Icma.az
close
up
RU
Menu

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib

Britaniya həmin siyahını İrana verdi: Bu müsəlman ölkəsinin adı var!

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

Böyük fəlakət Ölənlərin sayı 645 nəfərə çatdı

Vüqar Əhmədovun vazkeçilməz 10 manatlıq şirkəti Bu dəfə 2,3 milyonluq müqavilə bağlayıb

Azərbaycan dilində danışmıram? Özüm bilərəm Günel VİDEO

Pandemiya ilə bağlı yazılan cərimələr gələn il qüvvədən düşür HÜQUQŞÜNAS FOTO

“Ata yurdumda uşaqlıq xatirələrimi yada salıram” DEPUTAT

Ukrayna Luqansk sərhədlərində 5 minə yaxın əsgərini itirib

Peskovun qızı istirahət görüntülərini paylaşdı FOTO

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

Starlink in işində nasazlıq yarandı

İnsanın beyin hüceyrələri siçanları depressiyadan sağaldıb...

Ədalətsiz 907 ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında qurulan strateji tərəfdaşlığın növbəti göstəricisidir ŞƏRH

Ukraynadakı müharibəni sona çatdıra bilərik NATO Baş katibi

İqtisadçı: “Subsidiyaların hədəfə çatması üçün ciddi nəzarət mexanizmləri lazımdır”

Burak Yılmaz Super Liqa klubunda

İmişli də ən azı bir yüzfaizli qol imkanını əldən verdi Aslan Kərimov debütantlardan nə gözləyir?

Debütündə parlayan serb

Hindistanda üç yaşlı qız bəbirin hücumundan sağ çıxa bilib

Qobustan rayonunda Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının təsis edilməsinin 30 illiyi münasibətilə təntənəli yubiley tədbir keçirilib

Qobustan rayonunda Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının təsis edilməsinin 30 illiyi münasibətilə təntənəli yubiley tədbir keçirilib

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

15 may 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Qobustan rayon təşkilatının təsis edilməsinin 30 illiyi münasibətilə təntənəli yubiley tədbir keçirib.

Tədbirdən əvvəl iştirakçılar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzərək onu əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov ölkəmizə tərəqqi, inkişaf, yüksəliş, ictimai-siyasi sabitlik bəxş edən, müstəqil Azərbaycan dövlətini zəfərlərdən-zəfərlərə qovuşduran YAP-nın son dərəcə ağır, çətin bir durumda, mürəkkəb, ziddiyyətli şəraitdə yarandığını bildirdi. Natiq qeyd etdi ki, YAP-nın yaranması Azərbaycanın yeni tarixinin parlaq bir səhifəsinə çevrildi, çünki YAP Heydər Əliyev şəxsiyyətinin cazibəsindən, xalqın istəyindən, xalqımızın Heydər Əliyevə olan inamından, etibarından, sevgisindən yarandı və tarixə də “Heydər Əliyev partiyası” kimi daxil oldu, qısa zamanda xalqın dəstəyini qazanaraq hakimiyyətə gəldi.

Qasım Qasımov bildirdi ki, Yeni Azərbaycan Partiyasının qazandığı qələbələrdə, qazandığı uğurlarda 15 may 1995-ci ildə təsis olunan, sıralarında 3086 nəfər üzvü və 40 ərazi partiya təşkilatını birləşdirən Qobustan rayon təşkilatının da özünəməxsus payı vardır.YAP-nın ən sınanmış, mübariz və öndə gedən təşkilatlarından olan Qobustan rayon təşkilatı keçirilən bütün siyasi kompaniyalara və seçkilərə öz layiqli töhfəsini vermişdir. Ulu öndərin “Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan Dövlətinə xidmət etməkdir” sözləri rayon təşkilatının hər bir üzvünün şüarına, devizinə çevrilmişdir. Rayon təşkilatının bütün üzvləri fəxr edir ki, dövlətimizin İlham Əliyev kimi başçısı, partiyamızın İlham Əliyev kimi sədri vardır.

Tədbirdə Şəhid,Vətən Müharibəsi Qəhrəmanı Elyar Vəliyevin atası Arif Vəliyev, Vətən Müharibəsi Qazisi, Ərəbqədim Ərazi Partiya Təşkilatının sədr müavini Ramil Rəcəbli, Qobustan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktor müavini-baş həkim, “Səhiyyə” Ərazi Partiya Təşkilatının sədr müavini Xəyalə İmanova çıxış etmişlər.

Məşhur “91”-lərdən biri YAP Veteranlar Şurasının üzvü, , yazıçı,dramaturq,tənqidçi,nasir Xeyrəddin Qoca bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı. Bu gün əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev uğurla həyata keçirir. Bunun nəticəsidir ki, bu gün ölkəmiz regionda güc amilinə, dünya birliyində söz sahibinə çevrilib.

YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev çıxışında vurğuladı ki, Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın 33 illik tarixi zəngin və şərəfli inkişaf yoludur. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır. Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında ən misilsiz xidməti ondan ibarətdir ki, dahi Heydər Əliyev özünün müəllifi olduğu siyasi kursun varisliyini, özünün yaratdığı dövlətçilik təliminin davamlılığını, dayanıqlığını təmin etmişdir. Yeni Azərbaycan Partiyasının nail olduğu qələbələr, müstəqil Azərbaycan dövlətinin qazandığı uğurlar, əldə etdiyi nailiyyətlər bir tərəfdən dahi Heydər Əliyevin həmişəyaşar, parlaq ideyalarından güc alırsa, Ulu öndərin xalqımızın gələcəyi hesablanmış dəyişməz siyasi xəttinə söykənirsə, digər tərəfdən İlham Əliyevin yorulmaz, fədakar, yenilikçi, qurub-yaradıcı, son dərəcə çox şaxəli və məqsədyönlü fəaliyyətindən, onun Azərbaycan naminə gecəli-gündüzlü zəhmətindən qaynaqlanır. Ulu Öndərin vəsiyyətlərinə əməl edən İlham Əliyevin rəhbərliyi ilə Müstəqil Azərbaycan dövləti Heydər Əliyev inkişaf yolu ilə inamla irəliləyir. Bu gün respublikamızın hər tərəfli və dinamik inkişafı Ölkə Prezidenti, YAP sədri cənab İlham Əliyevin uğurlu siyasətinin və apardığı islahatların nəticəsidir. Cənab İlham Əliyev mühüm dövlət işləri ilə yanaşı Yeni Azərbaycan Partiyasına rəhbərlik edir, 800 mindən artıq partiya üzvünü inamla arxasınca aparır.

YAP İdarə Heyətinin üzvü Asif Əsgərli çıxışında bildirdilər ki, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır və uğurlu siyasi fəaliyyətin nəticəsini - tarixi Qələbəni təntənə ilə qeyd edirik. Yeni Azərbaycan Partiyası təsis olunduğu gündən xalqın inam və etimadını ən yüksək səviyyədə doğruldub.

Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyası zamanın tələbi, xalqın istəyi ilə yaranmış bir partiyadır. 1992-ci il noyabr ayının 21-də Naxçıvanda böyük tarixi şəxsiyyət Heydər Əliyevin sədrliyi ilə keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsi qəbul edilmişdir, beləliklə də Yeni Azərbaycan Partiyası yaradılmışdır.

Adil Məmmədov qeyd etdi ki, bu gün Yeni Azərbaycan Partiyasının Qobustan Rayon Təşkilatının təsis edilməsinin 30-cu ildönümüdür. 30 il bundan öncə 15 may 1995-ci il tarixində təsis olunan rayon təşkilatı hazırda rayonumuzun ictimai-siyasi və mədəni həyatında əsas aparıcı qüvvəyə malikdir.

Çıxış edən natiqlər vurğuladılar ki, Yeni Azərbaycan Partiyası daima partiya sıralarında olan veteranların, qadınların və gənclərin fəaliyyətini diqqət mərkəzində saxlayır. Çıxışlarının sonunda YAP Qobustan rayon təşkilatının 30 illik yubileyi münasibəti ilə bütün partiyadaşlarını təbrik etdilər.

Sonra torpaqlarımızın  azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin ailə üzvləri  xatirə hədiyyələri, rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs isə Fəxri Fərmanla təltif edildilər.

Sonra isə partiya sıralarına yeni qəbul olunmuş üzvlərə partiya üzvlük vəsiqələri təqdim edilmişdir.

Rayon Mədəniyyət işçilərinin konsert proqramı ilə davam edən tədbir Yeni Azərbaycan Partiyası Himninin sədaları altında sona çatdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 May 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib

18 Avqust 2025 19:09see220

Britaniya həmin siyahını İrana verdi: Bu müsəlman ölkəsinin adı var!

19 Avqust 2025 00:40see185

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

19 Avqust 2025 00:40see148

Böyük fəlakət Ölənlərin sayı 645 nəfərə çatdı

18 Avqust 2025 04:45see136

Vüqar Əhmədovun vazkeçilməz 10 manatlıq şirkəti Bu dəfə 2,3 milyonluq müqavilə bağlayıb

18 Avqust 2025 20:36see135

Azərbaycan dilində danışmıram? Özüm bilərəm Günel VİDEO

19 Avqust 2025 09:02see126

Pandemiya ilə bağlı yazılan cərimələr gələn il qüvvədən düşür HÜQUQŞÜNAS FOTO

18 Avqust 2025 15:33see125

“Ata yurdumda uşaqlıq xatirələrimi yada salıram” DEPUTAT

18 Avqust 2025 08:25see125

Ukrayna Luqansk sərhədlərində 5 minə yaxın əsgərini itirib

18 Avqust 2025 08:08see123

Peskovun qızı istirahət görüntülərini paylaşdı FOTO

18 Avqust 2025 19:33see123

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

19 Avqust 2025 21:02see120

Starlink in işində nasazlıq yarandı

19 Avqust 2025 02:37see119

İnsanın beyin hüceyrələri siçanları depressiyadan sağaldıb...

18 Avqust 2025 23:43see119

Ədalətsiz 907 ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında qurulan strateji tərəfdaşlığın növbəti göstəricisidir ŞƏRH

18 Avqust 2025 08:37see117

Ukraynadakı müharibəni sona çatdıra bilərik NATO Baş katibi

19 Avqust 2025 00:04see117

İqtisadçı: “Subsidiyaların hədəfə çatması üçün ciddi nəzarət mexanizmləri lazımdır”

18 Avqust 2025 14:34see116

Burak Yılmaz Super Liqa klubunda

19 Avqust 2025 00:05see116

İmişli də ən azı bir yüzfaizli qol imkanını əldən verdi Aslan Kərimov debütantlardan nə gözləyir?

19 Avqust 2025 02:36see116

Debütündə parlayan serb

18 Avqust 2025 14:01see115

Hindistanda üç yaşlı qız bəbirin hücumundan sağ çıxa bilib

19 Avqust 2025 06:17see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri