Icma.az
close
up
RU
Yanvardan evlərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

Yanvardan evlərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Yanvar ayından hər hansı ucuzlaşma ehtimalı proqnozlaşdırılmır. Sadəcə 2026-cı il xərclərin optimallaşdırılması ili olacaq və yeni yanaşma metodlarını görəcəyik. Bu da daşınmaz əmlak bazarına təsir göstərəcək".

Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

AQC sədri əlavə edib ki, gələn il bir sıra yerlərdə söküntü prosesləri davam edəcək, eyni zamanda yeni binalar tikiləcək:

"Həmçinin bəzi söküntü olan yerlərdə binaların yerində parkların salınması planlaşdırılır. Buna görə, daşınmaz əmlak bazarına müraciətlərin sayı heç də az olmayacaq.

Daşınmaz əmlakın dəyəri o zaman stabilləşir və yaxud aşağı düşür ki, ölkədə birja formalaşsın, vətəndaşlar investisiyanı şirkətlərə, banklara yatıra bilsin və öz aylıq, illik gəlirlərini əldə edə bilsin. Hələlik birja tam formalaşmadığına görə daşınmaz əmlak və o cümlədən zinət əşyaları, xüsusən də qızıl yeganə vasitədir ki, vətəndaşlar və sahibkarlar ona investisiya qoyur.

Pandemiyadan sonra məlum oldu ki, fəal biznes bir çox hallarda gözlənilməyən səbəblər ucbatından dayana bilər, gəlir gətirə bilməz, iş yerləri bağlana bilər. Ona görə daha çox dünya passiv gəlirlərə üstünlük verir. Passiv gəlirlər içərisində də dayanıqlı gəlir məhz kirayədən və yaxud da icarədən gələn gəlirdir.

Belə ki, bu həm daşınmaz əmlakın ildən ilə qiymətinin artması ilə nəticələnir, həm də stabil gəlir əldə etmək imkanları yaradır. Daşınmaz əmlak və qızıl məmulatları hazırda investisiya üçün cəlbedici olduğuna görə düşünürəm ki, 2026-cı ildə hər hansı ciddi qiymət azalması olmayacaq".

Orxan Hüseyn

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://baku.ws
archiveBu xəbər 21 Noyabr 2025 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see319

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see310

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see307

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see298

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see289

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see277

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see265

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see258

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see256

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see250

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see247

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see242

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see240

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see233

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see220

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see213

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see206

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see197

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri