Icma.az
close
up
RU
YAP Ağstafa rayon təşkilatının Ərazi Partiya Təşkilatında tədbir keçirilib

YAP Ağstafa rayon təşkilatının Ərazi Partiya Təşkilatında tədbir keçirilib

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

19 noyabr 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Muğanlı kənd”, “Sadıqlı kənd”, “Böyük Kəsik kənd”, “Ağgöl kənd”, “Köçvəlili kənd” və “Qarayazı qəsəbə” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə 20 noyabr “Ağdam şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “Muğanlı kənd”  Ərazi Partiya Təşkilatının fəal üzvü Novruz Musayev qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi. Ağdam şəhərinin və ona yaxın kəndlərin döyüşsüz Azərbaycana qaytarılması əlamətdar hadisə idi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.

Tədbirdə çıxış edən digər natiqlər – şəhid atası Nazim Yusifov, veteran partiyaçı Fəxrəddin Səfiyev və YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev bildiriblər ki, Ağdamın işğaldan azad edilməsi xalqımızın birliyini, gücünü və mübarizə əzmini göstərən mühüm bir faktordur. 20 noyabr tarixi, həm də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə olan sadiqliyini əks etdirir. Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. 44 günlük Vətən müharibəsi ölkəmizin parlaq Zəfəri ilə bitdikdən sonra,  Ağdam istiqamətində gedən döyüşlərdə fərqlənən əsgər və zabitlərimiz “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdama səfərləri və reallaşdırılan yeni infrasturuktur layihələr hər bir soydaşımızı ürəkdən sevindirir və qürurlandırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Noyabr 2024 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see631

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see266

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see240

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see218

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see213

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see171

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see170

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see170

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see158

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see152

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see147

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri