Icma.az
close
up
RU
Yamal Mbappe və Keynə söz ATDI

Yamal Mbappe və Keynə söz ATDI

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

“Barselona” klubunun 19 yaşlı hücumçusu Lamin Yamal “Qızıl top” uğrunda mübarizə ilə bağlı iddialı bəyanatlar verərək yenidən diqqət mərkəzinə düşüb.

Redaktor.az xəbər verir ki, “Movistar Plus” kanalında Xorxe Valdano ilə müsahibədə ispaniyalı futbolçu “Bavariya”nın bombardiri Harri Keynə qarşı sərt mesajlar ünvanlayıb.

Yamal futbolun ən nüfuzlu fərdi mükafatının sadəcə ən çox qol vuran şəxsə deyil, əksinə, meydanda ən yaxşı oyunu nümayiş etdirən oyunçuya verilməli olduğunu bildirib:

“Düşünürəm ki, “Qızıl top”u dünyanın ən yaxşı futbolçusu almalıdır, vəssalam. Mükafat 80 qol vuran oyunçuya verilməməlidir, çünki bunun üçün artıq “ən yaxşı bombardir” mükafatı mövcuddur. Bunlar tamamilə fərqli anlayışlardır. Dünyanın ən yaxşısı hər zaman ən çox qol vuran şəxs deyil. Ən yaxşı o futbolçudur ki, onun oyununa baxarkən sadəcə zövq alırsan və onun digərlərindən aydın şəkildə fərqləndiyini görürsən. Mən və Mbappe dünyanın iki ən yaxşı futbolçusuyuq, lakin düşünürəm ki, bu il bu mükafata məhz mən layiqəm. Bu mənim üçün tam aydındır və futbola baxan hər kəs bunu bilir”, – deyə Yamal vurğulayıb.

Bir çox futbol mütəxəssisləri isə Yamalın bu sözlərini ötən mövsüm “Bavariya” və İngiltərə milli komandası heyətində bütün turnirlərdə 73 qola imza ataraq “Qızıl buts”a layiq görülən Harri Keynə birbaşa atmaca kimi qiymətləndiriblər.

Lamin Yamalın sözügedən qalmaqallı bəyanatlarına “Bavariya”nın idman direktoru Maks Eberl də cavab verib. “Sky Sport Germany” nəşrinə danışan Eberl ispaniyalı gəncə ironik reaksiya verib:

“Əlbəttə, onun özünə belə PR kampaniyası aparması lazımdır. Lakin ən yaxşılar elə futbolçulardır ki, onların bu cür PR kampaniyalarına heç bir ehtiyacı yoxdur”.

Xatırladaq ki, ötən mövsüm “Barselona” ilə La Liqa çempionu olan Yamal keçirdiyi 45 matçda 24 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb, həmçinin İspaniya millisi ilə Dünya Çempionatının qalibi olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Sentyabr 2026 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see334

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see256

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see247

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see235

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see226

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see225

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see218

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see218

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see217

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see216

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see213

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see204

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see203

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see201

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see195

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see191

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see190

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see189

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see186

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri