YAP ın Nizamnaməsində dəyişikliklər edildi
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
Yeni Azərbaycan Partiyasının (YAP)bu gün keçirilən VIII Qurultayı partiyanın təşkilati strukturu ilə bağlı bir sıra mühüm qərarlarla yadda qalıb.
Sherg.az xəbər verir ki, hakim partiyanın Nizamnaməsində bir sıra dəyişikliklər edilib. Bu yeniliklərdən biri YAP sədrinin səlahiyyət müddəti ilə bağlı məhdudiyyətin aradan qaldırılması ilə bağlıdır. Əvvəlki Nizamnaməyə əsasən, partiya sədrinin səlahiyyət müddəti beş il idi və müddət başa çatdıqdan sonra sədr yenidən qurultay tərəfindən seçilə bilərdi.
Bugünkü qurultayda bu beşillik müddət məhdudiyyətinin Nizamnamədən çıxarılması təklif edilib və dəyişiklik qəbul olunub.
Beləliklə, yeni qaydaya əsasən YAP sədrinin səlahiyyətləri artıq əvvəlcədən müəyyən edilmiş beşillik müddətlə məhdudlaşdırılmır. Bu dəyişiklik qurultayın təşkilati baxımdan ən mühüm qərarlarından biri hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 02 Oktyabr 2026 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















