Icma.az
close
up
RU
YAP Nəsimi rayon təşkilatı Dövlət Bayrağı Meydanını və Bayraq Muzeyini ziyarət ediblər

YAP Nəsimi rayon təşkilatı Dövlət Bayrağı Meydanını və Bayraq Muzeyini ziyarət ediblər

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Azərbaycanda hər il noyabrın 9-u qeyd edilən Dövlət Bayrağı Günü ilə əlaqədar cari ilin 7 noyabr tarixində Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının rəhbərliyi, aparatı və yerli təşkilatın fəal üzvləri Dövlət Bayrağı Meydanını və orada yerləşən Bayraq Muzeyini ziyarət ediblər.

Ziyarət zamanı qonaqlara Dövlət Bayrağı Meydanı və Bayraq Muzeyinin yaranma tarixi, məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Dövlət Bayrağı Muzeyində milli dövlətçilik tariximizi əks etdirən dəyərli eksponatlar nümayiş olunur.

Ziyarət zamanı Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxış edərək bildirdi:“Dövlət Bayrağı Azərbaycanın milli kimliyinin, suverenliyinin və azad ruhunun rəmzidir. Biz bu gün yalnız tarixi eksponatlarla tanış olmadıq, həm də dövlətçilik ideologiyamızın keçdiyi şərəfli yola bir daha nəzər saldıq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə nəticəsində üçrəngli Dövlət Bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda qürurla dalğalanır. Bu, hər birimizin qəlbində yüksək qürur və məsuliyyət hissi yaradır. Dövlət Bayrağımızı uca tutmaq, onu qorumaq və gələcək nəsillərə sevgi ilə ötürmək bizim borcumuzdur.”

Gənclər və təşkilat üzvləri muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin və xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları, XVII-XVIII əsrlərə aid bayraq ucları və gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul edilmiş konstitusiyaları, poçt markaları, pul nişanları, orden və medallar və Azərbaycan Respublikası Prezidentinin ştandartının nümunəsi ilə də tanış olublar.

Ekspozisiyada ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmlənməsi, Prezident İlham Əliyevin ölkəmizin inkişafı və möhkəmlənməsi istiqamətində gördüyü işləri əks etdirən foto və sənədlər də xüsusi yer tutur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Noyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri