Icma.az
close
up
RU
Yanlış tərcümə dilə yalnız sitəmdir

Yanlış tərcümə dilə yalnız sitəmdir

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Mətanət Məmmədova

Böyük əsərlər, çoxcildliklər bir kənara, qısa tərcümələrdən danışaq. Hansı ki, hazırda mətbuatımızda bəzi jurnalistlər var ki, müəllifi olduğu yazını haradansa tapıb guya tərcümə edərək ana dilinə çevirdiyi parçalar əsasında qurur. Nəticədə nə baş verir? O baş verir ki, yanlış tərcümə ana dilimizə “divan” tutur, anlaşılmayan cümlələr oxucu zövqünü korlayır.

Tərcümə üçün əvvəllərdə olduğu kimi, artıq müxtəlif dil biliklərinə ehtiyac duyulmur. Proqramlar var ki, mətni oraya daxil edib istədiyin dilə çevirə bilirsən. Lakin təəssüflər olsun ki, bu proqramlar mətni düzgün çevirmir. Və bəzən elə cümlələrlə qarşılaşırıq ki, burada həm siyasi, həm məntiqi, həm qrammatik səhvlər istənilən qədər olur.

Lakin ona da təəssüflər olsun ki, müasir dövrün “tərcüməçiləri” həmin mətnlərdən olduğu kimi istifadə etməklə yazılarına daxil edir və bununla yazının faktla zənginləşdiyini düşünür, üstəlik hər hansı məsələni “araşdırması” ilə qürur da duyurlar.

Həyatımızda ötən illərlə müqayisədə çox məqamlar dəyişdiyi kimi, böyük bacarıq, səriştə, bilik, savad tələb edən tərcümə sahəsində də bu kimi problemlər qarşıya çıxır.

Tərcümə qüsurları ilə əlbəttə, əsərlərdə də rastlaşmaq olur. Bəzən elə çətin bir cümlə ilə qarşılaşırsan ki, 2-3 dəfə oxuyandan sonra mənasını ancaq anlayırsan. Tərcümələr də var ki, necə deyərlər, elə bil sarı yağdan tük çəkmək misalı, adama o qədər axıcı gəlir. Belə tərcümələr təbii ki, insanı yormur, üstəlik oxumağa meyli artırır.

Tərcümələrlə bağlı gözəgörünən, hər gün qarşılaşdığımız problemlər daha çox mətbuatdadır. Hələ olur ki, bəzi jurnalistlər heç tərcüməyə də ehtiyac duymadan dilimizə yad olan sözləri orfoqrafiya lüğətimizdə varmış kimi istifadə edirlər. Bu günlərdə dilimizə yad təsirlər kimi, məişətimizə də yad olan “cinsiyyət partisi” adlı ziyafətlə bağlı kiçik bir araşdırma aparırdım. Bu zaman jurnalistlərimizin bununla bağlı 10-dan artıq yazısında “parti” sözünü öz sözümüz kimi istifadə etdiyinin şahidi oldum. Bu sözdən hələ sərlövhədə də istifadə olunmuşdu. Hansı ki, dilimizə yad olan sözlər ya tərcümə edilib verilməli, ya da dırnaq işarəsi arasında təqdim olunmalıdır.

Bütün bu diqqətsizlik və məsuliyyətsizlik isə, təbii ki, ana dilinə bir-birinin ardınca zərbədir ki, endirir. Hazırda gündəlik mətbuatla əlaqəsi olan hər kəs açıqca görə bilər ki, bəzi jurnalistlər çoxsaylı türk sözlərindən necə ki, danışıq dilində yerli-yersiz istifadə edir, bunu eynilə yazılara da tətbiq edirlər. Bəzən olur ki, kiçik bir xəbər mətnində 2-3 türk sözü görmək olur. Düşünürsən ki, artıq gənc nəslin nümayəndələri türk dilini mənimsəməyə başlayıb. İllər sonra bunun səbəbi olaraq dilimizdən neçə-neçə söz sıxışdırılaraq bir küncə qovulacaq. Nəticədə isə qəbul etdiyimiz yeni sözlərlə dilimizin ana qanunlarına qarşı çıxmış olacağıq.

30 sentyabr Beynəlxalq Tərcüməçilər Günüdür. Elə bu günün “xətrinə” tərcümə ilə bağlı çoxsaylı problemlərdən kiçik biri haqqında söhbət açmaq istədim. Əslində kiçik dediyimiz bu məsələ böyük əhəmiyyətə malikdir. Hər gün minlərlə insan mətbuatla maraqlanır, oxuyur. Və təbii ki, bu kimi tərcümələrlə qarşılaşanda həmin sözlər zaman-zaman beyninə köçür. Köçdükcə də ana dilimizin saflığına silah qaldırmış oluruq. Ona görə ki, yad sözləri mənimsəməklə onları özümüzünküləşdirməyə yol açırıq.

Deməli, bu gün hər kəsin tərcüməçiyə çevrildiyi bir dövrdə daha diqqətli və ayıq-sayıq olmalıyıq. Hər hansı dildən tərcümənin o dili bilmədən həyata keçirilməsi çox yanlışdır. Biz bu yanlışlığın cəzasını çəkirik və qarşıda hələ çox çəkəcəyik. Odur ki, bacardığımız işin arxasında getsək, daha yaxşı olmazmı? Öz dilimizdə olan sözlərdən istifadə etməklə cümlə qursaq, yaxşı olmazmı? Və yaxud da öz dilimizdə danışmaq, yaxşı olmazmı?

Beləliklə, bilmədiyimiz iş yarımçıq nəticədir. Hələ bu, dilimizlə bağlıdırsa, bax burada bir dəfə deyil, iki dəfə fikirləşməyə dəyər. Unutmayaq ki, yanlış tərcümə dilə yalnız sitəm etməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Sentyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri