Icma.az
close
up
RU
Yanvar may aylarında Azərbaycan 161 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib

Yanvar may aylarında Azərbaycan 161 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 11 iyul, AZƏRTAC

2025-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 161 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 103 ölkəyə məhsul ixrac olunub, 153 ölkədən idxal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 20 milyard 269,1 milyon dollar, o cümlədən ixracın dəyəri 10 milyard 304,3 milyon dollar, idxalın dəyəri 9 milyard 964,8 milyon dollar təşkil edib, nəticədə 339,5 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2024-cü ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 12,6 faiz artıb, real ifadədə 1,1 faiz azalıb. İdxal real ifadədə 10,3 faiz artıb, ixrac isə 8,8 faiz azalıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 87,7 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, ABŞ, Birləşmiş Krallıq, Qazaxıstan, Xorvatiya, Rumıniya, Yunanıstan, Avstraliya, İsveçrə, Çexiya, Gürcüstan, Bolqarıstan, Portuqaliya, İran, Meksika, Özbəkistan, Ukrayna, Yaponiya və Niderland ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,3 faizi Çinin, 17,2 faizi Rusiyanın, 10,2 faizi Türkiyənin, 5,2 faizi ABŞ-ın, 4,2 faizi Qazaxıstanın, 3,9 faizi Almaniyanın, 3,8 faizi Birləşmiş Krallığın, 3,6 faizi Avstraliyanın, 2,5 faizi İranın, 2,2 faizi Meksikanın, 2,1 faizi İtaliyanın, 2,0 faizi Özbəkistanın, hər biri 1,7 faiz olmaqla Yaponiya və İsveçrənin, hər biri 1,6 faiz olmaqla Braziliya və Cənubi Afrika Respublikasının, hər biri 1,5 faiz olmaqla Koreya və Belarusun, 1,4 faizi Kanadanın, 1,2 faizi Ukraynanın, 13,6 faizi isə digər ölkələrin payına düşüb.

İdxalda qiymətli metalların, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, nəqliyyat vasitələrinin, kimya sənayesi məhsullarının, mineral məhsulların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, toxuculuq materialları və məmulatlarının, plastik kütlə və ondan hazırlanan məmulatların dəyəri üstünlük təşkil edib.

2024-cü ilin yanvar-may ayları ilə müqayisədə 2025-ci ilin yanvar-may aylarında mühüm məhsul növlərindən buğda idxalı 55,4 faiz, kərə yağı, digər süd yağları və pastaları – 10,2 faiz, xam şəkər – 50,1 faiz, kartof – 20,1 faiz, çay – 22,8 faiz, təzə tərəvəz – 32,6 faiz, siqaretlər – 2,6 dəfə, minik avtomobilləri – 22,1 faiz, məişət kondisionerləri – 28,6 faiz, qara metallardan çubuqlar – 37,4 faiz, rezin şinlər – 28 faiz, yük avtomobilləri – 0,1 faiz, mineral gübrələr – 0,7 faiz, mebellər – 0,2 faiz, polietilen – 12,8 faiz, avtobuslar – 2,1 dəfə, polipropilen – 7,7 faiz, məişət soyuducuları – 7,1 faiz artıb, təzə meyvə idxalı isə 16,2 faiz, şokolad və şokolad məhsulları – 2,6 faiz, bitki yağları – 38,4 faiz, unlu qənnadı məmulatları – 6,6 faiz, quş əti və onun əlavə məhsulları – 8,3 faiz, mal əti – 20,1 faiz, dərman vasitələri – 16,3 faiz, polad prokatı – 0,8 faiz, qara metallardan borular – 26,4 faiz, hesablama maşınları, blok və qurğuları – 11,7 faiz, sintetik yuyucu vasitələr – 9,8 faiz, paltaryuyan maşınlar – 6,7 faiz, qara metallardan künclüklər – 5,2 faiz, sement – 7,2 faiz azalıb.

2025-ci ilin yanvar-may aylarında ölkəyə 39 min 009 ədəd minik avtomobili, 3337 ədəd yük avtomobili, 210 ədəd avtobus idxal olunub. İdxal olunan malların 44,2 faizini avtomobil, 36,1 faizini hava, 10,4 faizini dəniz, 9 faizini dəmir yolu nəqliyyatı ilə gətirilmiş, 0,3 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib. İxracın 46,6 faizini İtaliyaya, 13 faizini Türkiyəyə, 4,1 faizini Rusiyaya, 3,7 faizini Xorvatiyaya, 3,5 faizini Rumıniyaya, 3 faizini Yunanıstana, hər biri 2,8 faiz olmaqla Portuqaliya, Bolqarıstan və Çexiyaya, 2,7 faizini Almaniyaya, 2,5 faizini Gürcüstana, 1,7 faizini İsveçrəyə, 1,3 faizini Birləşmiş Krallığa, hər biri 1,2 faiz olmaqla Niderland və İrlandiyaya, 0,9 faizini Serbiyaya, 0,8 faizini Ukraynaya, hər biri 0,7 faiz olmaqla Tailand və İndoneziyaya, 0,5 faizini Danimarkaya, hər biri 0,4 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstana, 2,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

2025-ci ilin yanvar-may aylarında qeyri-neft-qaz məhsullarının ixracı 1407,5 milyon dollar təşkil edib və 2024-cü ilin yanvar-may aylarına nisbətən faktiki qiymətlərlə 11,6 faiz artıb, real ifadədə isə 11,4 faiz azalıb.

Qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (31,5 faiz), Türkiyəyə (17,9 faiz), İsveçrəyə (9,1 faiz), Gürcüstana (8,9 faiz), Ukraynaya (5,4 faiz), Qazaxıstana (3,2 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (3,1 faiz), ABŞ-a (2,2 faiz), Belarusa (2,1 faiz), Özbəkistana (1,4 faiz), Türkmənistana (1,3 faiz), İtaliyaya (1,2 faiz), Çinə (1,2 faiz), Almaniyaya (1,1 faiz), Kanadaya (1 faiz), Estoniyaya (1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

İxracın strukturunda xam neft, təbii qaz və neft-qaz məhsullarının, meyvə və tərəvəzlərin, kimya sənayesi məhsullarının, plastik kütlə və ondan hazırlanan məmulatların, alüminium və ondan hazırlanan məmulatların, pambıq lifi və ipliyinin, qara metallar və onlardan hazırlanan məmulatların, alkoqollu və alkoqolsuz içkilərin, şəkərin, bitki yağlarının payı üstünlük təşkil edib.

2025-ci ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 35,3 faiz, təzə tərəvəz – 5,7 faiz, kartof – 65,5 faiz, şəkər – 41,7 faiz, bitki yağları – 28,3 faiz, mineral gübrələr – 27,2 faiz, sement klinkerləri – 31 faiz, qara metallardan borular – 54,8 faiz, pambıq ipliyi – 23,6 faiz artıb, meyvə və tərəvəz şirələri ixracı isə 22,2 faiz, meyvə və tərəvəz konservləri – 5,9 faiz, tütün – 53,1 faiz, çay – 1,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 37,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 44,4 faiz, pambıq lifi – 9,5 faiz, polipropilen – 9,6 faiz, polietilen – 5,4 faiz, elektrik enerjisi – 27,2 faiz, emal olunmamış alüminium – 5,9 faiz, qara metallardan çubuqlar – 44,2 faiz, bentonit gili – 10,1 faiz azalıb.

2025-ci ilin yanvar-may aylarında ixracın 86,6 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş, 8,7 faizini avtomobil, 3 faizini dəmir yolu, 1,4 faizini hava, 0,3 faizini dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyul 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see307

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see250

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see239

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see177

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see169

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see158

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see145

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see145

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see142

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see140

Slot: “Məsuliyyət məndədir”

24 Noyabr 2025 09:14see138

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see135

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see131

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see129

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri