Yanğını söndürməyə getmişdilər Toqquşdular Video
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Yunanıstanın Psate kəndində meşə yanğınlarının söndürülməsi zamanı iki helikopter toqquşub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Naftemporiki” nəşri məlumat yayıb.
Məlumata görə, helikopterlərin hər birinin göyərtəsində iki nəfər olub. Toqquşmadan sonra hər iki hava gəmisi yerə düşüb. Helikopterlərdən biri məcburi eniş edə bilib, onun heyəti təhlükəsiz şəraitdə çıxarılaraq həkimlərə təhvil verilib. Tapılan ikinci helikopterin yerində isə hazırda axtarış-xilasetmə əməliyyatı aparılır. Həmin heyətin taleyi barədə hələlik rəsmi məlumat verilmir.
Qeyd edək ki, iyun ayında Rioda da oxşar hadisə baş vermiş, iki helikopterin toqquşması nəticəsində 6 nəfər, o cümlədən 32 yaşlı amerikalı musiqiçi Oliver Tri həlak olmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 02 Avqust 2026 19:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















