Icma.az
close
up
RU
Ötən ilin on bir ayında Azərbaycan 176 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıb AZƏRTAC

Ötən ilin on bir ayında Azərbaycan 176 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıb AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 17 yanvar, AZƏRTAC

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 176 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 120 ölkəyə məhsul ixrac olunub, 167 ölkədən idxal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2024-cü ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 42 milyard 813,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 24 milyard 42,0 milyon dollar, idxalın dəyəri 18 milyard 771,7 milyon dollar təşkil edib, nəticədə 5 milyard 270,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 1,1 faiz artıb, real ifadədə 3,1 faiz, o cümlədən ixrac 5,4 faiz azalıb, idxal isə 0,6 faiz artıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin 87,1 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, ABŞ, Almaniya, Avstraliya, Çexiya, Hindistan, Xorvatiya, İsrail, Gürcüstan, Bolqarıstan, Portuqaliya, Birləşmiş Krallıq, İran, Yunanıstan, Rumıniya, Belarus, İsveçrə, Qazaxıstan və Ukrayna ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18 faizi Çinin, 17,6 faizi Rusiyanın, 11,2 faizi Türkiyənin, 7,3 faizi ABŞ-ın, 6,4 faizi Avstraliyanın, 4 faizi Almaniyanın, 3 faizi İranın, 2,5 faizi İtaliyanın, 2,2 faizi Belarusun, 2 faizi Yaponiyanın, 1,9 faizi Koreyanın, 1,6 faizi Qazaxıstanın, 1,5 faizi Türkmənistanın, 1,4 faizi Ukraynanın, 1,3 faizi Birləşmiş Krallığın, 1,2 faizi İsveçrənin, hər biri 1,1 faiz olmaqla Fransa və Hindistanın, 1 faizi Özbəkistanın, hər biri 0,9 faiz olmaqla Braziliya və Kanadanın, 11,9 faizi isə digər ölkələrin payına düşüb.

İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, onlardan hazırlanan məmulatların, nəqliyyat vasitələrinin, mineral məhsulların, kimya sənayesi məhsullarının, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, toxuculuq materialları və məmulatlarının, plastik kütlə və ondan hazırlanan məmulatların dəyəri üstünlük təşkil edib.

2024-cü ilin yanvar-noyabr aylarında ölkəyə 74 min 366 ədəd minik avtomobili, 7650 ədəd yük avtomobili, 378 ədəd avtobus idxal olunub. İdxal olunan malların 51,5 faizini avtomobil, 23,6 faizini hava, 12,6 faizini dəniz, 11,8 faizini dəmir yolu nəqliyyatı ilə gətirilmiş, 0,5 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.

İxracın 40,4 faizini İtaliyaya, 14,4 faizini Türkiyəyə, 4,5 faizini Rusiyaya, 4 faizini Çexiyaya, 3,6 faizini Xorvatiyaya, hər biri 3 faiz olmaqla Hindistan və İsrailə, 2,8 faizini Almaniyaya, 2,6 faizini Portuqaliyaya, hər biri 2,5 faiz olmaqla Bolqarıstan və Gürcüstana, 2,1 faizini Yunanıstana, 1,7 faizini Rumıniyaya, 1,6 faizini Birləşmiş Krallığa, 1,1 faizini Tunisə, 1 faizini Tailanda, 0,8 faizini İsveçrəyə, hər biri 0,7 faiz olmaqla İndoneziya, Serbiya, İspaniya və Ukraynaya, 5,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Bu müddətdə qeyri neft-qaz məhsullarının ixracı 3090,6 milyon dollar təşkil edib və 2023-cü ilin yanvar-noyabr aylarına nisbətən faktiki qiymətlərlə 1,9 faiz artıb, real ifadədə isə 11 faiz azalıb. Qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,6 faiz), Türkiyəyə (16,4 faiz), Gürcüstana (8,2 faiz), İsveçrəyə (6,3 faiz), ABŞ-a (4,2 faiz), Qazaxıstana (3,8 faiz), Ukraynaya (3,4 faiz), Türkmənistana (2,4 faiz), Omana (2,1 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,6 faiz), Almaniyaya (1,5 faiz), Belarusa (1,4 faiz), İtaliyaya (1,3 faiz), Niderlanda (1,3 faiz), Özbəkistana (1,2 faiz), Rumıniyaya (1,1 faiz ) göndərilmiş malların payı üstünlük təşkil edib.

İxracın strukturunda xam neft, təbii qaz və neft-qaz məhsullarının, meyvə və tərəvəzlərin, plastik kütlə və ondan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, alüminium və ondan hazırlanan məmulatların, pambıq lifi və ipliyinin, qara metallar və onlardan hazırlanan məmulatların, alkoqollu və alkoqolsuz içkilərin, şəkərin, bitki yağlarının payı üstünlük təşkil edib.

Ötən ilin yanvar-noyabr aylarında ixracın 86,5 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilib, 8,5 faizini avtomobil, 3,3 faizini dəmir yolu, 1,3 faizini hava, 0,4 faizini dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Yanvar 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri