Icma.az
close
up
RU
Yaltağın vicdanıyla MÜSAHİBƏSİ...

Yaltağın vicdanıyla MÜSAHİBƏSİ...

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

“Bu gün yenə kimlərin, hansı vəzifəlilərin, qalstukluların, dövlətlilərin və korrupsionerlərin qarşısında neçə dəfə əyildin? Neçə dəfə inanmadığın, yalan olduğunu dəqiq bildiyin sözlərə "bəli" dedin?..”

“Belə davranmasam, hər şeyimi əlimdən alarlar, özüm də, balalarım da acından ölər. Odur ki, başına dönüm, buna yaltaqlıq demə, bu, sadəcə strateji davranmaqdır...”

“Sən xalqın içinə çıxanda arxanca gələn o zəhərli pıçıltıları eşitmirsən? İnsanların gözlərindəki o soyuq nifrəti və acımanı görmürsən?..”

“O təmiz, dürüst dediyin insanlar zindanlarda, yoxsulluqda, kirayələrdə, zirzəmi kimi evlərdə, yataqxanalarda çürüyəndə, mən zirvədəyəm! Onların o dürüst təbiəti onlara nə qazandırdı bu neçə on illərdə?!.”

“O dürüstləri, haqqsevərləri, vicdanlıları çətinliyə salsalar da, xalq onları öz qəlbində ucaldır, tarixinə qəhrəman kimi yazır. Səni isə sadəcə mənfəət üçün istifadə edirlər...”

“Sabah sığındığın o güc yıxılanda, sən də o qum qalası ilə birgə yerlə yeksan olacaqsan. Və ən acınacaqlısı odur ki, səni heç kim xatırlamayacaq, xatırlayanlar da üzünə tüpürəcək. Məzarın da lənətxanaya, zibilxanaya dönəcək...”

“Fəqət ömrü boyu ləyaqətlə yaşayan, zülmə boyun əyməyən vicdanlı insanlar bilməlidirlər ki, tarixin hökmü amansız və dəyişməzdir...”

*** *** ***

...İşıqlar sönəndə, təriflər, çəpiklər, alqışlar susanda və güc sahiblərinin qapıları qapananda yaltaq insan qaçılmaz bir məhkəmə ilə baş-başa qalır. Bayırda hamıya yalan satan, hər kəsin qarşısında əyilən bu məxluq öz rahat, bəlkə də dövrün ən seçkin mebelləri və yataqları ilə bəzənmiş lüks otağında, gecənin səssizliyində tək-tənha qalır. O, başını – özü tərəfindən şərlənib zindana atılmış haqq savaşçılarından fərqli olaraq – yumyumşaq yastığına qoyanda daxilindəki o boğulmuş səs, yəni vicdanı qəfildən baş qaldırır... Bu, hər bir şərəfsizin, vicdansızın, məddahın və yaltağın hər gecə olmasa da, ayda ən azı bir dəfə yaşamağa məhkum olduğu, qaçışı olmayan bir daxili məhkəmədir. Bəziləri deyə bilər ki, əşşi, yaltağın, şərəfin vicdanı olur ki? Bəli, olur. Çünki Yaradan hər bir insana bu dünyaya göz açandan fitrətən vicdan, ləyaqət, şərəf və s. kimi dəyərləri verir. Sadəcə, sonradan bəzilərinin nəfsləri, tamahları o qədər böyüyü ki, vicdanlarını oyanmağa qoymurlar, oyandıqca onu bir kəlklə uydurmağa çalışırlar. Amma dediyimiz kimi, gecələr, sakitlik çökəndə, gün ərzində aldıqları haram ləzzətlərdən harınlamış yorğun nəfs, tamah, şəhvət yuxuya keçməyə məcbur qalanda vicdan oyanır və dilə gəlir... 

Vicdan(sükutu bıçaq kimi kəsən soyuq bir fısıltı ilə danışır).:

– Hə... Necəsən? Niyə vurnuxursan? Niyə gözlərinə yuxu getmir?.. Nəhayət ki, tək qaldıq. İndi maskalarını çıxar! Bu gün yenə kimlərin, hansı vəzifəlilərin, qalstukluların, dövlətlilərin və korrupsionerlərin qarşısında neçə dəfə əyildin? Neçə dəfə inanmadığın, yalan olduğunu dəqiq bildiyin sözlərə "bəli" dedin? Mənsub olduğun xalqın xoşbəxt gələcəyi üçün haqqı deyən neçə insanın əleyhinə neçə söz, neçə cümlə danışdın, yaxud yazdın? Hə? Dillən, şərəfsiz!.. 

Yaltaq (Gözlərini qaranlığa zilləyib, yastığına daha bərk sığınaraq qorxu ilə pıçıldayır):

– Bilirsən... Məəən... Məəən... Mən sadəcə şəraitə, mühitə uyğunlaşdım. Bu, zəmanənin tələbidir. Ailəm var, uşaqlarım var, karyeram var. Yaşamaq üçün hamı kimi mən də mübarizə aparıram. Nə edim, əlimdən nə gəlir? Belə davranmasam, hər şeyimi əlimdən alarlar, özüm də, balalarım da acından ölər. Odur ki, başına dönüm, buna yaltaqlıq demə, bu, sadəcə strateji davranmaqdır...

Vicdan(istehzalı bir nifrətlə gurlayır):

– Yaşamaq üçün mübarizə? Sən sadəcə öz daxili qorxularının dustağısan! Sənə elə gəlir ki, o saray künclərində, o bahalı kreslolarda yer tapanda ucalırsan. Bəs xalqın, cəmiyyətin arasında sənin əsl yerin haradır, bunu heç düşünmüsənmi?.. Deyirsən, acından öləcəm?.. Ay alçaq! Bəs səndən qat-qat ləyaqətli, namuslu və bacarıqlı insanlar gecə-gündüz, fiziki əzab-əziyyət çəkərək, heç bir kəsə baş əymədən, heç kəsə badalaq gəlmədən, heç kəsi şərləmədən necə dolanır? Belələri, sənin kimi bahalı, rahat evlərdə yox, yarıuçuq daxmalarda, yataqxanalarda, kirayələrdə yaşasalar da, vəzifələri, pulları, bahalı geyimləri və maşınları olmasa da, vicdanları, namusları və şərəfləri olduğu üçün həm Allah dərgahında, həm də xalq, el-oba yanında səndən qat-qat üstündürlər!.. 

Yaltaq(yorğanı başına çəkərək isterik bir səslə etiraz edir):

– Yooxx! Yooxx! Sən nə danışırsan? Mən cəmiyyətdə uğurlu biriyəm! İnsanlar mənim vəzifəmə, puluma, güclülərlə olan əlaqələrimə baxıb mənə hörmət edirlər. Küçəyə çıxanda hamı mənə salam verir, önümdə baş əyir... 

Vicdan(onun sözünü ağzında qoyur):

– Yanılırsan! Onların böyük əksəriyyəti sənə yox, sənin sığındığın o gücün kölgəsinə salam verirlər. Heç xeylisi sənə salam da vermək istəmir,  çünki sənin varlığından, aurandan iyrənir, o məşhur rus məsəlində deyildiyi kimi, sənə toxunmaq istəmir ki, yer üzünün ən dəhşətli iyrənc qoxusu ətrafa daha çox yayılar... Sən xalqın içinə çıxanda arxanca gələn o zəhərli pıçıltıları eşitmirsən? İnsanların gözlərindəki o soyuq nifrəti və acımanı görmürsən? Sən cəmiyyətin gözündə bir ləyaqət simvolu deyilsən. Sən sadəcə az-çox ləyaqəti olan hər kəsin öz övladına "buna bənzəmə" dediyi bir canlı nümunəsən, dərsliksən... 

Yaltaq(yatağından dik atılaraq əsəbi və çarəsiz halda bağırır):

-Mənə nifrət etsələr də, mənə möhtacdırlar! Mənim gücüm var! O təmiz, dürüst dediyin insanlar zindanlarda, yoxsulluqda, kirayələrdə, zirzəmi kimi evlərdə, yataqxanalarda çürüyəndə, mən zirvədəyəm! Onların o dürüst təbiəti onlara nə qazandırdı bu neçə on illərdə?!.

Vicdan(səsi otağın divarlarında əks-səda doğurur):

-Sən şərəfliliyin, ləyaqətliliyin - insanlığın yox, şərəfsizliyin, ləyaqətsizliyin, murdarlığın- şeytanlığın zirvəsindəsən, ay yazıq! O dediyin vicdanlı, namuslular isə dörd divar arasında belə, azaddırlar, çünki başlarını yastığa qoyanda mənimlə fəxr edirlər. Mənim qarşımda əzab çəkmədən, rahat uyuyub yatırlar. Çünki heç kəsi aldatmırlar, heç kəsə xəyanət etmirlər, heç kəsi şərləmirlər və heç kəsə əyilmirlər... Sən isə cismən azadlıqdasan, amma ruhun ömürlük qandallanıb. O dürüstləri, haqqsevərləri, vicdanlıları çətinliyə salsalar da, xalq onları öz qəlbində ucaldır, tarixinə qəhrəman kimi yazır. Səni isə sadəcə mənfəət üçün istifadə edirlər. Sığındığın o rəhbərlər belə, sənə zərrə qədər inanmır. Sənin kimilərin adı xalqın yaddaşında sadəcə bir ləkədir. Sən bu cəmiyyətin həm ən çox istifadə edilən, həm də ən çox iyrənilən varlığısan... 

Yaltaq(sükuta qərq olur, bədəni yüngülcə əsir və başını əllərinin arasına alır):

-Bəs mən nə etməliydim? Sistem belədir, təkbaşına mən nəyi dəyişə bilərdim?.. 

Vicdan(sakitcə, vüqarla):

-Sən sadəcə başqaları kimi onurğanı, qəddini dik tuta bilərdin! Sən isə hər dəfə əyiləndə, bir vicdanlı insanın haqqını tapdalayanda o eybəcər sistemi daha da böyütdün. İndi bax o güzgüyə... Sənin nə siyasi nüfuzun, nə sosioloji mövqeyin var. Sən sadəcə ləyaqətini xırdalayaraq qiymə-qiymə satdıqca satmış olan iyrənc bir kölgəsən. Sabah sığındığın o güc yıxılanda, sən də o qum qalası ilə birgə yerlə yeksan olacaqsan. Və ən acınacaqlısı odur ki, səni heç kim xatırlamayacaq, xatırlayanlar da üzünə tüpürəcək. Məzarın da lənətxanaya, zibilxanaya dönəcək; özün kimi murdar, silinib atılmış əski parçalarıyla dolu olacaq...

Yaltaq artıq heç bir cavab verə bilmir. Güzgüdəki saxta mimikalı, əyilmiş bədənli adam öz həqiqi daxili iflası ilə üz-üzə qalır. Vicdanı onu nə qədər danlasa da və o, öz dərrakəsi ilə bu deyilənləri anlasa da, çətin ki, bundan sonra düzəlsin... Şəfəq söküləndə, səhər açılanda, bayırda həyat qaynamağa, insanlar çörək və qazanc dalınca küçələrə axışmağa başlayanda o, yenə maskalarını taxıb bayıra çıxacaq. Yenə öz ruhunu, vicdanını tapdayıb gündə yüz dəfə kimlərinsə qarşısında əyiləcək, kiməsə yalan danışacaq, kimisə tərifləyəcək, kimisə şərləyəcək... Amma daxilindəki bu gecə yarısı məhkəməsi hər gün onu içəridən gəmirən bir xərçəng kimi fəaliyyətini davam etdirəcək... 

Fəqət ömrü boyu ləyaqətlə yaşayan, zülmə boyun əyməyən vicdanlı insanlar bilməlidirlər ki, tarixin hökmü amansız və dəyişməzdir. Avtoritar rejimlər, qorxu üzərində qurulmuş diktaturalar nə qədər sarsılmaz görünsələr də, gec-tez daxildən çürüyərək mütləq tarixin zibilliyinə atılacaqlar. O böyük çökmə günü gəldikdə isə, həmin sistemlərin fəal dəstəkçiləri, o şərəfsiz yaltaqlar sürüsü də sığındıqları saray künclərindən qovulub, elə həmin tarixin zibilliyində sülənən, can qorxusu ilə vurnuxan siçovullara, tarakanlara və milçəklərə dönəcəklər; vicdanın işığı isə gələcəyi aydınlatmağa davam edəcək...

Sultan Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 İyun 2026 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Forumu: Azərbaycan qlobal iqtisadi platformada rolunu gücləndirir

20 İyun 2026 09:01see329

"Temu"dan gələn bağlamaları kim açır? Gömrük Komitəsindən AÇIQLAMA

19 İyun 2026 16:34see274

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

19 İyun 2026 23:58see232

Ürək üçün ən faydalı meyvələr

19 İyun 2026 23:25see220

“Ürək ritmi pozuntularının müalicəsində yeni mərhələ: qəfil ölüm riskini azaldan cihaz uğurla implantasiya edildi“ Yeni texnologiya

19 İyun 2026 22:43see212

Motsarta aid 44 səhifəlik əlyazma tapıldı Fotolar

20 İyun 2026 04:52see204

İranla danışıqlar yenidən canlanır Trampın nümayəndələri İsveçrəyə getdi

20 İyun 2026 03:30see196

İranda 17 nəfər ABŞ a görə saxlanıldı

20 İyun 2026 20:41see195

Gəncə polisi Xalq artistinə qarşı törədilən dələduzluqla bağlı araşdırmaya başlayıb

19 İyun 2026 23:39see183

Konqoda Ebola xəstələri xəstəxanadan qaçırlar Ac qaldıqlarına görə...

20 İyun 2026 02:36see181

65 yaş həddinin ləğvi regionlarda həkim çatışmazlığını aradan qaldıra bilərmi? PROFESSOR AÇIQLADI

19 İyun 2026 16:14see180

GÜNÜN QOROSKOPU: Yeniliklərə açıq olun...

20 İyun 2026 00:31see176

Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb

20 İyun 2026 11:51see175

Kütləvi ixtisarlar Meta da böhran yaradıb

20 İyun 2026 05:44see173

Rubio gələn həftə Yaxın Şərqə səfər edəcək

20 İyun 2026 02:42see173

İran ABŞ ni Yaxın Şərqdə enerji tədarükünün dayandırılması ilə hədələdi

21 İyun 2026 01:38see171

Kanada Qətərlə oyunda bir ilki həyata keçirib

20 İyun 2026 06:15see170

Almaniya 1/16 finalda: Pley offa üçüncü vəsiqə

21 İyun 2026 02:22see169

Niderland dünya çempionatlarında 100 qol vuran komandaların siyahısına daxil olub

21 İyun 2026 02:01see166

30 dəqiqədə şou göstərdi Undav matçın ən yaxşısı seçildi

21 İyun 2026 02:16see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri