“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Moskva, 12 oktyabr, AZƏRTAC
“Yandex”in dron hücumları nəticəsində zədələnmiş data mərkəzlərinin tam bərpası həftələr, bir neçə ay çəkə bilər.
AZƏRTAC xəbər verir ki, bu qənaət sənaye mütəxəssislərinin hesablamaları əsasında hasil edilib. Onlar Rusiyanın internet seqmentində sistemli böhran gözləməsələr də, hadisəni data mərkəzinin təhlükəsizliyini gücləndirmək və ehtiyat infrastrukturunu inkişaf etdirmək üçün fürsət hesab edirlər.
Dörd gün ərzində “Yandex”in üç data mərkəzinə hücum edilib. Oktyabrın 8-i gecəsi Ryazan vilayətinin Sasovo şəhərindəki bir şəbəkə ciddi ziyan görüb və fəaliyyəti tamamilə dayandırılıb, ertəsi gün səhər saatlarında isə Kaluqadakı data mərkəzinə hücum edilib və infrastrukturunun bir hissəsi sıradan çıxıb. Oktyabrın 11-i gecəsi Vladimirdəki daha bir data mərkəzinə zərər dəyib və onun fəaliyyəti də dayandırılıb. “Yandex”in məlumatına görə, bu şəbəkələrdə heç bir işçi xəsarət almayıb.
“İnternet-Rozısk” şirkətinin təsisçisi İqor Bederov “İzvestiya” nəşrinə bildirib ki, enerji təchizatı və soyutma sistemlərinin təmiri həftələrlə çəkəcək, server modullarına dəyən ziyan isə bu müddəti bir neçə aya qədər uzada bilər. Onun sözlərinə görə, Vladimirdəki data mərkəzi 2880 server dayağı yerləşdirmək üçün nəzərdə tutulub və şirkətin ən böyük obyektlərindən biridir.
İxtisaslaşmış hesablama avadanlıqlarının dəyişdirilməsi üçün daha uzun təmir müddəti tələb oluna bilər. “Mobile Research Group” şirkətinin aparıcı analitiki Eldar Murtazin etiraf edir ki, superkompüterlər ciddi şəkildə zədələnərsə, onların tutumunun bərpası on səkkiz aydan iki ilə qədər çəkə bilər.
Buna görə də istifadəçi xidmətlərinin bərpası ilə bütün infrastrukturun əvvəlki vəziyyətinə qaytarılması arasında fərq qoymaq lazımdır. Zədələnmiş mərkəzlərdə təmir işləri davam edərkən, yükü əməliyyat yerlərinə köçürməklə tətbiqlərə giriş bərpa edilə bilər.
“Yandex”in mətbuat xidməti “Alice” tətbiqinə, habelə axtarış motoruna, xəritələrə, taksi, poçt və digər xidmətlərə girişin tədricən bərpa olunduğunu bildirib. Ən çox sayda insanın istifadə etdiyi xidmətlərə üstünlük verilir. Lakin bəzi funksiyalar hələ də əlçatan deyil.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 12 Oktyabr 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















