Icma.az
close
up
RU
Yanvar noyabr aylarında Çin və ABŞ arasında ticarət dövriyyəsi 17,5 faiz azalıb

Yanvar noyabr aylarında Çin və ABŞ arasında ticarət dövriyyəsi 17,5 faiz azalıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 8 dekabr, AZƏRTAC

Cari ilin yanvar-noyabr aylarında Çin və ABŞ arasında ticarət dövriyyəsi illik müqayisədə 17,5 faiz azalaraq 514,66 milyard dollar təşkil edib.

AZƏRTAC xəbər verir ki, ÇXR Baş Gömrük İdarəsinin məlumatına görə, Çin ilk 11 ayda Birləşmiş Ştatlara 385,9 milyard dollar dəyərində mal ixrac edib (18,9 faiz azalma), ABŞ-ın Çinə ixrac həcmi isə 128,76 milyard dollar (13,2 faiz azalma) olub. Nəticədə ÇXR-in müsbət saldosu 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz azalaraq 257,14 milyard dollara enib.

Noyabrda Çin və ABŞ arasında ticarət həcmi oktyabr ayı ilə müqayisədə 2,7 faiz azalaraq 43,84 milyard dollar təşkil edib. ABŞ-a ixrac 3,2 faiz azalaraq 33,79 milyard dollar təşkil etdiyi halda, Birləşmiş Ştatlarda idxal 0,9 faiz artaraq 10,05 milyard dollara yüksəlib.

Çin ABŞ-dan soya, pambıq, qarğıdalı, mikroçiplər, yolsuzluq avtomobilləri, kokslaşan kömür və mis idxal edir. ABŞ isə ÇXR-dən smartfonlar, kompüterlər, litium-ion batareyaları, uşaq oyuncaqları, plastik məhsullar, təhlükəsizlik kameraları, məişət texnikası, geyim, ayaqqabı və s. alır.

Qeyd edək ki, 2023-cü ildə Çin və ABŞ arasında ticarət həcmi 11,6 faiz azalaraq 664,45 milyard dollara ensə də, 2024-cü ildə 3,7 faiz artaraq 688,28 milyard dollara yüksəlmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see342

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see220

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see188

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see174

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see171

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri