Icma.az
close
up
RU
Yanvar ayı niyə QARADIR?

Yanvar ayı niyə QARADIR?

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Yanvar təqvimdə yeni ilin başlanğıcı olsa da, dünya siyasətində nədənsə iğtişaşlar və kütləvi narazılıqlarla xatırlanır.

"Unikal" xatırladır ki, müxtəlif ölkələrdə məhz ilin ilk ayında küçələr dolur, hakimiyyət qərarları etiraz dalğası yaradır. Çox uzağa getmədən cənub qonşumuz İranda, o cümlədən müxtəlif illərdə ABŞ, Rusiya, Qazaxıstan və Braziliyada yaşanan hadisələr bu tendensiyanın təkcə təsadüf olmadığını göstərir.

Hər yeni ilin ilk ayında baş verən etirazları dalğalarını diqqətinizə çatdırırıq. 

2026-ci il İRAN  

İranda kütləvi etirazlar 2025-ci ilin dekabr ayının sonlarında milli valyuta olan İran rialının devalvasiyasından sonra başlayıb.  Buna cavab olaraq hakimiyyət təhlükəsizlik tədbirlərini gücləndirib, polis etirazçılarla mübarizə aparmaq üçün göz yaşartıcı qaz və hava tüfənglərindən istifadə edib.

"Reuters" agentliyinin son məlumatlarına əsasən, İranda keçirilən genişmiqyaslı etirazlar zamanı ölənlərin sayı 5 000 nəfərə çatıb. Onlardan təxminən 500-ü təhlükəsizlik xidmətinin əməkdaşıdır. 20 gündən artıq davam edən və yeni təqvimin ilk ayında bütün dünyaya rezonans salan iğtişaşlar demək olar ki, səngiyib. Nəticə etibari ilə İranın milli valyutası olan rial ölkədəki kütləvi etirazlar fonunda tarixi çöküşünü yaşayır. Rial dollar və avro qarşısında faktiki olaraq “0,00” səviyyəsinə enib. 

2025 - KONQO 

28 yanvar 2025-də Kinşasabda M23 üsyançı qrupu və hökumət qüvvələrinə qarşı sülhsevər etirazlarla başlayan, daha sonra iğtişaşa çevrilən nümayişlər baş verib. Lakin üsyan hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə qarşısı qısa zamanda alınıb. 

Ulan Bator, Monqolustan – sosial etirazlar

11 yanvar 2025-də Monqolustanın paytaxtında hökumətin istefası tələb edən etirazlar təşkil olunub. Əsas səbəblər arasında işsizlik, korporasiya və korrupsiya kimi məsələlər dayanırdı. 

Filippin – Manila yürüşləri

13 yanvar 2025-də Filippində böyük nümayişlər  “sülh yürüşləri” baş verib, rəsmi olaraq siyasi məsələlərə münasibət bildirmək üçün təşkil olunmuşdu. 

Serbiya – anti-korrupsiya etirazları

Yanvar 2025-də Serbiyada tələbələr və vətəndaşlar korrupsiya və hökumət siyasətinə qarşı kütləvi etirazlara başlayıblar. 

2024 - RUSİYA 

Ötən ilin yanvar ayında şimal qonşumuz Rusiyada da etirazlar yan keçməyib. 15-19 yanvar 2024-də Rusiya Federasiyasının Bashkortostan Respublikasında Bashkir aktivisti Fail Alsynovun həbsinə qarşı etirazlar olub. İnsanlar Baymak və Ufa şəhərlərində toplaşaraq polis və rus qoşunları ilə qarşılaşıblar. Etiraz polis tərəfindən dağıdılıb və bir çox etirazçı həbs edilib. 

Papua-Yeni Qvineya 

Yanvar 2024-də Papua-Yeni Qvineyanın paytaxtı Port-Moresbidə, polis və hərbçilərin tətil etdiyi fonda şiddətli iğtişaşlar baş verib, bu zaman paytaxtda və Lae şəhərində ümumilikdə azı 16 nəfər ölüb, bu iğtişaşlar ölkədəki yüksək işsizlik, cinayətkarlıq və iqtisadi problemlərin təzahürü idi.

Fələstin etirazları 

2024-ün 13 yanvarında Vaşinqtonda və başqa ölkələrdə Fələstin məsələsinə dəstək üçün yürüşlər olub; on minlərlə insan İsrail-Fələstin münaqişəsinə qarşı etiraz edib. 

2023 - Braziliya

8 yanvar 2023-də Braziliyada keçmiş prezident Jair Bolsonaronun tərəfdarları ölkənin paytaxtı Braziliyada geniş zorakı etirazlar və hücumlar təşkil edib. Bu hadisə Braziliyanın demokratiyasına qarşı yönəldilmiş ən ciddi zorakılıq aktlarından biri sayılır. 

2022 - Qazaxıstan  

Qazaxıstanda iğtişaşlar 2022-ci ilin yanvarında qazın qiymətinin artması ilə başlayıb, daha sonra genişmiqyaslı etirazlara çevrilərək "Qanlı Yanvar" kimi yadda qalıb, ölkənin siyasi sistemini dəyişmiş, nümayişlər şiddətlə yatırılmış, internet kəsilib və bu hadisələr uran qiymətlərinə və kriptovalyuta hasilatına təsir göstərib. 

2021 - ABŞ 

2021-ci il yanvarın 6-da ABŞ-də prezident seçkilərinin nəticələrinin Konqres tərəfindən təsdiqləndiyi vaxtda, keçmiş prezident Donald Trampın seçki məğlubiyyətini qəbul etməyən tərəfdarları Vaşinqtonda yerləşən Birləşmiş Ştatlar Kapitoli binasına zorla daxil olublar. Hücumun əsas məqsədi 2020-ci il prezident seçkilərinin nəticələrinin təsdiqlənməsi prosesini dayandırmaq olub. Hadisə zamanı təhlükəsizlik qüvvələri ilə qarşıdurmalar baş verib, ölən və yaralananlar qeydə alınıb. Kapitoliyə hücum ABŞ tarixində demokratiya institutlarına qarşı ən ciddi hücumlardan biri kimi qiymətləndirilib və ölkədə dərin siyasi böhrana, həmçinin uzunmüddətli hüquqi və siyasi nəticələrə səbəb olub.

2021-ci ildə 17 yanvar tarixində Rusiyada müxalif lider Aleksey Navalnın saxlanılmasından sonra ölkə üzrə geniş etirazlar başlamışdı. Etirazlar Rusiyanın 100-dən çox şəhər və qəsəbəsində keçirilib. İğtişaşlarda 100-dən çox insan saxlanılmışdı. 

Xatırladaq ki, A. Navalnı 2021-ci il yanvarın 17-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə həbs edilmiş, 2023-cü ilin avqustunda 19 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 2024-cü ildə 47 yaşında həbsxanada həyatını itirib. 

2021-ci il Livandan da yan keçməyib. Ölkədə iqtisadi böhran, valyuta çöküşü səbəbilə yanvar aylarında kütləvi küçə aksiyalar keçirilmişdi. Həmin ilin yanvar ayında Hindistanda yeni aqrar qanunlar qəbul edildi.  Qəbul edilən qanunlara qarşı milyonlarla fermer küçələrə çıxmışdı.

Ötən illərə nəzər yetirsək, yanvar ayında baş verən istər siyasi, istərsə də iqtisadi etirazlar və narazılıqlar bir çox ölkədə ciddi hadisələrə səbəb olub. Bununla da, yanvar ayı bir çox ölkə üçün siyasi və sosial gərginliyin artdığı dövr kimi yadda qalır.

Azərbaycanın paytaxtı Bakı da bu baxımdan istisna deyil.

1990‑cı il yanvarın 20-də Sovet ordusunun Bakıya hərbi müdaxiləsi nəticəsində yüzlərlə dinc sakin həlak olmuş, minlərlə insan yaralanmış və şəhərdə böyük dağıntılar baş vermişdi. Bu hadisə xalqımızın yaddaşında “Qanlı Yanvar” kimi qalaraq Azərbaycanın müstəqillik yolunda dönüm nöqtəsi olmuşdur. 

Hazırladı: Gülayə Mecid 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 Yanvar 2026 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see651

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see579

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see397

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see271

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see270

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see268

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see267

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see262

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see251

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see250

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see246

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see244

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see241

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see230

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see221

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see215

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see210

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see209

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see206

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

08 Sentyabr 2026 23:21see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri