Icma.az
close
up
RU
Yamala göstərəcəm ki, mən ondan yaxşıyam

Yamala göstərəcəm ki, mən ondan yaxşıyam

"Srvena Zvezda"nın (Serbiya) futbolçusu Andriya Maksimoviç Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Barselona" ilə matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. 

QOL.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi rəqibin futbolçusu Lamin Yamal haqda danışıb: "Lamin möhtəşəm oyunçudur. Sabah meydana çıxıb ona göstərəcəm ki, mən ondan yaxşıyam. Oyundan sonra formalarımızı dəyişdirməyi də planlaşdırıram".

Qeyd edək ki, sözügedən oyun sabah Bakı vaxtı ilə 00:00-da Serbiya klubunun meydanında keçiriləcək. 

seeBaxış sayı:31
embedMənbə:https://qol.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri