıqdır. Media savadlılığı ona xas olan aspektləri həyata keçirməyi tələb edir.

   “Dezinformasiya xəbərləri məqsədlidir”.

Gununsesi.info-ya danışan Əməkdar jurnalist, tanınmış telejurnalist və publisist, professor Qulu Məhərrəmli hesab edir ki, media savadlılığının əsas məqsədi jurnalistin verdiyi məlumat auditoriya tərəfindən qiymətləndirilsin.

“Media savadlılığı son illər trenddə olan əsas mövzulardandır. Buna iki nöqteyi- nəzərdən yanaşmaq olar.
Birincisi, ümumi media savadlılığı konsepsiyasısı, ikincisi isə mediada, kütləvi informasiya vasitələrində çalışanların özlərinin savadlılığı.

Birinci məsələdə media savadlılığı cəmiyyətdə yönəltdiyimiz məlumatları təhlil edə bilən, onu araşdıra bilən bir auditoriyadır. Yəni əsas məqsəd məlumatı düzgün çatdırmaq, nəyin yaxşı, nəyin pis, nəyin doğru, nəyin yalan olduğunu dəqiqləşdirə bilmək. Ona üçün də müəyyən səviyyə, savad, dünya görüş önəmlidir.

Bu gün sosial şəfəkələrdə geniş bir meydan var. Ondan istifadə edən şəxs bilməlidir ki, onun fərdə yazdığı məktubu ilə paylaşdığı status arasında çox böyük fərq var. Əgər məktub bir adama gedirsə, amma yazdığı mesajı 5-10 min adam görür.
Bunun üçün də məsuliyyəti, hüquqi həddləri bilmək mütləqdir. Media savadlılığı da onlarda bu səriştəri yaradır. Çünki məqsədi də elə budur”, – deyə o əlavə edib.

Q.Məhərrəmli vurğulayıb ki, media nümayəndəsi yaydığı məlumatları mötəbər etmək üçün mütləq dəqiq mənbələrə əsaslanmalıdır:“Əgər bu məlumat xəbərdirsə, o dolğun olmalıdır, xəbər dəyərlərinə, xəbər parametirlərinə cavab verməlidir.

Münaqişəli xarakterli məlumatlar, araşdırmalar tərəflərin mövqeyi ilə obyektiv balanslı şəkildə işıqlandırmalıdır və yenə də dəqiq mənbələrə istinad olunmalıdır. İttiham və cinayət faktorlar mütləq ki, faktlara əsaslanmalıdır.

Bunu edən jurnalist əlbəttə ki, həm peşə baxımından, hüquqi baxımından, həm də etik baxımından savadlılıq səviyyəsinə xas olmalıdır. Bütün bunların hamısı bir yerdə media savadlılığı anlayışını özündə ifadə edir.

Təəssüf ki, bu gün saxta dezinformasiya məlumatlar da çoxdur. Bu kimi xəbərlər bəzən bilmədən, bəzən bilərəkdən və ya hansısa məqsəd xatirinə yayılır.

Bunları qarşısına almaq üçün əlbəttə ki, ən yaxşı barometr oxucu münasibətidir. Yayımlanan xəbərlər əvvəlcədən nəzarət olunmalı, müxtəlif redaktədən keçməlidir. Peşəkar səviyyə o məlumatların qarşısını almağa imkan verirsə, o cür məlumatlar yayılmayacaq.

Təkrarçılıq, yüngül münasibət, qeyri-ciddi yanaşma, materialların və faktların dəqiqləşdirilməməsi saxta məlumatların artmasına səbəb olacaq.

Əlbəttə ki, dezinformasiyaların yayılmasının da müxtəlif məqsədləri var. Bunlar bəzən xaricdən ötürülə bilir, bəzən də daxildən müxtəlif əlaqələrin nəticəsində meydana çıxır.

Bunun üçün də yalan və saxta məlumatların yayılmaması üçün jurnalistlər çox ayıq olmalıdır. Kimsə özündən uydurma xəbərlər yazmamalı və yaymamalıdır”.

Cəmiyyətdə medianın etimadının, nüfuzunun artmasını vacib hesab edən əməkdar jurnalistin fikrincə, bütün kütləvi informasiya vasitələri dəqiq mənbələrə əsaslanmalıdırlar.

“İstər sayt olsun, qəzət olsun, televiziya olsun, verdiyi yaydığı məlumatlar dəqiq və mütəbər olmalı, mötəbər mənbələrə əsaslanmalıdır. Jurnalist xəbəri vermədən öncə ən azı iki mənbədən təsdiq olunduğuna əmin olmalıdır. Ziddiyyətli, münaqişəli və şübhə doğuran xəbərlər varsa heç bir halda onu çap etməməlidir.
Bir daha qeyd edirəm ki, mütləq şəkildə bütün məlumatlar dəqiqləşdirilməlidir. Eyni zamanda, məlumatlar birbaşa mənbələrdən alınmalı, şayiə ilə fakt arasında, xəbərlə rəy arasında ciddi sərhəd qoyulmalıdır.

Bizim peşəmizin əsası bünövrəsi elə rəylə faktı bir-birindən ayırmaq bacarığıdır. Əgər bunlar bir-birinə zidd olarsa, media qurumu jurnalistika ilə deyil, piyar işləri, təbliğat, reklamla məşğul olacaqsa, o artıq media prinsiplərinin uzaqda dayanır. Nəticədə cəmiyyətin bucür media qurumlarına heç bir ehtimadı olmayacaq”, – deyə Q.Məhərrəmli fikirlərini yekunlaşdırıb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov hesab edir ki, dezinformasiya xəbərlərinin yayılmasında jurnalistikadan anlayışı olmayan şəxslər səbəb olur.

“Ümumiyyətlə media sahəsi olduqca məsuliyyətli və ideoloji sahədir bir sahədir. Bütün peşələrdə olduğu kimi jurnalistikanın da özünün məsuliyyəti, kodeksi var. Jurnalist cəmiyyətə ötürdüyü bütün mesajlarda diqqətli olmalıdır.

Media savadlılığının formalaşmasında aidiyyatı strukturlarla yanaşı, hər bir mətbu orqanının eyni zamanda jurnalistin üzərində böyük məsuliyyət var. Onlar öz peşələrinə uyğun prinsipləri nəzərə amalıdır.

Media nümayəndələri birmənalı olaraq bilməlidirlər ki, dəqiqləşdirilməmiş, araşdırılmamış, heç bir informasiyanı cəmiyyətə ötürmək düzgün deyil.

Təəssüf ki, bu gün bəzi media savadı olmayan şəxslər dəqiq olmayan xəbərləri yayaraq cəmiyyətdə böyük problemlərin yaranmasına səbəb olur. Hesab edirəm ki, bu barədə artıq müəyyən işlər görülür və zamanla bu məsələ öz həllini tapacaq”– deyə deputat bildirib.

Deputat sonda əlavə edir ki, insanlar düşünməsin ki, hər şeyi dövlət etməlidir. O, vurğulayır ki, hər kəs özünə aid vəzifəsini məsuliyyətlə icra etməlidir.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Dekabr 2024 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see447

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see325

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see311

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see309

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see303

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see284

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see282

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see280

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see278

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see273

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see268

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see266

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see260

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see257

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see248

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see244

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see240

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see236

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see220

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri