Icma.az
close
up
RU
Yalçın Rəfiyev: COP29 gənclərin baxışlarının inteqrasiyası baxımından ən inklüziv konfranslardan biri kimi tarixə düşdü

Yalçın Rəfiyev: COP29 gənclərin baxışlarının inteqrasiyası baxımından ən inklüziv konfranslardan biri kimi tarixə düşdü

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 30 sentyabr, AZƏRTAC

Ötən il biz COP29-da çox uğurlu nəticələrə nail olduq. Bu nəticələr arasında danışıqlar prosesində əldə olunan nailiyyətlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan danışıqlar zamanı gənclərin səsinin eşidilməsini təmin etməyə xüsusi diqqət ayırdı. Biz əsasən gənclərin beynəlxalq platforması olan YOUNGO ilə əməkdaşlıq etdik. Həmçinin Qoşulmama Hərəkatının gənclər təşkilatlarının nümayəndələri ilə görüşlər keçirdim və bu gün həmin təşkilatın İdarə Heyətinin üzvlərini burada görməkdən böyük məmnunluq duyuram. Onların iştirakı və dəstəyi bizim üçün həmişə dəyərli olub.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev ikinci Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən Gənclərin Rəhbərliyində İqlim Forumunda çıxışı zamanı deyib.

O vurğulayıb ki, COP29 gənclərin baxışlarının inteqrasiyası baxımından ən inklüziv konfranslardan biri kimi tarixə düşdü: “Bizim fəaliyyətimiz yalnız danışıqlar masası ilə məhdudlaşmadı, həmçinin sədrliyimizin konsepsiyasında da gənclərin rolu nəzərə alındı. Bütövlükdə yanaşmamız, gənclərin qlobal miqyasda ehtiyac və prioritetlərini özündə əks etdirdi.

Bu gün biz çoxtərəfli diplomatiya və qlobal iqlim fəaliyyətində yeni və ümidverici mərhələyə qədəm qoyuruq. Həmin mərhələ təkcə beynəlxalq sistem üçün deyil, bütövlükdə iqlim gündəliyimiz üçün də böyük əhəmiyyət daşıyır. Əsas çağırışımız odur ki, gənclər qlobal iqlim fəaliyyətinə daha da sadiq olsun, bu prosesdə öz məsuliyyətlərini dərk etsin və gələcəyin peşəkar danışıqlar aparıcıları kimi formalaşsın”.

COP29-un baş danışıqçısı qeyd edib ki, danışıqlar mürəkkəb bir prosesdir – burada bəzən güzəştə getmək, bəzən isə prinsipial mövqeyi qətiyyətlə müdafiə etmək tələb olunur. Eyni zamanda, bütün prosesin mahiyyətini dərindən anlamaq da vacibdir. Hazırda müxtəlif ölkələr və liderlər iqlim fəaliyyəti ilə bağlı fərqli mövqelər səsləndirirlər. “Bizim vəzifəmiz bütün bu baxışları nəzərə alaraq sağlam, elmi əsaslara söykənən, yaradıcı və nəticəyönümlü müzakirələr aparmaqdır. İqlim dəyişikliyinin miqyası və təsirləri haqqında müxtəlif fikirlər mövcud olsa da, bizim əsas yolumuz elmə əsaslanmaqdır. Elm isə çox vaxt gənclərin tədqiqatları və yaradıcılığı ilə zənginləşir. Ona görə də sizi gələcək akademik fəaliyyətlərinizdə və elmi araşdırmalarınızda iqlim məsələlərini daim diqqət mərkəzində saxlamağa dəvət edirəm. Əminəm ki, bu tədbir də qarşıdakı Pre-COP və COP30 görüşlərinə aparan yolda müzakirələrimizə əlavə töhfə verəcək və birgə fəaliyyətimizi daha konstruktiv edəcək", - deyə Y.Rəfiyev bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see252

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see218

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see150

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see136

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri