Icma.az
close
up
RU
“Perinçək bu yalanla dividend qazanmaq istəyir” Deputat

“Perinçək bu yalanla dividend qazanmaq istəyir” Deputat

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan artıq neçə illərdir ki, mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün məkan olaraq seçilib. Həm Bakıda, həm də azad olunmuş ərazilərimizdə beynəlxalq tədbirlər yüksək səviyyədə keçirilir. Avropa Ravvinlər Konfransına da Bakı ev sahibliyi edəcəkdi. Görünür, təşkilatçılar tərəfindən hansısa səbəblərə görə tədbiri təxirə salmaq barədə qərar qəbul edilib”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Onun sözlərinə görə, burda Azərbaycanın ev sahibliyindən imtina etməsindən söhbət getmir. Sadəcə olaraq hansısa səbəblərə görə tədbirin ertələnməsi qərarı verilib. Bu da təbiidir, belə hallar olur.

Deputat Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçəkin konfransın onun Prezident İlham Əliyevə ünvanladığı məktubdan sonra ləğv olunduğuna dair iddialarına da toxunub.

“Doğu Perinçək adlı siyasətçinin dedikləri tam olaraq yalandır. Hesab edirəm ki, bununla özünə hansısa formada dividend qazanmaq, xal toplamaq istəyir. Onun əslində keçmişi də bəllidir və bu açıqlamaları Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyi, iki ölkənin ictimaiyyətləri arasında münasibətlərdə gərginlik yaratmağı hədəfləyir. Bu baxımdan da heç bir halda söylədikləri doğru deyil. Bu cür fikirlər ümumiyyətlə zərərlidir və belə formada gündəmə gəlmək, belə üsullardan istifadə etməklə özünə xal qazanmağa çalışmaq bu vaxta kimi heç bir siyasətçiyə başucalığı gətirməyib”, - A.Əlizadə söyləyib.

Bu cür halların qarşısını almaq üçün nə kimi addımların atılmalı olduğuna gəlincə, deputat deyib ki, Türkiyə cəmiyyəti yekcins deyil, orada zamanında soyadını dəyişmiş digər millətlərin nümayəndələri, eləcə də ermənilər də var:

“Türkiyə çoxmillətli, çox qüdrətli bir dövlətdir. Onların hamısına təbii ki, hörmətlə yanaşılır. Amma təəssüf ki, aralarında Azərbaycan-Türkiyə dostluğuna bu və ya digər formada xələl gətirən, qarışıqlıq salmaq, ixtilaf yaratmaq istəyən insanlar da var. Onlar münasibətlərə şübhə toxumları səpməklə gərginlik fonu yaratmağı hədəfləyirlər. Bunun da qarşısı alınmalıdr. Türkiyə dost və qardaş dövlətdir. Bizim münasibətlərimiz dünyada analoqu olmayacaq səviyyədə yaxındır. Cəmiyyətdə müxtəlif yanaşmalar ola bilər. Müxtəlif tipli insanlar ola bilir ki, hansısa formada bu birliyə, bütövlüyə xələl gətirmək istəyirlər. Bunun təbii ki, qarşısı alınmalıdır. Bununla bağlı məsələyə dəfələrlə toxunulub, dostlarımıza müraciətlərimiz olub ki, bu məsələlər, nüanslar nəzərə alınmalıdır. Heç bir halda imkan verilməməlidir ki, Azərbaycan-Türkiyə dostluq və qardaşlığına bu və ya digər formada kölgə salınsın, narahatlıq fonu yaradılsın”.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://525.az
archiveBu xəbər 31 Oktyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri