Yanvar iyul aylarında ölkədə 72,4 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
2025-ci ilin yanvar-iyul aylarında ölkədə 72 milyard 429,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən 525.az-a bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,3 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 3,1 faiz artıb.
ÜDM istehsalının 35 faizi sənaye, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6 faizi tikinti, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,1 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,9 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 7076,9 manata bərabər olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 12 Avqust 2025 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















