Kəndlərdə işləyən vəkillərə güzəştlər edilsin Əli Məsimli
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
“Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin icrası üçün tələb olunan vəsait və ayrı-ayrı hədəf qrupları üzrə maliyyə ehtiyacları dəqiq hesablanmalıdır.
Modern.az xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin bugünkü iclasında qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, maliyyə yükünün əsas hissəsi dövlətin üzərinə düşsə də, alternativ maliyyə mənbələrindən və beynəlxalq donor mexanizmlərindən istifadə imkanları da nəzərdən keçirilməlidir. Onun fikrincə, bu, dövlətin maliyyə yükünün azaldılmasına və hüquqi yardımın davamlı maliyyələşdirilməsinə kömək edə bilər.
Ə.Məsimli qanunun səmərəli icrası üçün maliyyələşmədə davamlılıq və ədalətliliyin təmin olunmasını, bürokratik maneələrin aradan qaldırılması məqsədilə rəqəmsal mexanizmlərin geniş tətbiqini, xidmətlərin keyfiyyətinə mütəmadi nəzarəti vacib sayıb.
Deputat regionlarda vəkil çatışmazlığına da diqqət çəkib. O bildirib ki, hüquqi xidmətlərin əlçatanlığını artırmaq üçün rəqəmsal imkanlardan daha geniş istifadə edilməli, vəkillik xidmətlərinin haqları bazar şərtlərinə uyğunlaşdırılmalıdır. Xüsusilə ucqar kəndlərdə çalışan vəkillər üçün stimullaşdırıcı mexanizmlərin yaradılması təklif olunub.
Ə.Məsimli Milli Məclislə Vəkillər Kollegiyası arasında əməkdaşlığın genişləndirilməsini də məqsədəuyğun hesab edib. Onun sözlərinə görə, iki qurumun təcrübəsini birləşdirən əməkdaşlıq platforması həm qanunun icrasına, həm də parlament fəaliyyətinin təkmilləşdirilməsinə töhfə verə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 30 Oktyabr 2026 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















