Icma.az
close
up
RU
Trampla Mask yenə toqquşdular VİDEO

Trampla Mask yenə toqquşdular VİDEO

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

bildirir ki, Donald Tramp sahibkarın ABŞ Konqresində baxılan xərclər haqqında qanun layihəsi ilə bağlı yeni tənqidinə özünün “Truth Social” sosial şəbəkəsində belə cavab verib.
Maraqlıdır ki, ABŞ prezidenti ardıcıl şəkildə sahibkarın tərəfdarı olduğu elektromobillərin əleyhinə çıxdığını vurğulayıb.
“İlon Mask mənim prezidentliyimə qəti şəkildə dəstək verməzdən çox əvvəl bilirdi ki, mən elektrik avtomobillərinin məcburi tətbiqinin qəti əleyhinəyəm. Bu, absurddur və bu, həmişə kampaniyamın əsas mövzularından biri olub. Elektrikli avtomobillər əladır, lakin hamını onları almağa məcbur etmək olmaz”, - ABŞ prezidenti yazıb.
Tramp həmçinin iddia edib ki, ABŞ İlon Maskın şirkətlərinə subsidiya verməyi dayandırsa, xərcləri azalda bilər.
- Artıq raket buraxılışlarına, peyklərə və ya elektrik avtomobil istehsalına ehtiyac yoxdur və ölkəmiz bir ətək pula qənaət edərdi. Bəlkə Hökumətin Səmərəliliyi departamentindən (DOGE) bunu yaxşı nəzərdən keçməsini xahiş edək? Çoxlu pula qənaət oluna bilər”, - Amerika lideri vurğulayıb.
Bundan əvvəl Trampın xərclər üzrə qanun layihəsini yenidən tənqid edən Mask öz siyasi partiyasını yaradcağı ilə hədələyib. Onun sözlərinə görə, ABŞ-nin dövlət borcunun yuxarı səviyyəsini rekord həddə daha 5 trilyon dollar artırılması planlaşdırılıb ki, bu da ölkədə heç bir real siyasi tarzalıq olmayan təkpartiyalı sistem yaradıldığının təzahürüdür.
“Xərclər barədə bu ağılsız qanun layihəsi qəbul olunarsa, ertəsi gün Amerika Partiyası yaradılacaq”, - milyarder “X” sosial şəbəkəsində paylaşım edib.
Yeri gəlmişkən, İlon Mask iyunun əvvəlində Trampla ilk mübahisəsindən sonra onu yeni partiya yaratmaqla hədələyib.
İlon Mask Ağ Evdən gedir - VİDEO Xatırladaq ki, Tramp administrasiyasının təklif etdiyi qanun layihəsi iyunun əvvəlində biznesmen Ağ Evdəki postunu tərk etdikdən az sonra İlon Maskla ABŞ prezidenti arasında ictimai mübahisənin səbəblərindən birinə çevrilmişdi.
Sahibkar qanun layihəsinin ABŞ-yə “külli miqdarda strateji zərər” vuracağını iddia edir. Onun fikrincə, qanun milyonlarla işi yerini zərbə altına qoyacaq edəcək və ABŞ-ni “borc köləliyinə aparacaq”.
Donald Tramp isə daha əvvəl bildirmişdi ki, Maskın narazılığına səbəb onun “Tesla” şirkətinin ən çox faydalanacağı elektrik avtomobil istehsalçılarına subsidiyaların sənəddən çıxarılmasıdır.
ABŞ Konqresinin Büdcə idarəsinin hesablamalarına görə, qanun layihəsi vergiləri və xərcləri təxminən 5,3 trilyon dollar azaldacaq. Bu, artıq 2026-cı ilə qədər büdcə kəsirini ÜDM-in 7%-nə, dövlət borcunu isə 2034-cü ilə qədər hazırkı 100%-dən 124%-ə çatdıracaq.
Sənəd Trampın 2017-ci ildə tətbiq etdiyi vergi güzəştlərinin müddətinin uzadılmasını, həmçinin yenilərinin tətbiqini, o cümlədən “çay pulu”na verginin tətbiq olunmasının ləğvini nəzərdə tutur. Vergi endirimlərinin ümumi məbləği təxminən 3,75 trilyon dollar civarında qiymətləndirilir. İtirilmiş gəlirlərin bir hissəsinin dövlət xərclərinin təxminən 1,3 trilyon dollar azaldılması hesabına kompensasiya olunması planlaşdırılır. Ən böyük ixtisarlar “Medicaid” tibbi sığorta və qida yardımı proqramlarına şamil ediləcək.
İlon Mask Ağ Evdən gedir - VİDEO Maraqlıdır ki, Trampla ilk toqquşmadan bir qədər sonra İlon Mask ABŞ prezidenti ilə bağlı yazılarında “həddindən çox dərinə getdiyini” bildirib. Sahibkar həmçinin, İlon Mask ABŞ prezidenti Donald Trampın “X” sosial şəbəkəsində Kaliforniya qubernatoru Qevin Nyusomu Los-Ancelesdəki vəziyyətə görə üzr istəməyə çağıran yazısını öz səhifəsində paylaşaraq Amerika liderini dəstəkləyib.
Bununla belə, Maskın keçmiş silahdaşı, “NeuroVigil” şirkətinin yaradıcısı Filip Lou daha əvvəl “SpaceX” və “Tesla” şirkətlərinin sahibinin Donald Trampa zərər vurmaq üçün hər cür səy göstərəcəyini bildirmişdi.
“Bu illər ərzində İlonla çox “davam” olub. Maskı tanıdığım qədər, düşünürəm ki, o, prezidenti incitmək üçün hər şeyi edəcək. Qalmaqaldan sonra Maskın prezidentlə ictimai barışması “sırf kosmetik” hərəkət idi. Çünki İlon Mask “alçaldıldı” və onun Trampla siyasi ittifaqı bitdi”, - Filip Lou deyib.
İlon Mask, öz növbəsində, Trampın büdcə üzrə qanun layihəsinə səs verən respublikaçı konqresmenlərə də qarşı kampaniyalara sponsorluq edəcəyini açıqlayıb.
- Hətta bu, mənim Yer kürəsində etdiyim son iş olsa da belə, onlar gələn il praymerizləri uduzacaqlar”, - hazırda dünyanın ən varlı adamı vurğulayıb.
Sahil İsgəndərov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azvision.az
archiveBu xəbər 01 İyul 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see490

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see398

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see305

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see270

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see261

Şuşada Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar adlı beynəlxalq konfrans keçirilir

06 İyul 2026 10:04see229

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see220

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see213

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see206

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see193

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see189

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see185

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see185

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see182

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see181

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see180

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see173

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see166

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see162

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri