Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Zalım təfəkkür, yanlış təsəvvür

Zalım təfəkkür, yanlış təsəvvür

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın çıxışını mən də izlədim. 1993-cü ilin iyul ayının 23-də "Yerkrapa" terror təşkilatının üzvləri qarşısında danışıb.

Azərbaycan torpaqlarını necə işğal etdiklərindən, Azərbaycanlıları Ermənistandan necə qovduqlarından, Azərbaycandakı ermənilərin Ermənistana necə köçürüldüyündən danışıb. Əslində Azərbaycanın narrativlərini təsdiqləyib.

Baxıram, o, çox tənqid edilir. Bəli, tənqid olunmalıdır. Azərbaycan xalqına və dövlətinə qarşı etdiklərinə görə tınqid olunmaq nədir, təcrid olunmalı, mühakimə olunmalı canilərdirlər. Elə cinayətlər var, zamana görə qüvvəsini itirir, ancaq işğal, soyqırım, işgəncə, qətliam, etnik təmizlımə, terror...bunların zamana görə qüvvəsi yoxdur. Ter-Petrosyan və onun kimilər dünən də cani idi, bu gün də elə qalır. Onlara münasibətimiz dəyişmir, dəyişə bilməz. Amma bir yandan da adam düzünü deyib. Törətdikləri əməlləri açıb özü ortaya qoyub. Onun dedikləri Azərbaycan üçün beynəlxalq məhkəmələrdə daha bir tutarlı sübut olacaq. Adam təsdiq edir ki, bəli, Azərbaycanlılar Ermənistandan qovulub, amma ermənilər Azərbaycandan qovulmayıb, sadəcə, köçürülüb. Bunu da Ter-Petrosyan Ermənistan əhalisinin sayını düzəltməklə - demoqrafik vəziyyəti qaydaya salmaqla izah edib.

Bir də bunu Ermənistanda ən ağıllı adam, müdrik siyasətçi-filan hesab edənlər var. Buna heyrətlənməmək olmur. Gör, bunlar nə dərəcədə xəstə təfəkkürlü insanlardır ki, yüz minlərlə Azərbaycanlını Ermənistandan qovur, əvəzinə "demiqrafik vəziyyəti düzəltmək üçün" Azərbaycandakı ermənilərin köçünü stimullaşdırıblar. Hətta bunu təşkil ediblər.

Monoetnik dövlət qurmaq ən axmaq işdir. Kim buna cəhd edibsə, xeyir tapmayıb. Alman faşistləri də zamanında yəhudiləri kütləvi deportasiya edirdi, hətta qaz kamerasında yandırırdı. Axırı nə oldu?! Faşizm özü məğlub oldu. Almanlar demişkən, Amerikanın ən böyük etnik qrupu almanlardır; 50 milyon civarında. Hazırda Almaniyada demoqrafik problemlər var. Almaniya durub da Amerikadakı almanları öz ərazisinə çağırsa, bu xalqa, bu dövlətə ağıllı deyə bilərik?! Ter-Petrosyanın dediyi budur. Başqa xalqlara nifrət o qədər gözlərini örtdü ki, öz oturduqları budağı kəsmək qəflətinə düşdülər. Daş düşdüyü yerdə ağırdır. İnsan doğulub böyüdüyü yerdə daha xoşbəxtdir. Öz doğulduğu yerdən məhrum olunması insanın sağlamlığına da mənfi təsir edir. Çünki doğulub böyüdüyü torpağın havasına, suyuna, o torpaqda, o havada, o suda olan minerallara ömür boyu ehtiyacı var. Böyük şəhərlərdə cah-cəlal içində yaşayan adam da ucqardakı kəndinə baş çəkir, havasını udur, suyunu içir, çörəyini, meyvəsini, tərəvızini dadır, qayıdanda deyir: "Gedib, təzələnib gəldim". Bu, boş bir cümlə, gəlişigözəl söz deyil, elmin, həyat təcrübələrinin təsdiqlədiyi bir gerçəkdir.

Ter-Petrosyan və onun kimilər təkcə Azərbaycanlılara pislik etməyiblər ki! Azərbaycanlıları öz torpaqlarından qovublar; zülm-zillət veriblər. Amma heç öz xalqının nümayəndələrinə də yaxşılıq etməyiblər. Hamıya məlumdur ki, Bakıdan, Gəncədən, Sumqayıtdan, Şəmkirdən və sair Ermənistana köçən ermənilərin bir hissəsi orda da bənd almadı, başqa ayağı yer tutanları, imkanı çatanlar çıxıb başqa ölkələrə getdilər. Ermənistanın demoqrafiyası isə bundan ancaq zərər gördü. Hələ də Azərbaycanlıların kompakt yaşadığı ərazilərdə kəndlər boş qalıb. Üstəlik bu ərazilərə sonradan məskunlaşmış ermənilər də sürətlə köçüb oralardan ölkənin içərilərinə və qismən xaricə gedir.

Ter-Petrosyan, eləcə də, Köçəryan, Sarqsyan, Ohanyan-mohanyan, bunlardan nə qədər varsa, özlərini millətçi, xalq qəhramanı-filan göstərə bilərlər, amma əslində xalq düşmənidirlər. Həmin o yayılan çıxış da bu gerçəyin bir daha təsdiqidir.

Qamsaxurdiya dövründə Gürcüstan da Azərbaycanlıları qovmağa çalışırdı. Başlamışdı. Bizim ziyalılar, ağıllı adamlar onu başa saldı, bu prosesin qarşısı alındı. İndi Borçalı türkləri Gürcüstanın sabitliyi və inkişafı üçün ən təsirli faktordur. Azərbaycanın Gürcüstanı dəstəkləməsində əksər hallarda (ya da elə həmişə) bu faktor önəm daşıyır. Eləcə də, Gürcüstanın Azərbaycana qarşı münasibətində. Ən başlıcası, Gürcüstandakı soydaşlarımız getdikcə ölkə həyatına daha çox inteqrasiya olundular, fayda verdilər, özləri də faydalandılar. Etnik müxtəliflik hər bir ölkənin gücü, zənginliyidir. Monoetnik dövlət modeli heç yerdə heç kimə uğur gətirməyib. Xoşbəxtlik desən, heç gətirməyib. Görünür, qatil təfəkkürlü Ter-Petrosyanın və onun kimilərin millətin xoşbəxtliyi haqqında başqa təsəvvürü var. Kökündən təhrif olunmuş, yanlış təsəvvür...

Bahəddin Həzi, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Yanvar 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see653

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see622

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see620

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see500

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see461

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see433

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see405

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see391

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see347

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see340

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see338

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see329

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see325

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see322

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see320

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see315

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see310

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see308

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see303

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see286
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri