Icma.az
close
up
RU
“Yalnız torpaq üçün yox, həm də gələcəyimiz üçün vuruşurduq” Nicat Əliyevin Vətən müharibəsi hekayəsi

“Yalnız torpaq üçün yox, həm də gələcəyimiz üçün vuruşurduq” Nicat Əliyevin Vətən müharibəsi hekayəsi

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 27 oktyabr, Vüsalə Səfərova, AZƏRTAC

Beş il əvvəl, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun hərbi gücünü, xalqımızın isə milli birliyini dünyaya göstərib. Bu müharibədə on minlərlə insan iştirak edib, qəhrəman kimi ön cəbhədə tarix yazıb. Bu şanlı Zəfər tarixini yazanlar arasında müxtəlif sahələrdən olan insanlar var idi – müəllim, həkim, mühəndis... Onlardan biri də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin baş müfəttişi Nicat Əliyev idi. Baş leytenant Nicat Əliyev Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrut və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə yaşadıqlarını AZƏRTAC-la bölüşüb.

Müharibəyə çağırış: Qürurla daşınan məsuliyyət

Nicat müharibəyə çağırıldığı an yaşadığı hissləri belə təsvir edir: “Həmin an hisslərim çox qarışıq idi. Bir tərəfdən böyük qürur duyurdum, çünki Vətənə lazım olduğumu bilirdim. Digər tərəfdən məsuliyyət hissi çox ağır idi – ailəmi, yaxınlarımı, valideynlərimi düşünürdüm. Onların məni itirmək qorxusu var idi...”

Ancaq ona güc verib döyüş yoluna aparan bir fikir olub: “Əgər bu gün mən getməsəm, sabah balalarımız, gələcək nəsillərimiz təhlükədə olacaq. Bu düşüncə mənə güc verdi və tərəddüd etmədən gedib öz borcumu yerinə yetirdim”.

Döyüş meydanında qardaşlıq, iradə və Vətənə sevgi

Nicat yaralanmasa da, yanında vuruşan silahdaşlarının ağrıya boyun əymədən döyüşməsini heç vaxt unuda bilmir. Onların iradəsi, “biz qalib gəlməliyik” - deyə özlərini toparlamaları və dirəniş göstərmələri onun üçün ömürlük dərsə çevrilib.

“Ən böyük ruhlandırıcı amil Vətən sevgisi idi. Bilirdik ki, arxada milyonlarla insan bizə dua edir, ümidini bizə bağlayıb. Döyüş yoldaşlarımız arasında da böyük qardaşlıq var idi. Kiminsə gücü çatmadıqda, digəri qolundan tuturdu. Hər birimiz bilirdik ki, biz yalnız torpaq üçün yox, həm də gələcəyimiz üçün vuruşuruq. Bu birlik və həmrəylik məni daim ruhlandırırdı”,- deyə o bildirir.

Müharibədən sonra normal həyata qayıdış

Müharibənin sarsıdıcı səhnələrindən sonra dinc həyata uyğunlaşmaq asan deyildi. İlk vaxtlar adi bir səs-küy belə Nicatı diksindirirdi. O səslər, partlayışlar, itkilər insanın beynindən silinmir: “Amma zamanla, ailəmin dəstəyi, dostlarımın yanımda olması ilə bu hisslər yavaş-yavaş arxada qaldı. Ən böyük dayağım isə xalqımızın göstərdiyi hörmət oldu. Onların münasibəti mənə normal həyata qayıtmağa böyük güc verib”.

Müharibədən sonra yaxınlarının ona olan münasibəti də dəyişib. Ailəsinin və yaxınlarının gözlərində daha çox sevgi və ehtiram hiss edən Nicat, dostlarının da ona artıq sadəcə bir dost kimi deyil, müharibə iştirakçısı kimi yanaşdığını qeyd edib. İş yoldaşlarının göstərdiyi hörmət isə ona bir daha xatırladıb ki, Vətən uğrunda göstərilən xidmət heç vaxt unudulmur.

Azad olunan torpaqlar və gələcəyə inam

Bu gün Qarabağda həyata keçirilən yenidənqurma işlərini izləmək Nicat üçün təkcə məmnunluq deyil, həm də qürur hissidir. Onun üçün azad edilmiş torpaqlarda tikilən məktəblər, çəkilən yollar, salınan evlər sadəcə infrastruktur deyil – bu, xalqın iradəsi və dövlətin əzminin simvoludur: “Çünki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə biz bu torpaqları boş saxlamaq üçün yox, xalqımızı geri qaytarmaq üçün azad etmişik”.

Nicat əmindir ki, gələcək nəsillər artıq işıqlı, təhlükəsiz və azad Qarabağda böyüyəcək.

Döyüşdən gələn həyat dərsi

Nicat müharibəni həyatının ən böyük məktəbi adlandırır. Orada dözüm, səbir, birlik və həyatın nə qədər qiymətli olduğunu öyrəndiyini vurğulayır: “İndi ailəmlə keçirdiyim hər anın dəyərini bilirəm. Ən xırda şeyin belə nə qədər dəyərli olduğunu başa düşürəm. Hər gün üçün Allaha şükür etməyi öyrəndim. Müharibə həm də mənə dostluğun, həmrəyliyin əsl mənasını göstərib. Bu təcrübə mənim həyatımda silinməz iz qoyub və düşünürəm ki, bu iz ömür boyu mənimlə olacaq”.

Nicat Əliyev Füzulinin, Qubadlının, Zəngilanın, Xocavəndin, Cəbrayılın işğaldan azad olunmasına görə, “Şücaətə görə” və “Vətən Müharibəsi İştirakçısı” medalları ilə təltif olunub. Onun hekayəsi Vətənə sədaqətin, birlik və həmrəyliyin nə qədər güclü olduğunu göstərən minlərlə igid əsgərdən yalnız biridir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.

Bu gün ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, şəhidlərimiz dərin ehtiramla yad olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri