Icma.az
close
up
RU
Yalçın Rəfiyev: 100 milyardlıq hədəf dekorativ xarakter daşıyırdı

Yalçın Rəfiyev: 100 milyardlıq hədəf dekorativ xarakter daşıyırdı

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Dairəvi iqtisadiyyata keçid qlobal resursların tükənməsinə qarşı vacib addımdır".

Oxu.Az xəbər verir ki, bu fikri Azərbaycan xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında çıxışı zamanı səsləndirib.

O bildirib ki, dövlətin və kommersiya tərəfdaşlarının gəldiyi əsas nəticələrdən biri dairəvi iqtisadiyyata keçidin zəruriliyidir:

"Dairəvi iqtisadiyyat həm enerji, həm də iqtisadiyyatların transformasiyası baxımından ən önəmli faktorlardan biridir. Bunun üçün artıq kifayət qədər elmi-statistik əsaslar da mövcuddur. Məsələn, "Gobal Resources Outlook" adlı hesabatın 2024-cü il nəşrinə əsasən, son 50 ildə resurslardan istifadə üç dəfə, təbii ehtiyatların hasilatı və istehsalı isə dörd dəfə artıb. Bu da qlobal karbon emissiyalarında 60 faizdən çox artıma səbəb olub. Bu statistika dairəvi iqtisadiyyatın əhəmiyyətini bir daha ortaya qoyur".

Y.Rəfiyev qeyd edib ki, iqlim müzakirələrində bəzi yanlış yanaşmalar var:

"Enerji transformasiyası ilə bağlı müzakirələrdə bəzən mədən yanacağı istehsal edən ölkələr hədəf göstərilir. Halbuki statistik göstəricilər sübut edir ki, karbon emissiyalarının təxminən 45 faizi məhsul və qida zənciri, istehsal prosesləri ilə əlaqəlidir. Burada isə təkrar istehsal və tullantıların düzgün idarəolunması mühüm rol oynayır. Bütün bunlar texnologiya tələb edir və müasir texnologiyalara - süni intellektə, blokçeynə və digər vasitələrə əsaslanmalıdır".

Nazir müavini vurğulayıb ki, bu texnologiyaların əldə olunması üçün maddi vəsait və elmi baza zəruridir. Bu baxımdan, universitetlər və təhsil müəssisələri dəstək olmalı, imkanlar yaratmalıdır:

"COP prosesi bizə bir çox dərslər öyrətdi. İqlim dəyişikliyi mövzusu siyasi baxımdan da ziddiyyətli bir məsələdir. Amma elmi əsaslara söykənən yanaşmalar danışıqlarda hər zaman ortaq məxrəcə gəlməyə kömək edir".

O, iqlim maliyyələşməsi və ədalətli keçid anlayışı ilə bağlı iki əsas prinsipi xatırladıb:

"Tarixi məsuliyyət - sənayeləşməyə erkən başlayan dövlətlər qlobal emissiyalarda daha çox məsuliyyət daşıyır. İkincisi isə ümumi, lakin fərqləndirilmiş məsuliyyətdir. Bütün dövlətlər iqlim dəyişikliyinə qarşı məsuliyyət daşısalar da, onların maddi imkanları və başlama nöqtələri fərqlidir".

Y.Rəfiyev əlavə edib ki, bu yanaşma Bakıda qəbul olunan mühüm qərarlarda da əks olunub:

"COP29 çərçivəsində qəbul edilən 300 milyard ABŞ dolları məbləğində illik maliyyələşmə qərarı tarixi əhəmiyyət daşıyır. Bu, 198 ölkənin konsensusu ilə qəbul olunub və BMT sistemində bu miqyasda razılaşma ilk dəfədir. Əvvəlki 100 milyardlıq hədəf isə yalnız dekorativ xarakter daşıyırdı və konkret mexanizmi yox idi".

Baş danışıqçı Azərbaycanın COP29 sədri olaraq göstərdiyi təşəbbüslərdən də danışıb:

"Builki tədbirlər çərçivəsində 14 təşəbbüs irəli sürülüb, onlardan üçü enerji sektoruna, biri isə dairəvi iqtisadiyyat kontekstində metan qazı emissiyalarının azaldılmasına həsr olunub".

Aləmdə Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 İyun 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri