Icma.az
close
up
RU
Yamalın zədə QALMAQALI: Barselona bəyanat yaymağa məcbur oldu

Yamalın zədə QALMAQALI: Barselona bəyanat yaymağa məcbur oldu

Icma.az, Lent az saytına istinadən bildirir.

"Barselona"nın hücumçusu Lamin Yamalın zədəsi qalmaqala səbəb olub.

Lent.az xəbər verir ki, o, Çempionlar Liqasındakı PSJ ilə oyundan (1:2) sonra İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente ilə əlaqə saxlayıb. Yamal Fuenteyə qasıq nahiyəsindəki problemin yenidən baş qaldırdığını bildirib. Futbolçu qeyd edib ki, önümüzdəki iki həftə ərzində istirahət etməlidir.

Məlumata görə, buna cavab olaraq de la Fuente deyib ki, əgər Yamal ağrılara baxmayaraq “Barselona”da oynaya bilirsə, deməli yığmada da çıxış edə bilər.

Bundan sonra "Barselona"nın idman direktoru Deko vəziyyəti dəqiqləşdirmək üçün "La Furia Roja"nın inkişaf direktoru Aytor Karanka ilə əlaqə saxlayıb. Lakin Karanka da de la Fuentenin mövqeyini bölüşüb.

"Barselona" qəzəblənib ki, cümə günü İspaniya yığması oktyabrın yoldaşlıq görüşləri üçün heyəti açıqlayarkən orada Yamalın da adı olub. Klub bunu de la Fuentenin təxribatı kimi qəbul edib.

Daha sonra "Barselona" 18 yaşlı futbolçunun zədəsi ilə bağlı rəsmi bəyanat yayıb, bundan sonra İspaniya Kral Futbol Federasiyası (RFEF) Yamalı heyətdən geri çağırıb. Klub isə RFEF-in onlardan tibbi arayış tələb etdiyini təkzib edir. Çünki onların fikrincə, oyunçunun özü çağırışdan imtina etməyi xahiş edibsə, bu, kifayətdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://lent.az
archiveBu xəbər 04 Oktyabr 2025 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri