Ceyhun Cəlilov: Naxçıvanda informasiya və kibertəhlükəsizlik potensialı sistemli şəkildə gücləndirilir
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Naxçıvan Muxtar Respublikasında informasiya və kibertəhlükəsizlik potensialı sistemli şəkildə gücləndirilir.
Bunu Naxçıvanda keçirilən Dövlət qurumlarının informasiya təhlükəsizliyi rəhbərlərinin VII Zirvə toplantısında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov deyib.
O, bildirib ki, muxtar respublikada əsas məqsəd dövlət qurumlarının informasiya və kibertəhlükəsizlik sahəsində təhlükəsizlik potensialının sistemli şəkildə gücləndirilməsidir. Onun sözlərinə görə, bu istiqamətdə institusional dəstəyin təmin olunması, daxili təhlükəsizlik siyasətlərinin formalaşdırılması və beynəlxalq standartlara uyğunluğun təmin edilməsi üzrə tədbirlər ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir.
Ceyhun Cəlilov qeyd edib ki, bu yanaşmalar “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda əksini tapmış strateji istiqamətlərdən irəli gəlir. Dövlət Proqramında qlobal trendlər nəzərə alınmaqla rəqəmsallaşma və innovativ yanaşmalar xüsusi prioritet kimi müəyyən edilib.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 23 Dekabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















