Hər müştəriyə yalnız bir bank kartı veriləcək?
Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
“Hər müştəriyə yalnız bir bank kartı veriləcək” xəbəri doğru deyil. Ümumiyyətlə, belə bir məhdudiyyət də düzgün olmazdı.
Newscenter-az xəbər verir ki, bunları iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, əslində real məsələ başqa cürdür:
"Yeni yanaşmaya əsasən, hər bankın hər bir kart məhsulu üzrə bir müştəriyə manatla 1 kart, hər bir xarici valyutada isə 1 kart verilməsi baza qayda kimi müəyyən edilir.
Yəni bu, bir şəxsin həmin bankda yalnız bir kartının ola biləcəyi demək deyil. Bankın müxtəlif kart məhsulları varsa, müştəri onların hər biri üzrə ayrıca kart əldə edə bilər.
Əməkhaqqı, pensiya və digər sosial ödəniş kartları, eləcə də sahibkarlıq və depozit hesablarına bağlı kartlar bu yanaşmadan istisnadır.
Bundan başqa, bu limit də mütləq deyil. Müştərinin əlavə karta ehtiyacı əsaslandırıldıqda və bank əməliyyatlarda risk görmədikdə əlavə kartın verilməsi mümkündür".
İqtisadçı qeyd edib ki, söhbət bank kartlarının sayının ümumi şəkildə məhdudlaşdırılmasından deyil, eyni kart məhsulu üzrə kartların sayına risk əsaslı yanaşmanın tətbiqindən gedir:
"Məsələn, bir müştərinin eyni bankda manatla debet kartı, kredit kartı, dollarla debet kartı, əməkhaqqı kartı, depozit hesabına bağlı kartı və digər fərqli kart məhsulları ola bilər. Başqa sözlə, qaydalara uyğun olaraq bir müştərinin eyni bankda hətta 6-7 və ya daha çox kartının olması mümkündür.
Üstəlik, ölkədəki 20-yə yaxın bankdan oxşar kart məhsullarını əldə etmək imkanını nəzərə alsaq, nəzəri olaraq bir şəxsin hətta 100-dək bank kartının olması da mümkündür".
Süleyman
Bu mövzuda digər xəbərlər:Bank kartı olan hər kəs bilməlidir
15 İyul 2026 10:32
Niyə hər kəsin bir neçə bank kartı var? AÇIQLAMA
27 Avqust 2026 15:01
Hər bir xalqın vizit kartı...
15 Aprel 2025 10:23
PASHA Bank müştəriyə çətinlik yaratdı
08 Sentyabr 2025 15:09
Azərbaycanda hər 10 nəfərə 22 bank kartı düşür
02 Avqust 2026 20:05
Baxış sayı:70
Bu xəbər 25 Sentyabr 2026 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















