Yamalın komanda yoldaşı onu dəstəkləmədi
Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
İspaniya milli komandasının və “Real”ın (Madrid) müdafiəçisi Fran Qarsiya 2026-cı ilin “Qızıl top” mükafatına əsas namizəd hesab etdiyi futbolçunun adını açıqlayıb.
Futbolpress.az xəbər verir ki, AS nəşrinə danışan təcrübəli cinah müdafiəçisi Lamin Yamalın da əsas namizədlər arasında olduğunu desə də, şəxsi seçimində başqa bir həmyerlisini üstün tutub:
“Yamal şübhəsiz ki, hazırda dünyanın ən yaxşı futbolçularından biridir. Həqiqətən də ən yaxşılardandır. Amma şəxsi seçimimə qalsa, mən “Qızıl top”u Fabian Ruisə verərdim. O, Yamal qədər diqqət çəkən və parlaq oyun nümayiş etdirməsə də, böyük işlər görüb”.
Fabian Ruis son bir il ərzində İspaniya yığması ilə DÇ-2026-nın qalibi olub. Yarımmüdafiəçi PSJ-nin heyətində isə UEFA Superkuboku, FIFA Qitələrarası Kuboku, Fransa çempionatı və Çempionlar Liqasının qalibi olub.
Sayca 70-ci “Qızıl top” təqdimetmə mərasimi oktyabrın 26-da baş tutacaq. Mükafatın ilk qalibi Stenli Metyuzun şərəfinə təntənəli tədbir bu il Londonda təşkil olunacaq.
Baxış sayı:142
Bu xəbər 04 Oktyabr 2026 22:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















