Yalnız nəticə üçün məşqçilik etmərəm Fabreqas
Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Como"nun baş məşqçisi Sesk Fabreqas İngiltərə Premyer Liqası və gələcəkdə bu ölkəyə mümkün qayıdışı ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis Premyer Liqanı dünyanın ən yaxşı çempionatı hesab etdiyini deyib:
"Premyer Liqa dünyanın ən yaxşı liqasıdır. Bunu həmişə açıq şəkildə demişəm. Futbolçu kimi də belə hiss edirdim. İndi də həm məşqçi, həm də azarkeş kimi bu fikirdəyəm. Joze Mourinyo bir dəfə mənə "Çelsi"də oynadığım vaxt demişdi ki, qarşıda hələ 30 illik karyeram var. Deməli, 10 ili "Komo"da keçirə və yenə də Premyer Liqaya yollana bilərəm. Futbol gözlənilməzdir. Hər şey bir anda dəyişə bilər. Bu gün zirvədəsən, sabah aşağıda ola bilərsən. Gəlin, indiki anın dəyərini bilək və gələcəyin nə gətirəcəyini görək. Hiss etdiyim kimi məşq keçirəm. Oyunu sevirəm. Yalnız nəticə üçün məşqçilik etmərəm. Buna ehtiyacım yoxdur, öz prinsiplərim var".
Qeyd edək ki, "Komo" hazırda Sesk Fabreqasın rəhbərliyi altında A Seriyasında uğurlu nəticələr göstərir. Komanda 35 turdan sonra 62 xalla bci 5-llədə qərarlaşıb və avrokuboklara vəsiqə uğrunda mübarizə aparır.
saytlarin hazirlanmasi
Baxış sayı:98
Bu xəbər 04 May 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















