Icma.az
close
up
RU
YAP Laçın rayon təşkilatı “Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik irsi” adlı tədbir keçirib

YAP Laçın rayon təşkilatı “Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik irsi” adlı tədbir keçirib

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatında “Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik irsi” mövzusunda tədbir keçirilib.

Tədbir müasir, müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin, həmçinin Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini, 1 saylı ərazi partiya təşkilatının sədri Məhəmməd Şahbazov, Laçın rayonu Habil Həsənov adına Mişni kənd tam orta ümumtəhsil məktəbinin direktoru Qurban Həsənov, Laçın rayonu 23 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Sədaqət Məhərrəmova və digər iştirakçılar çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik irsi Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, milli ideologiyanın formalaşması və müasir dövlət quruculuğunun elmi-nəzəri əsaslarla inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.  Heydər Əliyevin siyasi fəaliyyəti, strateji baxışları və idarəetmə modeli ölkəmizin müstəqilliyini qorumaqla yanaşı, milli dövlətçilik ənənələrinin yeni tarixi mərhələdə bərpasına və zənginləşdirilməsinə mühüm töhfələr verib.

Natiqlər vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyev öz müdrikliyi, zəngin dövlətçilik təcrübəsi və misilsiz liderlik keyfiyyətləri ilə Azərbaycanın müstəqilliyinin dönməzliyini və əbədiliyini təmin etdi, xalqımız üçün qürur mənbəyi olan çoxsaylı tarixi nailiyyətlər bəxş etdi. Onun müəyyənləşdirdiyi inkişaf strategiyası nəticəsində yeni, müasir və güclü Azərbaycan reallığı formalaşdı.

Çıxışlarda o da bildirilib ki, Müstəqil Azərbaycan Heydər Əliyev yolunun davamçısı, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji məqsədlərinə doğru ardıcıl və inamlı şəkildə irəliləyir. Bu nailiyyətlər Heydər Əliyev ideyaları və siyasətinin təcəssümü olmaqla yanaşı, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin, dövlətimizin qüdrət və imkanlarının bariz göstəricisidir.

Tədbirin sonunda partiya sıralarına yeni qoşulan gənclərə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Dekabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri