Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Roma nın Raspadori planı

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Yalnız “Midtüllann” büdrəməyib

Yalnız “Midtüllann” büdrəməyib

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Noyabrın 6-da Avropa Liqasının (AL) əsas mərhələsində 4-cü turun oyunları keçirildi.

"Football-plus.az" xəbər verir ki, cümə axşamı növbəti 18 oyunun həyəcanı yaşandı.
AL-in yeni mövsümünün ilk 3 turu 3 komanda üçün əla alınmışdı. Bütün oyunlarında qalib gələn “Midtüllann”, “Braqa” və “Lion” turnir cədvəlində şərikli liderliyə nail olmuşdular. 4-cü turda bu klublardan yalnız biri qələbə seriyasını davam etdirə bildi. “Braqa” və “Lion” liqa mərhələsində ilk dəfə budrədilər. İlk 3 oyunda qapısını toxunulmaz saxlayan “Braqa” öz meydanında “Genk”dən 4 top buraxdı. 3:4 hesabıyla uduzan Portuqaliya klubu 5-ci yerə düşdü. “Betis”dən İspaniyada 2 cavabsız top buraxan “Lion” 7-ci yerə gerilədi. “Midtüllann” isə növbəti oyununu da qalib başa vuraraq vahid liderliyə nail oldu. Danimarka klubu cümə axşamı evdə “Seltik”i 3:1 hesabıyla məğlub etməklə qələbə seriyasını davam etdirdi. Bu nəticəni gözləmək olardı. Belə ki, “Seltik” artıq avrokuboklarda rəqib meydanlarında 15 oyundu qələbə qazana bilmir. Şotlandiya klubu cümə axşamı bu matçlarda 10-cu dəfə uduzdu və qlazqoluların qapısında gördükləri topların sayı 40-a çatdı.
Tura hərəyə 7 xal toplamaqla 4-7-ci yerləri bölüşməklə başlayan komandalardan ikisi qalib gəldi. “Nitsa”nı Fransada 3:1 hesabıyla üstələyən “Frayburq” xalını 10-a çatdırmaqla 2-ci yerə yüksəldi. Hələ də xalı olmayan “Nitsa” turnir cədvəlində 35-ci yerdədi. Qeyd edək ki, komandanı çalışdıran Frank Ez AL-dəki 14 sınağında bir dəfə olsun qələbə qazana bilməyib. “Nitsa” ilə yalnız 4 oyunda uduzmayan 54 yaşlı fransalı mütəxəssis belə uğursuz seriya ilə turnirdəki antirekordunu yenilədi.
İlk 3 oyunda 7 xal toplayan iştirakçılardan “Ferentsvaroş” Macarıstanda “Ludoqorets”ə 3:1 hesabıyla qalib gələrək topların fərqinə əsasən 3-cü yerə çıxdı. Turu qələbə ilə başa vuran “Selta” ilə “Aston Villa” xallarının sayını 9-a çatdırdılar. Bu komandalar hazırda uyğun olaraq 4-cü və 6-cı yeri tuturlar.
Diqqəti cəlb edən nəticələr sırasında “Nottingem Forest”in büdrəməsini də qeyd edək. “Şturm” ilə Avstriyada keçirilən matç qolsuz sona çatdı. İngiltərə komandasının oyunçusu Gibbs-Uayt penaltidən yararlana bilmədi. Nəticədə bu mövsüm “Nottingem Forest”in bütün turnirlərdəki qələbəsiz seriyası 8 oyuna çatdı. “Meşəçilər” bu oyunlarda 4-cü dəfə bir xal qazana bildilər.
Hesabat turunda AL-in favoritlərindən sayılan “Portu” da büdrədi. Portuqaliya çempionatının lideri “Utrext” ilə Niderlandda 1:1 hesabına razılaşdı. Françesko Fariolinin komandası ev sahiblərinin oyunçusu Barkasın 66-cı dəqiqədə qırmızı vərəqə almasından yararlana bilmədi. Nəticədə Portuqaliya klublarının Niderlanda son 12 səfərində qazandığı yeganə qələbə sayı artmadı. “Utrext” liqa mərhələsində ilk xalına sevindi. “Reyncers” isə azarkeşlərinə ardıcıl 4-cü məğlubiyyətin acısını daddırdı. Evdə “Roma”dan iki cavabsız top buraxan Şotlandiya klubu əvvəlki kimi sonuncu – 36-cı yerdədi.
4-cü turun 3 oyununda qol qeydə alınmadı: “Şturm” - “Nottingem Forest” matçı kimi “Bolonya” – “Brann” və “Viktoriya” – “Fənərbaxça” duelləri də başladığı hesabla sona çatdı. Xatırladaq ki, bundan əvvəl 1-ci turun PAOK – “Makkabi” (Təl-Əviv), 3-cü turun “Genk” – “Betis” matçlarında qapılara qol vurulmamışdı.
liqa mərhələsi, 4-cü tur
Midtüllann (Danimarka) - Seltik (Şotlandiya) 3:1

Erliç, 33. Qorqoja, 35. Cu, 41 – Hatate, 81-p.
Midtüllann: E.Olafsson, Mbabu, Li Han Bom, Erliç (Diao, 85), Bek, Bravo, Billinq (Andreasen, 71), Osorio (Kastilyo, 79), Ço Qyu Son, Qorqoja (Şimşir, 59), Cu (Brumado, 59).
Nitsa (Fransa) - Frayburq (Almaniya) 1:3
Kevin Karlos, 25 – Manzambi, 29. Qrifo, 39-p. Şerhant, 42.
Frayburq: Atubolu, Ginter, Linxart, Kübler (Rozenfelder, 79), Makenqo, Eqqeştayn, Manzambi (Höfler, 66), Şerhant (Beste, 66), Sudzuki, Qrifo (Höler, 66), Adamu (Matanoviç, 83).
Dinamo (Xorvatiya) - Selta (İspaniya) 0:3
P.Duran, 4; 28. Dominges, 28-öz qapısına.
Selta: Vilyar, X.Rodriges, Starfelt (Laqo, 76), Dominges, Ristiç, Roman (Sotelo, 85), El-Abdellaui, Aspas, Beltran (D.Rodriges, 76), P.Duran (İqlesias, 63), Saraqosa (Cutqla, 63).
Aston Villa (İngiltərə) - Makkabi (Təl-Əviv, İsrail) 2:0
Maatsen, 45+1. Malen, 59-p.
Aston Villa: E.Martines, Lindelöf, Konsa, Pau Torres (Kamara, 64), Maatsen, Boqard, Onana (Makqinn, 75), Rocers (Uotkins, 64), Sanço (Tilemans, 75), Malen, Qessan (Buendiya, 75).
Betis (İspaniya) - Lion (Fransa) 2:0
Ezzalzuli, 30. Antoni, 35.
Betis: Valyes, Ruibal, Lyorente, Natan, Qomes, Fornals (Deossa, 78), Lo Çelso (Altimira, 65), Roka, Antoni (Pablo Qarsiya, 87), Bakambyu (Avila, 78), Ezzalzuli (Rikelme, 87).
Lion: Qreyf, Meytlend-Nayls (Mata, 84), Klyuvert, Nyakate, Abner Vinisius (Talyafiko, 46), Tessman (Morton, 65), De Karvalyo, Mera (Şults, 65), Karabets, Satriano, Moleb (Moreyra, 46).
Reyncers (Şotlandiya) - Roma (İtaliya) 0:2
Sule, 13. Pelleqrini, 37.
Roma: Svilar, Ermoso, Mançini, Ndika, Çelik (Uesli Fransa, 73), Kristante, Əl-Aynaui, Simikas (Rensx, 73), Sule (Əl-Şaaravi, 66), Dovbik (Pizilli, 86), Pelleqrini, (Kone, 86).
Srvena Zvezda (Serbiya) - Lill (Fransa) 1:0
Arnautoviç, 85-p.
Lill: Özər, Verdonk (Pyerro, 86), Tyaqo Santuş (Menye, 67), Mandi, Mbemba, Buaddi, Bentaleb, Broholm, Mukau (Haraldsson, 81), Korreya (Fernandes-Pardo, 67), İqman (Jiru, 67).
Ştutqart (Almaniya) - Feyenoord (Niderland) 2:0
Əl-Hannus, 84. Undav, 90+1.
Ştutqart: Nübel, Yeltş, Vaqnoman (Levelinq, 46), Habot (Zaqadu, 80), Mittelştadt (R.Hendriks, 80), Çema Andres, Ştiller, Assinyon, Əl-Hannus (Buanani, 85), Tomaş (Fürix, 85), Undav.
Şturm (Avstriya) - Nottingem Forest (İngiltərə) 0:0
Nottingem Forest: Viktor, Savona, Milenkoviç, Morato, Dominges, Yeyts, İ.Sanqare, Makeyti (Ndoy, 66), N.Uilyams, Gibbs-Uayt (Murilyo, 77), Kalimuendo (Ebbott, 79).
Bolonya (İtaliya) - Brann (Norveç) 0:0
Bolonya: Skorupski, Likoyannis, Holm, Heggem, Lukumi, Moro (Pobeqa, 82), L.Ferqyuson, Bernardeski (Orsolini, 75), Fabbian (Miranda, 29), Kambyaqi (Odqor, 75), Kastro (Dallinqa, 82).
Zaltsburq (Avstriya) - Qou Ehed İqls (Niderland) 2:0
Vertessen, 59. Terziç, 80.
Bazel (İsveçrə) - FKSB (Rumıniya) 3:1
Şakiri, 19-p.; 73. Salah, 88 – Olaru, 57.
Utrext (Niderland) - Portu (Portuqaliya) 1:1
Rodriges, 48 – Sayns, 66.
Malmö (İsveç) - Panatinaikos (Yunanıstan) 0:1
Curiçiç, 85.
PAOK (Yunanıstan) - Yanq Boyz (İsveçrə) 4:0
Byanko, 54. Yakumakis, 67. Konstantelias, 72. Baba, 76.
Viktoriya (Plzen, Çexiya) - Fənərbaxça (Türkiyə) 0:0

Ferentsvaroş (Macarıstan) - Ludoqorets (Bolqarıstan) 3:1
Kanixovski, 32. Kadu, 53. Yojef, 87 – Son, 78.
Braqa (Portuqaliya) - Genk (Belçika) 3:4
Salasar, 30; 71. Navarro, 86 – Heymans, 45+2. Sor, 48. O Hyon Qyu, 59. Medina, 72.
1. Midtüllann 4 4 0 0 11-3 12
2. Frayburq 4 3 1 0 8-3 10
3. Ferentsvaroş 4 3 1 0 8-4 10
4. Selta 4 3 0 1 9-4 9
5. Braqa 4 3 0 1 8-4 9
6. Aston Villa 4 3 0 1 6-2 9
7. Lion 4 3 0 1 5-2 9
8. Viktoriya P 4 2 2 0 6-2 8
9. Betis 4 2 2 0 6-2 8
10. PAOK 4 2 1 1 9-6 7
11. Brann 4 2 1 1 5-2 7
12. Dinamo 4 2 1 1 7-6 7
13. Genk 4 2 1 1 5-4 7
14. Portu 4 2 1 1 4-4 7
15. Fənərbaxça 4 2 1 1 4-4 7
16. Panatinaikos 4 2 0 2 7-6 6
17. Bazel 4 2 0 2 6-5 6
18. Roma 4 2 0 2 5-4 6
19. Lill 4 2 0 2 6-6 6
20. Ştutqart 4 2 0 2 4-4 6
21. Qou Ehed İqls 4 2 0 2 4-5 6
22. Yanq Boyz 4 2 0 2 6-10 6
23. Nottingem Forest 4 1 2 1 6-5 5
24. Bolonya 4 1 2 1 3-3 5
25. Srvena Zvezda 4 1 1 2 3-5 4
26. Şturm 4 1 1 2 3-5 4
27. Seltik 4 1 1 2 4-7 4
28. Zaltsburq 4 1 0 3 4-6 3
29. Feyenoord 4 1 0 3 3-6 3
30. Ludoqorets 4 1 0 3 5-9 3
31. FKSB 4 1 0 3 3-7 3
32. Utrext 4 0 1 3 1-5 1
33. Malmö 4 0 1 3 2-7 1
34. Makkabi T-Ə 4 0 1 3 1-8 1
35. Nitsa 4 0 0 4 4-9 0
36. Reyncers 4 0 0 4 1-8 0
Bombardirlər: Aktürkoğlu (Fənərbaxça), Cu (Midtüllann), Sviderski, Zaruri (hər ikisi “Panatinaikos”), İqman (Lill), İqor Jezus (Nottingem Forest), Navarro (Braqa), Şakiri (Bazel) - 3.
Növbəti turun oyunları noyabrın 27-də keçiriləcək: Roma – Midtüllann, Aston Villa – Yanq Boyz, Portu – Nitsa, Viktoriya P – Frayburq, Fənərbaxça – Ferentsvaroş, Feyenoord – Seltik, Lill – Dinamo, PAOK – Brann, Ludoqorets – Selta, Bolonya – Zaltsburq, Svena Zvezda – FKSB, Qou Ehed İqls – Ştutqart, Genk – Bazel, Makkabi T-Ə – Lion, Nottingem Forest – Malmö, Panatinaikos – Şturm, Reyncers – Braqa, Betis – Utrext.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Noyabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see272

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see246

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see232

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see210

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see194

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see176

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see167

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see157

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see152

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see152

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see148

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see146

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see140

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see139

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see139

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see139

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see133

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

25 Dekabr 2025 22:55see133

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri