Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Yanımızda olan şəxs səhv etdi…

Yanımızda olan şəxs səhv etdi…

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hələ 2020-ci il parlament seçkilərində ətrafımdakı şəxslərə bildirmişdim ki, növbəti seçkilərə qatılmayacağam. Ömrə etibar yoxdur, niyyətimdəki yazıları yazmalıyam. Bu il, növbədənkənar seçkilər qərarlaşdırılandan sonra Vətəndaş Həmrəyliyi Partiyasında dəyərli məsləkdaşlarım təkidlə seçkilərə qatılmağımın vacibliyini sübut etməyə çalışdılar.

Partiyanın Milli Məclisdəki yerinin itirilməsini istəmirdilər. Lakin sözümü demişdim. Bundan sonra Tənzilə xanımın söhbəti çıxdı ortaya, çünki partiyanın yaranmasında da, inkişafında da zəhməti böyükdür, bir QHT rəhbəri kimi fəaliyyəti də hamıya məlumdur, işgüzardır, deməyə sözü var...

Seçkilərə hansı dairədən qatılması məsələsində tərəddüd etmədim: Əlbəttə, Neftçala! Dörd il yarımda heç bir millət vəkili öz dairəsində mənim Neftçalada gördüyüm qədər iş görməyib! Hər halda neftçalalılar mənim təşəbbüsümlə çəkilən yolları, su, qaz xətlərini, Kürün şorlaşmasının qarşısını alan bəndi, şəhidlərin ruhunu sevindirmək üçün gördüyüm işləri, Qəhrəmanlar parkını, şəhid və qazi ailələrinə yardımlarımı, seçicilərdən aldığım tək bir məktubu belə diqqətdən kənarda saxlamadığımı, nəhayət, parlamentdə həm Neftçalanın, həm də ölkəmizin, bölgələrimizin problemləri barədə çıxışlarımı az-çox bilmiş olarlar. Normal insanların bunlardan xəbərsiz olması mümkün deyil. Eyni zamanda, Azərbaycan Konstitusiyasına görə, vətəndaş istənilən rayonda işləyə və ya seçilə bilər.

Seçki kampaniyasında namizədlər bütün bunlardan xəbərsiz kimi ortaya iki bəhanəylə çıxırlar:

1. Sabir Rüstəmxanlı Neftçala üçün heç bir iş görməyib. 2. Neftçalalılar öz yerlilərini seçməlidirlər.

Bizə atılan böhtanlara, şəkillərin cırılmasına sona qədər səbrlə yanaşmışıq… Əksinə, bizə yardım edənlərə tapşırmışıq ki, başqalarının şəklini qopmuş görsəniz, yapışdırın, kimsənin əleyhinə danışmayın və s.

İndi sosial mediadakı yalan və təhqirləri oxuduqca hərdən mənə elə gəlir ki, bir ömür milli istiqlal, dövlət müstəqilliyi, söz və mətbuat azadlığı uğrunda apardığımız mübarizə, çəkdiyimiz əziyyətlər ya qəsdən unutdurulur, ya da yeni nəslin vecinə deyil. Hədəf Azərbaycanın Xalq şairi, ömrünü milli idealların təbliğinə sərf etmiş bir adam və onun ailəsi deyil, bütövlükdə millət üçün fədakarlıqla çalışan adamlardır…Bizim yanımızda olan birisi jurnalisti salondan çıxarmaqla səhv edib, xəbərim olsa, buna imkan verməzdim, lakin o jurnalistlərə mən geniş müsahibə vermişdim, onları xoş üzlə qarşılamışdım. Əsas mənim mövqeyimdir. Bəs bu niyə unudulur? Demokratiyadan danışanlar, demokratik mətbuatın tərəfdarları o mətbuatın ilk nümunəsini mənim yaratdığımı niyə unudurlar? Yeni əxlaq bu qədər huşsuz ola bilməz. Dünyaya açılanda kökünü unuda bilməzsən. Xəstə və satqın düşüncəni sağlam ruha qarşı silaha çevirmək olmaz! Seçki irəlidədir. Neftçala da öz seçimini edəcək!

Söyüş söyənlər öz söyüşlərini kiməsə verilən səs hesab edirlər. Doğrudanmı, bu adamlar otuz il “Xocalı soyqırımı”, “Qarabağa azadlıq!”, “Azərbaycana qarşı təzyiqlərə son!” və s. mövzuları dünyanın müxtəlif məclislərinə daşıyan bir ailəyə bu qədər hörmətsizliyi normal iş hesab edirlər? Elədirsə, onda bunlar özləri normal adam deyillər! Mən söyüşləri oxumuram və cavab vermirəm. Cavabsız söyüş onu yazanın özünə, ailəsinə, onlara tərbiyə verməyən böyüklərinə qayıdır.

Belə görünür ki, hədəf təkcə biz deyilik, bütövlükdə milli düşərgə və milli ideallardır… Bu niyyətə düşənlər çox olub! Hamısının da sonu bəllidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://axar.az
archiveBu xəbər 15 Noyabr 2024 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see655

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see423

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see379

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see272

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see265

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see262

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see241

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see230

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see225

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see211

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see206

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see206

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see204

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see203

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see198

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see197

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see188

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see184

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see178

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri