Icma.az
close
up
RU
“Yaltaqlığın qızıl çağı” başlayıb, Trampın əleyhdarları indi ona yaramağa çalışır The Guardian AzPolitika onlayn siyasiictimai qəzet

“Yaltaqlığın qızıl çağı” başlayıb, Trampın əleyhdarları indi ona yaramağa çalışır The Guardian AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünya siyasətçiləri və biznesmenləri ABŞ-nin seçilmiş prezidenti Donald Trampın dəstəyini qazanmaq üçün ona qarşı tənqidlərindən kütləvi şəkildə imtina edirlər. “The Guardian”dakı müəllif məqaləsində keçmiş prezidentin əvvəlki rəqiblərinin prinsipləri “yaltaqlığın qızıl çağında” mənfəətə dəyişməyə hazır olan müttəfiqlərə çevrilməsini kinayə ilə təsvir edilir.

“Report” xəbər verir ki, jurnalist Arva Mahdavi qəzetdəki yeni məqaləsində oxucuları ABŞ siyasi səhnəsində baş verən gözlənilməz “alçalma şousu”na yönəldir.

Hekayənin mərkəzində Donald Trampın qeyri-adi üslubu və siyasətçilərin, habelə iş adamlarının ləyaqətləri bahasına olsa belə, yeni seçilmiş prezidentə sədaqətlərini nümayiş etdirmək istəyən loyal jestləri dayanır.

Müəllif vurğulayıb ki, Trampa xoş gəlmək istəyi diplomatiyadan kənara çıxır. Sələflərindən fərqli olaraq, Tramp ona sadiq olanlara səxavətlə mükafat verəcəyini və düşmənlərindən amansızca qisas alacağını gizlətmir. Mahdavi Trampın keçmiş tənqidçilərinin birdən-birə onun haqqında “yanıldıqlarını” başa düşdükləri vəziyyəti qeyd edərək bunu “yaltaqlığın qızıl çağı” kimi təsvir edib.

Köşə yazarının fikrincə, Avstraliyanın ABŞ-dəki səfiri Kevin Radd buna nümunədir. O, əvvəllər Trampı sərt tənqid edirdi. 2020-ci ildə onu “tarixin ən dağıdıcı prezidenti” adlandırmışdı. Bu sözlər onun paylaşımlarından yoxa çıxıb – Radd bunu guya “mövqelərinin yanlış şərh edilməsinin qarşısını almaq” məqsədilə etdiyini açıqlayıb. Mahdavi yazıb ki, görünür, Radd Trampın ona alçaldıcı ləqəb verəcəyindən və ya Avstraliyaya iqtisadi sanksiyalar tətbiq edəcəyindən çəkinir.

Müəllif həmçinin əvvəllər Trampı “tiran” və “qadın düşməni” adlandırmış Britaniya xarici işlər naziri Devid Lemmi nümunəsini göstərir. İndi Lemmi iddia edir ki, onun əvvəlki şərhləri “sadəcə sıravi deputatın sözləri” idi.

“Daha yaşlı və müdrik Lemmi indi nəyi dəqiq bilir? Bəlkə də o, həqiqətən hakimiyyətə sahib olmağı sevir və davamlı əxlaqa sahib olmaq kimi axmaq bir şeyin bunu təhlükə altına salmasını istəmir?”, – müəllif sual edib.

Yazıçının sözlərinə görə, bir çox insan, görünür, Trampın əvvəllər görə bilmədikləri yeni tərəflərini kəşf etməyə başlayıblar. Məsələn, 2016-cı ildə Trampı “axmaq” və “ali vəzifəyə layiq olmayan”, “amerikalı Hitler” adlandıran yeni vitse-prezident Ceyms Vens indi “səhv etdiyini” etiraf edir. Mövqeyini radikal şəkildə dəyişənlər arasında Tim Kuk (“Apple”ın icraçı direktoru), Sundar Piçai (“Google”), Satya Nadella (“Microsoft”) və Ceff Bezos (“Amazon”un qurucusu) kimi böyük şirkətlərin rəhbərləri var. Hətta bir vaxtlar Trampı zorakılığa təhrik etməkdə günahlandıran Mark Sukerberq indi ona heyrandır və onun administrasiyası ilə işləməyə hazırdır. Bu alçaldıcı ola bilər, lakin Trampa 100 milyon dollardan çox dəstək verən İlon Mask örnəyinin göstərdiyi kimi, sədaqət bol bəhrə verir.

Tramp öz komandasını formalaşdırdıqca, seçimin əsas meyarının ona şəxsi sədaqət olduğu aydın olur. Məsələn, çətin vaxtlarda Trampı dəstəkləyən konqresvumen Eliz Stefanikin BMT-də səfir vəzifəsini tuta biləcəyi söylənilir. “The Guardian”ın köşə yazarı xatırladıb ki, Stefanikin beynəlxalq diplomatiyada təcrübəsi yoxdur, lakin siyasətçinin Trampa sədaqəti daha vacibdir.

Mahdavi belə nəticəyə gəlir ki, dünya “kliyentelizm” dövrünə qədəm qoyub, burada sədaqət əsas valyutaya, təhqir isə adi hala çevrilib. Güclülər qarşısında yaltaqlığın fayda gətirdiyi bir şəraitdə, şəxsi ləyaqətin itirilməsi hakimiyyətə və rifaha çıxış üçün cüzi bədəl kimi qəbul edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Noyabr 2024 08:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri