Icma.az
close
up
RU
Yalçın Rəfiyev Ankaraya səfər edib

Yalçın Rəfiyev Ankaraya səfər edib

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Avqustun 29-da xarici işlər nazirinin müavini, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varankın dəvəti ilə Ankaraya səfər edib.

XİN-dən verilən xəbərə görə, səfər çərçivəsində Y.Rəfiyev Paris Sazişi üzrə Türkiyənin “İkiillik Şəffaflıq Hesabatı (BTR1) və Doqquzuncu Milli Bəyanat və İkinci İkiillik Şəffaflıq Hesabatının (NC9/BTR2) hazırlanmasına dəstək layihəsi” çərçivəsində Ankarada təşkil olunan seminarın açılışında çıxış edib.

Çıxışında o, COP29-da əldə olunmuş tarixi nəticələri vurğulayıb və Paris Sazişi çərçivəsində dövlətlərin təqdim etməli olduqları İkiillik Şəffaflıq Hesabatları mexanizminin uğurla işə düşməsində Azərbaycan sədrliyinin mühüm rolunu qeyd edib. Nəticədə, artıq 105 dövlətin bu hesabatları təqdim etdiyi, Azərbaycan və Türkiyənin isə ilk təqdim edən ölkələrdən olduğu xüsusi olaraq diqqətə çatdırılıb. O həmçinin bildirib ki, Azərbaycanın iqlim şəffaflığına verdiyi dəstək COP29 ilə məhdudlaşmayacaq. COP Sədrliyinin Fəaliyyət Gündəliyi çərçivəsində elan edilmiş Bakı Şəffaflıq Platforması (BTP) gələcəkdə də dövlətlərin hesabatları və texniki icmallarının hazırlanmasına beynəlxalq tərəfdaşlarla birlikdə dəstək göstərəcək.

Səfər zamanı, Y.Rəfiyev həmçinin Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank, xarici işlər nazirinin müavinləri Ayşe Berris Ekinci və Nuh Yılmaz, eləcə də Türkiyə İqtisadi İnkişaf Agentliyinin (TİKA) sədri Abdullah Eren ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdə iqlim gündəliyində duran məsələlər, Türkiyənin iqlim dəyişmələri ilə mübarizə tədbirləri, COP30-a hazırlıq və iki ölkənin ortaq prioritetləri, iqtisadi əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət və regional layihələr barədə müzakirələr aparılıb. Xüsusilə BMT və digər təşkilatlar daxilində ortaq fəaliyyətin məmnunluq doğurduğu qeyd olunub və gələcəkdə bu istiqamətdə atılacaq müvafiq addımlar ətrafında fikir mübadiləsi aparılıb. TİKA ilə Azərbaycan İnkişafa Yardım Agentliyi arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Avqust 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see390

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see252

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see235

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see224

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see222

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see211

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see201

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see199

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see198

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see198

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see196

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see195

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see194

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see191

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see190

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see188

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see187

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see182

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see178

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri