Yankoviç “Şelburn”la oyuna çıxmayacaq
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Qarabağ"ın futbolçusu Marko Yankoviç Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şelburn"la ilk oyunu buraxacaq.
Yenisabah.az qol.az-a istinadla xəbər verir ki, bunu Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bildirib.
O, 30 yaşlı yarımmüdafiəçinin zədələndiyini deyib. Marqarita pizza
Monteneqrolu oyunçu bu səbəbdən İrlandiya səfərinə qatılmayıb.
Bu gün keçiriləcək "Şelburn" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında cavab oyunu isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cütün qalibi 3-cü təsnifat mərhələsində "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün üstün tərəfi ilə üz-üzə gələcək.


