“Expressbank” Vətən müharibəsi iştirakçılarının övladları üçün tədbir keçirdi
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
“Expressbank” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 44 Günlük Vətən Müharibəsi şəhidlərinin və qazilərinin övladlarını bir araya toplayıb.
“Expressbank” Vətən Müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsinin 5-ci ildönümünə həsr olunan “Suverenliyin varisləri” adlı korporativ sosial məsuliyyət layihəsi çərçivəsində şəhid və qazilərin övladları üçün əyləncəli və maarifləndirici tədbir təşkil edib.
Tədbir şəhidlərimizin ruhuna ehtiram bildirən bir dəqiqəlik sükut və ardınca Azərbaycan Dövlət Himni ilə başlayıb.
Layihə çərçivəsində uşaqlar üçün rəngarəng əyləncə proqramı və maarifləndirici seminar keçirilib. Belə ki, bankın Korporativ hüquq şöbəsinin rəhbəri Hafiz Bədəlov tədbir iştirakçılarına “Uşaq hüquqları” və “Uşaq hüquqlarının müdafiəsi yolları” haqqında ətraflı məlumat verib.
Tədbirin yekununda uşaqlara bank tərəfindən müxtəlif hədiyyələr, habelə milli-mənəvi dəyərlər mövzusunda maarifləndirici kitab dəsti hədiyyə edilib.
Bank tərəfindən verilən məlumatda bildirilib ki, tədbirdə 100-ə yaxın iştirakçı olub.
Qeyd edək ki, “Expressbank” hər zaman dövlətimizin mövqeyini örnək götürərək şəhid övladlarına yönəlik tədbirlərdə aktiv dəstək göstərib. Belə ki, ötən ilin oktyabr ayında YAŞAT fondu tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə birgə təşkilatçılıqla həyata keçirilən “Xeyriyyə Yarmarkası”nda şəhid övladlarının təhsili üçün 30 000 AZN ianə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 04 İyun 2025 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















