Icma.az
close
up
RU
Menu

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

İdeyalar müstəvisində strateji dərinlik

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

YAP 33 il Xalqın inam və etimad ünvanı

“Müəllimimizin oturmağa yeri belə yoxdur”

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

Ukraynalı deputat Trampın sülh planını açıqladı

“Bu gün məktəblərdə müəllimin oturmağa yeri yoxdur” VİDEO

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

Forbes: Azərbaycan ABŞ ın strateji tərəfdaşına çevrilir

Latviya Respublikasının elan olunmasının 107 ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul keçirilib

Yanvarın 1 dən özəl sektorda işləyənlərdən gəlir vergisi necə tutulacaq?

Yanvarın 1 dən özəl sektorda işləyənlərdən gəlir vergisi necə tutulacaq?

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2019-cu ildən özəl sektorda iş yerlərinin rəsmiləşdirilməsinə dəstək vermək üçün işçilərin gəlir vergisinə tətbiq edilən 7 illik güzəştlər cari ilin sonunda başa çatacağından 2026-cı ildən etibarən qeyri-neft-qaz sektorunun özəl bölməsində fiziki şəxslərin gəlir vergisinə dair yeni, mərhələli güzəştlərin tətbiqinə başlanılacaq.

AzPost bildirir ki, islahatların nəticələrinin qorunub saxlanılması, müvafiq sahədə stabilliyin təmin edilməsi, həmçinin leqallaşma prosesinin davam etdirilməsi üçün, daha az gəlirlərə aşağı vergi yükünü müəyyən etməklə qeyri-neft-qaz sektorunun özəl bölməsində əmək haqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsi təklif olunur.

Aylıq məbləğindən asılı olaraq 2500 manatadək gəlirlər 2026-cı ildən 3, 2027-ci ildən 5, sonrakı illərdən isə 7 faiz, 2500-8000 manat aralığında gəlirlər 10 faiz və 8000 manatdan yuxarı gəlirlər isə 14 faiz dərəcə ilə vergiyə cəlb olunacaq. Bu zaman işçinin aylıq gəliri 2500 manatadək olduqda həmin məbləğin 200 manat olan hissəsindən gəlir vergisinin tutulmaması ilə bağlı güzəşt qüvvədə qalacaq.

Eyni zamanda, 2026-cı ilin 1 yanvar tarixindən qeyd edilən sektorda muzdlu iş üzrə işçinin aylıq gəliri 8000 manatadək olduqda, işçidən tutulan və işəgötürənin hesabına ödənilən sosial sığorta haqlarının dərəcəsi hazırda qüvvədə olan dərəcələrlə davam etdirilir. İşçinin əməkhaqqının 8000 manatdan yuxarı hissəsinə görə isə dərəcənin 4 faiz azaldılaraq 25 faizdən 21 faizə endirilməsi, işçi üzrə 10 faiz, işəgötürən üzrə 11 faiz nəzərdə tutulur.

Özəl sektora münasibətdə tibbi sığorta haqqı dərəcələrində də dəyişiklik edilir. Belə ki, dəyişikliyə qədər işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, işəgötürən tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz tutulurdu.

1 yanvar 2026-cı il tarixdən etibarən isə işçi və işəgötürəndən əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 faiz, 2500 manatdan yuxarı olan hissəsinə görə isə, işçi və işəgötürən üzrə 0,5 faiz hesablanacaq. Bununla da, əməkhaqqının 2500-8000 manat intervalında icbari tibbi sığorta haqqının cəmi dərəcəsi 4 faizdən 1 faizə endirilir.

İşsizlikdən sığorta haqqının hesablanması isə hazırda qüvvədə olan qaydada davam etdirilir.

Yeni mexanizmlər sosial müdafiə sisteminin maliyyə dayanıqlığını gücləndirməyə, əmək bazarında yüklərin balanslaşdırılmasına və vətəndaşların rifah səviyyəsinin qorunmasına xidmət edəcək, həmçinin rəsmi məşğulluğun qorunması və əmək münasibətlərinin rəsmiləşdirilməsinin təşviqinə şərait yaradacaq.

Dəyişikliklər bütövlükdə sahibkarlara və işçilərə yeni vergi dərəcələrinə rahat uyğunlaşmağa kömək edəcək, yəni həm biznes subyektləri üçün, həm də işçilər üçün yük minimum olacaq. Həmçinin verginin mərhələli tətbiqi iqtisadiyyatda qiymətlərin və əmək haqlarının sabit qalmasına da dəstək verəcək. Nəticədə, həm işçilər, həm də sahibkarlar üçün daha yumşaq keçid təmin ediləcək.

Gəlir vergisi üzrə

2026-cı il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək:

Vergi tutulan aylıq gəlirin məbləği

Gəlir vergisinin dərəcəsi

2500 manatadək

3 faiz

2500 manatdan 8000 manatadək

75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi

8000 manatdan çox olduqda

625 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi

2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək:

Vergi tutulan aylıq gəlirin məbləği

Gəlir vergisinin dərəcəsi

2500 manatadək

5 faiz

2500 manatdan 8000 manatadək

125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi

8000 manatdan çox olduqda

675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi

2028-ci il yanvarın 1-dən:

Vergi tutulan aylıq gəlirin məbləği

Gəlir vergisinin dərəcəsi

2500 manatadək

7 faiz

2500 manatdan 8000 manatadək

175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi

8000 manatdan çox olduqda

725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi

Qeyd: İşçinin aylıq gəliri 2500 manatadək olduqda həmin məbləğin 200 manat olan hissəsindən gəlir vergisinin tutulmaması ilə bağlı güzəşt qüvvədə qalır.

Sosial sığorta haqları üzrə

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı (01.01.2026-cı ildən):

Sığorta haqqına cəlb edilən aylıq gəlir

Sosial sığorta haqqı

cəmi

sığortaolunanın gəlirlərindən tutulan

sığortaedənin vəsaiti hesabına ödənilən

200 manatadək

25 faiz

3 faiz

22 faiz

200 manatdan 8000 manatadək

25 faiz

6 manat + 200 manatdan 8000 manatadək olan hissənin 10 faizi

44 manat + 200 manatdan 8000 manatadək olan hissənin 15 faizi

8000 manatdan çox olduqda

21 faiz

786 manat + 8000 manatdan çox olan hissənin 10 faizi

1214 manat + 8000 manatdan çox olan hissənin 11 faizi

https://youtu.be/MmksZf7bYFU

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://azpost.info
archiveBu xəbər 22 Noyabr 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see235

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see225

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see222

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see198

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see189

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see170

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see150

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see140

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

21 Noyabr 2025 13:15see135

YAP 33 il Xalqın inam və etimad ünvanı

20 Noyabr 2025 21:04see132

“Müəllimimizin oturmağa yeri belə yoxdur”

21 Noyabr 2025 03:12see131

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

21 Noyabr 2025 20:29see128

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

21 Noyabr 2025 15:07see128

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see127

Ukraynalı deputat Trampın sülh planını açıqladı

21 Noyabr 2025 01:17see127

“Bu gün məktəblərdə müəllimin oturmağa yeri yoxdur” VİDEO

21 Noyabr 2025 00:55see127

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

21 Noyabr 2025 15:13see126

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

21 Noyabr 2025 16:16see126

Forbes: Azərbaycan ABŞ ın strateji tərəfdaşına çevrilir

20 Noyabr 2025 21:34see126

Latviya Respublikasının elan olunmasının 107 ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul keçirilib

20 Noyabr 2025 21:47see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri