Icma.az
close
up
RU
Yalçın Rəfiyev Fransada Türkiyənin COP31 ə hazırlıq məsələlərini müzakirə edib

Yalçın Rəfiyev Fransada Türkiyənin COP31 ə hazırlıq məsələlərini müzakirə edib

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

30 aprel – 1 may tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Fransanın Paris şəhərində səfərdə olub.

XİN-dən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində nazir müavini Y.Rəfiyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolun dəvəti ilə Beynəlxalq Enerji Agentliyi və COP31 sədrliyinin birgə təşkil etdiyi “BEA–COP31: yüksək səviyyəli enerji keçidi” adlı tədbirin açılış sessiyasında əsas natiqlərdən biri qismində çıxış edib.

Y.Rəfiyev çıxışında COP29-un enerji sahəsindəki təşəbbüsləri, COP31-ə hazırlıq prosesi, iqlim dəyişiklikləri ilə bağlı mövcud qlobal çağırışlar barədə məlumat verib.

Səfər çərçivəsində həmçinin YUNESKO-da Azərbaycan Respublikasının Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə 25 aprel - Kiçik ada inkişaf etməkdə olan dövlətlərinin(SIDS) Beynəlxalq gününə həsr olunmuş işgüzar tədbir keçirilib. Y.Rəfiyev tədbirdə çıxış edərək Azərbaycan ilə SIDS arasında münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə edib Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə ölkəmiz tərəfindən kiçik ada dövlətlərinə xüsusi diqqətin, inkişaf üçün beynəlxalq yardım sahəsində davamlı dsətəyin göstərildiyini vurğulayıb. Bu əməkdaşlığın yeni bir istiqaməti olaraq SIDS ölkələrinin mədəni irsinin YUNESKO-da siyahıya alınmasına Azərbaycanın siyasi və texniki dəstək verməyə hazır olduğunu bildirib.

Tədbirdə iştirak edən SIDS ölkələrinin YUNESKO nəzdində daimi nümayəndələri Azərbaycanın uğurlu sədrliyi altında COP29-da qəbul edilmiş tarixi qərarların ilk növbədə məhz iqlim dəyişmələrinə həssas olan bu ölkələr üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, ölkəmizə bu sahədə göstərdiyi dəstək üçün təşəkkürlərini ifadə ediblər.

Çıxış edənlər eyni zamanda iqlim çağırışlarının SIDS ölkələrinin mədəni irsi üçün yaratdığı təhlükəni və bu sahədə ölkələrinin üzləşdikləri çətinlikləri xüsusi vurğulayaraq, Azərbaycan tərəfindən belə bir innovativ təklifin irəli sürülməsini olduqca müsbət qarşılayıb və təşəbbüsə dəstəklərini ifadə ediblər.

Tədbirdə sözügedən istiqamətdə mövcud çagırışların həllinə yönəlmiş, Azərbaycan, UNESCO və 39 dövləti əhatə edən SIDS qrupu tərəfindən birgə icra olunacaq proqramın hazırlanması və həyata keçirilməsi haqqında razılıq əldə olunub.

Səfər çərçivəsində Y.Rəfiyev həmçinin Türkiyənin COP31 sədrliyinin rəhbər heyəti ilə görüşüb, Antalya şəhərində baş tutacaq COP31-ə hazırlıq məsələləri müzakirə edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://apa.az
archiveBu xəbər 01 May 2026 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri