Yamal Bakıya niyə gəlmədi? Barselona nın baş məşqçisi açıqladı
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkə.az xəbər verir ki, bunu İspaniyanın "Barselona" klubunun baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"a qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.
Mütəxəssis maraqlı görüşə şahidlik edəcəklərini bildirib:
"Sabah" komandası baxımlı futbol oynamağı sevir. Onların özlərinin bir oyun çərçivəsi var. Bura Çempionlar Liqasıdır və bütün rəqiblərimizə hörmətlə yanaşırıq".
O, Lamin Yamalın Bakıya gəlməməsinə münasibət bildirib:
"Biz başqa matçlar da Lamin Yamal olmadan oynamışıq. Buna görə də nə etməli olduğumuzu bilirik. Amma o, bizim üçün çox vacib futbolçudur. Dünən səhər onun vəziyyətini yoxladıq və evdə qalmasının daha yaxşı olduğuna qərar verdik. Ümid edirik ki, hər şey yaxşı olacaq və o, həftəsonu keçiriləcək oyun üçün hazır olacaq".
Baş məşqçi "Barselona" üçün bu görüşün vacib olduğunu vurğulayıb:
"Biz "Barselona" olaraq bu cür oyunların nə qədər vacib olduğunu anlayırlq. "Sabah"la matçda üç xal qazanmaq istəyirik. Onlar tarixində ilk dəfə Çempionlar Liqasında iştirak edirlər. "Sabah" üçün "Barselona" və "Mançester Yunayted" kimi komandalarla qarşılaşmaq zövqlüdür. Bu, onlar üçün xüsusi hadisədir. Əlbəttə, rəqib komandanın hər bir futbolçusu sabahkı oyuna 100 faiz motivasiya ilə çıxacaq. Lakin biz də eyni düşüncə tərzi ilə meydana çıxmalıyıq".
Qeyd edək ki, "Sabah" - "Barselona" matçı noyabrın 25-də Bakı Olimpiya stadionunda, saat 21:45-də start götürəcək.
Baxış sayı:114
Bu xəbər 24 Noyabr 2026 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















